Turşəngin müalicəvi xassələri. Turşəngdən qida məq-
sədilə yanaşı, müalicəvi vasitə kimi də istifadə edirdilər. Tur-
şə
ngdən işlətmə dərmanı, qurda qarşı, qida həzminə kömək
edən vasitə kimi istifadə qədim dövrdən məlumdur.
Turşəng yarpaqlarını xörəkləri vitaminləşdirmək üçün
ə
lavə edirlər. Ən əhəmiyyətlisi yazbaşı tədarük edilən tezye-
tişən sortlardır. Bunların tərkibində olan C vitamini yazbaşı
insanların vitaminə tələbatını ödəyir. Tərkibində turşəng turşu-
su çox olduğundan uzun müddət turşəng göyərtisi yemək
olmaz. Çünki bir neçə həftə və ya ay turşəng yedikdə sidikdə
şə
kər və turşəng turşusunun kalsium duzu ola bilər. Ona görə
də duz mübadiləsi pozulduqda və onunla əlaqədar xəstəliklərdə
turşəng məsləhət deyil.
Qədimdən turşəng qida həzmini yaxşılaşdıran, çürüdücü
qıcqırmanı azaldan və sinqa əleyhinə ən yaxşı vasitə hesab olu-
nur. Qafqazda turşəng yarpaqları ishala qarşı, ödqovucu vasitə
kimi turşəng qaraciyər və sarılıq xəstəliklərində tətbiq edilir.
Belə hallarda gündə 2-3 dəfə 1-2 çay qaşığı turşəng yar-
paqlarından sıxılmış şirəni 1/2-1 stəkan su ilə qarışdırıb içmək
məsləhət görülür. Xalq təbabətində qanlı bəlğəm, qanlı babasil
və digər qanaxmalarda qankəsici vasitə kimi yarpaqlardan
332
(1:20) hazırlanmış həlimdən gündə 3-4 dəfə yeməkdən əvvəl
1/4-1/3 stəkan içmək məsləhət görülür.
Xalq təbabətində tərkibində turşəng və xrizofan turşusu,
qatran, nişasta, sellüloza olan turşəngin köklərindən də istifadə
olunur. Kökləri yazbaşı və yaxud payızda toplayır, təmizləyir,
yuyur və qurudurlar. Turşəng kökündən hazırlanmış həlimdən
orqanizmi möhkəmləndirən, qidanın həzmini və maddələr mü-
badiləsini yaxşılaşdıran vasitə kimi istifadə edilir. Həmin həlim
həm də ishala qarşı büzüşdürücü vasitə hesab olunur. Həlimi 20 q
turşəng kökündən 1 stəkan suda hazırlayır və gündə 3-4 dəfə
yeməkdən əvvəl 2 xörək qəbul edilir. Turşəng kökündən hazır-
lanmış tinktura və həlimdən bəzi dəri xəstəliklərində yuyunmaq
üçün istifadə edilir.
333
Ə
T RL ƏDV YYƏL B TK LƏR
Qidanın dadının, tamının, ətrinin və ümumiyyətlə, key-
fiyyətinin yaxşılaşdırılmasında, eləcə də yeyilən qidanın insan
orqanizmində yaxşı həzm olunub mənimsənilməsində ətirli
ə
dviyyəli bitkilərin mühüm fizioloji əhəmiyyəti vardır.
Ə
tirli ədviyyəli bitkilər dərman bitkisi kimi hələ eramız-
dan 4000 il əvvəl Hindistan, Çin, Orta və Yaxın Şərqdə məlum
olmuşdur. Efir yağı və ədviyyə istehsalı sonralar bu ölkələrdən
dünyanın hər yerinə yayılmışdır.
Ə
tirli ədviyyəli bitkiləri yetişdiyi iqlim şəraitinə görə 4
qrupa bölürlər: tropik, subtropik, mülayim iqlim şəraitində və
hər yerdə yetişən ətirli-ədviyyəli bitkilər. Ətirli ədviyyəli bit-
kilər 30-dan çox botaniki fəsiləyə aid olan 159-dan artıq bitki
növünü əhatə edir. Həmin bitkilərdən təbabətdə, yeyinti səna-
yesinin müxtəlif sahələrində, texnikada, ətriyyat-kosmetika sə-
nayesində və kulinariyada istifadə olunur. Ətirli ədviyyəli bit-
kilərin tərkibində efir yağları, qlükozidlər, alkaloidlər, boya
maddələri, fitonsidlər və s. maddələr vardır.
Azərbaycan ətirli ədviyyəli bitkilərin becərildiyi və ye-
tişdiyi areala, eləcə də onların müxtəlifliyinə görə xüsusi yer
tutur. Respublikamızın ərazisində 170-dən çox ətirli ədviyyəli
bitki yetişir. Bunların çoxu yabanı halda bitir, bir neçəsi isə sə-
naye əhəmiyyətinə malik olduğundan xüsusi təsərrüfatlarda
becərilir.
Sənaye əhəmiyyətli ətirli ədviyyə bitkilərindən zəfəran,
qızılgül, nəcib dəfnə, nanə və digərlərini göstərmək olar. Bun-
lardan başqa, ətirli ədviyyə bitkilərindən bədrənc, boymadərən,
qaraqınıq, qırmızı istiot, qıtıqotu, dağ nanəsi, ətirşah, zirə, yar-
pız, keşniş, kəklikotu, kərəviz, mərzə, pərpərən, razyana, rey-
han, rozmarin, sarımsaq, soğan, tərxun, xardal, qara xaş-xaş,
çödükotu, cəfəri, cırhavuc, cirə, cökə, şalğam, şüyüd və s.
334
müxtəlif sənaye sahələrində, kulinariyada və təbabətdə geniş
istifadə olunur.
Respublikaya xarici ölkələrdən də müxtəlif çeşiddə əd-
viyyat gətirilir. Tarixən Ipək Yolu hələ qədimdən Azərbaycan
ə
razisindən keçdiyi üçün Şərq ölkələrindən Qərbi Avropaya
gedən mal karvanları bu ərazidən keçmiş və şübhəsiz ki,
tacirlər tərəfindən mübadilə və satış üçün aparılan bir çox əd-
viyyələr, o cümlədən qara və ətirli istiot, muskat cövüzü, hil,
mixək, darçın, zəncəfil, sarıkök və başqa ədviyyələr azərbay-
canlıların məişətinə daxil olmuşdur. Tropik ölkələrdə 100-dən
çox ətirli ədviyyə bitkisindən ədviyyə alınır, lakin bunların 10-
12 çeşidi respublikaya gətirilir.
Ə
tirli ədviyyəli bitkilər müxtəlif ədəbiyyatlarda, onların
ə
sas təsiredici maddəsinə, təyinatına, coğrafi mənşəyinə və di-
gər əlamətlərə görə təsnifləşdirilir. Əmtəəlik məhsul kimi ətirli
ə
dviyyəli bitkilər onların bitkinin hansı hissəsindən alınmasına
görə 6 qrupa bölünür:
1.
Bitkinin toxumundan alınan ədviyyələr – xardal,
muskat cövüzü.
2.
Bitkinin meyvəsindən alınan ədviyyələr – cirə, zirə,
razyana, keşniş toxumu, qırmızı istiot, badyan (ulduzvarı cirə
və ya hind razyanası), vanil, hil, ətirli istiot, ağ və qara istiot,
muskat çiçəyi.
3.
Bitkinin çiçəyindən və onun hissələrindən alınan
ə
dviyyələr – zəfəran, mixək.
4.
Bitkinin yarpağından alınan ədviyyələr – dəfnə yar-
pağı, reyhan, mərzə, cəfəri, şüyüd, nanə, tərxun, dağnanəsi,
kəklikotu, kərəviz, yarpız, dağkeşnişi və s.
5.
Bitkinin qabığından alınan ədviyyələr – darçın.
6.
Bitkinin kökündən alınan ədviyyələr – qıtıqotu,
koluriya, zəncəfil, sarıkök.
Coğrafi mənşəyinə görə ədviyyələr 2 qrupa bölünür:
1.
Vətənimizdə bitən ədviyyələr. Bu qrupa xardal,
cirə, razyana, keşniş, qırmızı istiot, zirə, şüyüd, zəfəran, reyhan,
335
dəfnə yarpağı, mərzə, cəfəri, tərxun, dağnanəsi, kəklikotu,
qıtıqotu, koluriya və s. aiddir.
2.
Tropik ölkələrdə bitən və vətənimizə gətirilən əd-
viyyələr. Bu qrupa muskat cövüzü, badyan (ulduzvarı cirə və
ya hind razyanası), vanil, hil, ətirli istiot, ağ və qara istiot, mus-
kat çiçəyi, mixək, darçın, zəncəfil və sarıkök aiddir. Bunların
çeşidi xaricdə daha çoxdur, lakin biz yalnız idxal olunan
ə
dviyyələrin adını çəkirik.
Becərilən ətirli ədviyyəli bitkilərdən qırmızı istiot, xar-
dal, cəfəri, kərəviz, şüyüd, reyhan, cirə, keşniş, razyana və di-
gərləri daha çox əhəmiyyət kəsb edir. Bəzi ətirli ədviyyəli bit-
kilər göyərti tərəvəzi kimi də kulinariyada geniş tətbiq olunur.
Emalından asılı olaraq ətirli ədviyyəli bitkilər təzə,
qurudulmuş, konservləşdirilmiş və qurudulub üyüdülmüş halda
istifadə olunur.
Ə
tirli ədviyyəli bitkilər qidanın həzminə və mənimsə-
nilməsinə təsir etdiyindən, tərkiblərində ətirli, bakterisid və
digər bioloji fəal maddələr olduğuna görə müxtəlif ölkələrin
xalq təbabətində qədimdən istifadə olunur. Lakin həkimlər tibbi
məqsədlər üçün ətirli ədviyyəli bitkilərdən öz təcrübələrində bir
qədər gec tətbiq etmişlər. Lakin müasir təbabətdə ətirli ədviy-
yəli bitkilərdən səmərəli müalicə məqsədilə istifadə olunması
geniş vüsət almışdır.
Biz ətirli ədviyyə bitkilərinin kimyəvi tərkibini, təyinatını
və müalicəvi xassələrini onların adlarına görə əlifba sırası ilə
izah edirik.
Adi zirə – Тмин обыкновенный – Carum Carvi L.
Çətirçiçəklilər (Umbelliferae) fəsiləsinə mənsub olan birillik və
ya ikiillik ot bitkisinin (Carum Carvi L.) ikitoxumlu mey-
vəsidir. 30 növündən Azərbaycanda 3 növünə təsadüf edilir.
Ə
sasən Ukraynada, Qafqazda, Belorusda, Şərqi və Qərbi
Sibirdə, Uzaq Şərqdə və Orta Asiyada becərilir. Azərbaycanda
sənaye əhəmiyyətli plantasiyaları yoxdur, lakin yetişir və xalq
arasında ədviyyə bitkisi kimi istifadə edilir.
336
Meyvəsi tam yetişdikdən sonra yerə töküldüyündən,
ə
sasən tam yetişməmiş halda yığılır. Bitki biçilir, qurudulur və
döyülür. Meyvəsinin uzunluğu 3-6 mm, eni isə 1-2 mm-dir.
Hündürlüyü 30-80 sm-ə çatan ikiillik bitkidir. Gövdə-
sinin üzərində sıra ilə düzülmüş uzunsov lələkvarı yarpaqları
vardır. Yerüstü gövdəsinin başında ağ rəngli xırda çiçəkləri
çətir şəklində düzülmüşdür. Meyvəsi bir-birinə yapışıq halda
iki dənədən ibarətdir. Meyvəsinin xoş iyi və dadı vardır. Zirə
meşə zonalarında yabanı halda bitir. Azərbaycanın subalt çə-
mənlərində dağ zirəsinə daha çox təsadüf olunur. Zirə xoşa-
gələn ətirli bir bitki kimi Abşeron kəndlərində çoxdan bəri be-
cərilir və dərman məqsədilə istifadə olunur. Meyvələrini ye-
tişən dövrdə toplayır, quru binalarda və ya günəş altında
qurudub tədarük məntəqəsinə təhvil verirlər.
Meyvəsinin tərkibində 3-7% efir yağı, 22% piyli yağ və
25%-ə qədər zülal maddəsi vardır. Efir yağının tərkibinin 50-
60%-ni karvon adlanan ətirli maddə təşkil edir.
Meyvənin rəngi boz-sarımtıl, dadı kəskin yandırıcı acı
ə
dviyyəlidir. Nəmliyi 12%, zibil qatışığı 2%, zədələnmiş və
yetişməmiş meyvələri 12%-dən çox olmamalıdır. Zirə kisələrdə
və tarasız daşınır.
Zirədən çörəkçilikdə, qənnadı sənayesində, pendir isteh-
salında, kələmin turşudulmasında, likör-araq sənayesində isti-
fadə olunur. Zirədən alınan efir yağı likör-araq, ətriyyat və
tütünçülük sənayesində, həmçinin, təbabətdə işlədilir. Efir yağı-
nın antibakterial xassələri vardır. Dərmanların ətirləndirilmə-
sində də istifadə edilir. Balverən bitkidir.
Zirənin müalicəvi xassələri. Elmi təbabətdə zirə meyvə-
lərindən bir sıra mürəkkəb dərmanların tərkibində ətirli maddə
kimi və eyni zamanda, mədə-bağırsaq xəstəliklərində mədənin
həzm prosesini yaxşılaşdıran və zəif köpmə zamanı geniş
istifadə edilir.
Xalq təbabətində mədə-bağırsaq xəstəliyində zirədən
dəmləmə kimi istifadə edilir. Bu məqsədlə meyvəsini əvvəlcə
337
xırdalayıb toz halına salır, sonra ondan iki çay qaşığı bir stəkan
qaynar suda dəmləyib yeməkdən əvvəl gündə 3 dəfə 1/3-1/2
stəkan içirlər. Zirə mədə-bağırsaq xəstəliklərinin çox şəfalı
dərmanı hesab olunur. Meyvələrindən, eyni zamanda qənnadı,
çörək və digər yeyinti məhsullarının tərkibində xoş ətirverici
maddə kimi də işlədirlər.
Zirə Avropa və Amerikada rəsmi müalicə vasitəsi hesab
edilir. Zirə yaşlılara, uşaqlara, eləcə də qida həzmi pozuntuları
və meteorizm (qarın köpü) zamanı tətbiq olunur. Zəif qəbiz-
likdə, köpmə olduqda, mədədəki ağrıları sakitləşdirici kimi zirə
tinkturası içmək məsləhət görülür. Belə tinktura hazırlamaq
üçün 1 xörək qaşığı xırdalanmış toxum 1 stəkan qaynayan suda
ağzı bağlı saxlanılır, soyudulur və süzülür, yeməkdən əvvəl 2-3
xörək qaşığı qəbul edilir. Uşaqlara gündə 5-6 dəfə yeməkdən
ə
vvəl 1 çay qaşığı verilir. Uşaq tinkturasını şəkər və ya şərbətlə
də şirinləşdirmək olar.
Zirə tinkturasından həm də iştahartırmaq üçün istifadə
edilir. Bakı kəndlərində yaşlı insanlar yeməkdən əvvəl bir neçə
tikə çörəyi zirəyə batırıb yeyir, bununla da həm iştaha artır və
həm də yeyilən əsas qida daha yaxşı həzm olunur.
Südverən qadınlar südün yaranmasını artırmaq məqsədilə
zirədən aşağıdakı qaydada istifadə edirlər. 1 xörək qaşığı
xırdalanmış zirə 2 stəkan qaynar suda 3-5 dəq. qaynadılır,
soyudulur və yeməkdən əvvəl gündə 3-4 dəfə, 1/3-1/2 stəkan
içilir. Südverən qadınlara zirə əlavəsi ilə bişirilmiş çörək yemək
də məsləhət görülür. Zirə həm də ödqovucu kimi də xeyirlidir.
Bəzi cəhətlərinə görə zirə süpürgəgülündən və dovşanqulağın-
dan üstündür. Məhz, bu səbəbdən zirə öz təsirinə görə bitki
mənşəli müxtəlif çay yığımlarının – əczaxana, büzüşdürücü
(mədə üçün), yumşaldıcı, yelqovucu, sakitləşdirici – tərkibinə
daxil edilir.
Ağ istiot – Белый перец – Piper alba. stiot (Pipe-
raceae) fəsiləsindən çoxillik, sarmaşan tropik bitkisinin tam
yetişmiş meyvələrindən alınır. Yetişmiş meyvələr dərilir, dəniz
338
suyunda və ya əhəng suyunda isladılır, yaxud da ferment-
ləşdirilir və meyvə qişasından təmizlənib qurudulur. Ağ istiotun
dənləri uzunsov yumru, diametri 4,5 mm-ə qədər olur. Ağ
istiotun ən məşhur sortları Muntak (Indoneziyada becərilir),
Saravak, Batoviya istiotlarıdır. 100 ədəd dənin kütləsi 3,23q-
dan 5,27 q-a qədər olur.
Dənləri sarımtıl-boz rəngli və üzərində çiçəkliyindən
saplağına doğru uzanan zərif zolaqlar görünür. Ağ istiotun dadı
və ətri qara şstiot kimi kəskin ətirli və çox yandırıcı deyil. Bu
istiotun meyvə qişası ayrıldığı üçün nisbətən azyandırıcı və
zərif ətirli olur. Ağ istiotun kimyəvi tərkibi faizlə aşağıdakı
kimidir: su – 11,4-15,0; azotlu maddələr – 11,6-13,3; efir
yağları – 1,4-3,2; yağ – 6,4-8,6; karbohidratlar – 51,3-61,6;
sellüloza – 4,9-9,5; kül – 0,7-3,5; qatran – 0,2-0,4; piperin –
6,1-9,4; piperidin – 0,2-0,4.
Standart üzrə nəmliyi 12%-ə qədər, efir yağı 0,8%-ə
qədər, ümumi külü 5%-dən çox olmamalıdır. Dənəvər və üyü-
dülmüş halda satışa verilir.
Ağ istiotun müalicəvi xassələri qara və ətirli istiotun
təsiri kimidir.
At əvəliyi, əvəlik – Шавель конский – Rumex con-
fertus Willd. Əvəlikçiçəklilər fəsiləsindən olub gövdəsinin
uzunluğu 1,5 m-ə çatan çoxillik ot bitkisidir. Atəvəliyi dünyada
150-yə qədər, Azərbaycanda isə 17 növü yayılmışdır. Əvəlik
növlərinin bir çoxu qida əhəmiyyətli, aşı maddəsi tərkibli, bo-
yaq bitkisi kimi istifadə olunur. Atəvəliyi Azərbaycanda Böyük
Qafqazın meşə ətəyi bölgələrində, yuxarı dağlıq zonalarında,
dağ çəmənliklərində rast gəlinir. Respublikamızın bir çox
bölgələrində bunun bol ehtiyatı var.
Uzun saplaqlı yarpaqları üçkünc-yumurtavarı, kənarları
dalğalı, uzunluğu 30 sm-ə, eni 15 sm-ə qədər olur. Gövdəsinin
yuxarı hissəsində yarpaqlar xırda və ensizdir. Sünbül şəklində
yerləşmiş xırda yaşılımtıl çiçəkləri iki cərgə düzülmüş 6
bölgülü çiçəkyanlığından ibarət olur. Bitki may-iyul aylarında
339
çiçəkləməyə başlayır. Bu bitkiyə meşə talasında, sulu çəmən-
liklərdə, çay və göl kənarlarında yabanı halda təsadüf olunur.
Azərbaycanın bir çox rayonlarında əvəlik ehtiyatı
çoxdur. Son illər bitkinin kökündən dərman məqsədilə istifadə
olunur. Kökündə 4% antraxinon törəmələri (xrizofan turşusu,
emodin
), 8-15% aşı maddəsi (pirokatexin və piroqallol qrupu),
kofein
turşusu, nepodin flavonoidi, turşəng turşusunun kalsium
duzu, K vitamini, yarpaqlarında 60,5 mq%, çiçəklərində isə
68,4 mq% C vitamini, rutin, qiperazid, efir yağı, dəmir birləş-
mələri, qatranlar vardır.
Ə
vəlik bitkisinin ədviyyat və qida əhəmiyyətli növlərinin
yaşıl hissəsində 2,93% azotlu maddə, 0,4-1,41% şəkər, 19-
30%-ə qədər zülali maddə, 1,43% mineral maddə, 10%-ə qədər
quzuqulağı turşusu, C, A, B
1
, B
2
, PP vitaminləri, rutin, flavo-
noid birləşmələri, kalium, dəmir və s. vardır. 1 kq yaşıl yarpa-
ğ
ında 245 kalori vardır. Əvəliyin yaşıl hissəsində 2 mq% də-
mir, 0,6 mq% mis, 0,13 mq% ftor, 9 mq% manqan, 1,5 mq%
sink, 0,19 mq% molibden, 0,62 mq% nikel, 0,02 mq% arsen,
10 mq% stronsium, 140 mq% natrium, 579 mq% kalium, 35
mq% maqnezium vardır.
Ə
vəlik aprel-iyun aylarında toplanır və saç kimi hörü-
lərək qurudulur. Quru əvəlikdən müxtəlif xörəklər hazırlanır.
Ə
vəlikli aş, əvəlikli umac, əvəlikli sıyıq, əvəlikli piti, əvəlikli
bozbaş, yarmalı aş və s. müalicəvi məqsədlə istifadə olunur.
Ə
vəlik həm də dovğaya, qutaba və müxtəlif şorbalara ədviyyat
kimi də əlavə edilir.
Ə
vəliyin müalicəvi xassələri. Əvəliyin tərkibində 2-3%
antrasenin törəməsi, 8-13% aşı maddəsi və K vitamini olduğun-
dan, onun kökündən və meyvəsindən alınan həlimdən (10:200)
və tozundan qanlı ishala və bağırsaq xəstəliklərinə qarşı istifadə
olunur. O həm də qankəsici və büzüşdürücü xassəyə malik
olduğu üçün ağızı və boğazı qarqara etmək məqsədilə tətbiq
edilir. Əvəliyin digər növləri də, məsələn, qumral əvəlik –
Rumex crispus L., ispanaq əvəliyi – Rumex patientia L.,
340
kütyarpaqlı əvəlik – Rumex abtusif alius L. eyni xassəyə
malikdir.
Elmi təbabətdə atəvəliyi, ravənd kökünün əvəzedicisi
kimi kiçik dozalarda büzücü, böyük dozalarda isə işlətmə dər-
manı kimi istifadə olunur. Bitki antibakterial xassəyə malikdir.
Azərbaycanda yayılmış əvəlik bitkilərindən qıvrım
başcıqlı əvəlik əhali tərəfindən daha çox istifadə olunur. Quru-
dulmuş əvəlik xırdalanır və ondan «əvəlikli aş» bişirib mədə-
bağırsaq pozuntusu zamanı xəstələrə verilir.
Ə
vəliyin başqa növlərindən isə sarı və qırmızı boya
maddəsi almaq məqsədilə istifadə olunur.
Bədrənc, (Ballınanə, Limonotu) – Мелисса лекар-
ственная
, (Лимонная мята, Медовка) – Melissa officinalis
L. Bədrənc dodaqçiçəklilər (Labiatae) fəsiləsindən olub gövdə-
sinin uzunluğu 50-125 sm-ə çatan çoxillik xoş limon ətirli ot
bitkisidir. Yarpaqları yumurtavarı və kənarları mişarşəkilli
olub, uzunluğu 6 sm, eni 3 sm-ə qədər olur. Iyun ayından av-
qust ayına qədər çiçəkləyir. Çiçəkləri sarımtıl, ağ, çəhrayı və ya
bənövşəyidir. Meyvəsi quru, dörd çılpaq yumurtavarı formada,
tünd boz və ya qara parıltılı toxumdur. Qafqazda, Rusiyanın
Avropa hissəsində, Orta Asiyada, Cənubi Avropada, Şimali
Afrikada, Şimali Amerikada yabanı halda rast gəlinir. Əsasən
yarpaqları və yuxarı zoğları çiçəkləyən vaxt toplanır, qurudulur
və istifadə olunur.
Tərkibində kəskin limon iyi verən 0,33%-ə qədər efir
yağı vardır. Efir yağının tərkibində sitral, sitronellol, mirsen və
geraniol
vardır. Eyni zamanda, yarpaqlarında 150 mq% C
vitamini, toxumunda 20%-ə qədər yağ, yarpaqlarında qatran,
9%-ə qədər aşı maddəsi, qəhvə, olean və ursol turşusu vardır.
Bədrənc ətirli, dərman və balverən bitki kimi qədimdən
məşhurdur. Bədrənc təzə və ya qurudulmuş halda tamlı qatqı
kimi salatlara, ət, balıq və göbələk xörəklərinə əlavə edilir. Çay,
sirkə, şərab və likörlərin ətirləndirilməsində istifadə olunur.
Ə
dviyyə qatışıqları hazırladıqda qara və ətirli istiotu əvəz edə
341
bilər. Bədrənc təbabətdə, ətriyyat, yeyinti və likör-araq səna-
yesində – «Şartrez» və «Benediktin» likörləri və məşhur rus
içkisi «Yerofiç» (nastoyka) istehsalında istifadə olunur. Qiy-
mətli bal verən bitkidir. Bir hektar sahədən arılar 150 kq bal
hasil edirlər.
Bə drə ncin müalicə vi xassə lə ri. Bədrəncdən hazırlanan
preparatlar ürək xəstəliklərində yaxşı təsir göstərir. Təngnəfəs-
lik keçir, taxikardiya halları, eləcə də, ürək nahiyəsindəki
ağrılar aradan qaldırılır. Bədrəncdən hazırlanan tinktura və
həlimləri qəbul etdikdə tənəffüs normallaşır, ürəyin ritmi azalır
və qantəzyiqi aşağı düşür. Bolqariyada bədrəncdən ağrıkəsici,
spazmaya qarşı, əsəb sistemini sakitləşdirən, iştahaartıran, san-
cını yüngülləşdirən və ürəkbulanmaya qarşı bir vasitə kimi is-
tifadə olunur. O, həmçinin, əsəb zəifliyində, miqrendə, yuxu-
suzluqda, yüksək cinsi həyəcanlanmada, ağrılı aybaşıda, dəri
səpkilərində məsləhət görülür. Xaricə istifadə etmək məqsədilə
çibanlara kompres və islatma, diş dibinin iltihabında isə qarqara
üçün tətbiq olunur.
Xaricə masaj üçün 1:5 nisbətində hazırlanmış spirtli
tinkturadan, daxilə qəbul etmək üçün isə 8-10 q xırdalanmış
bədrənc 500 ml qaynar suda yarım saat ağzı bağlı qabda saxla-
nılmaqla alınan həlimdən istifadə olunur. Kompres və islatma
üçün tinktura hazırladıqda xammal ikiqat artıq götürülür.
Bədrəncdən hazırlanmış həlim mədə-bağırsağın fəaliyyətini,
xüsusən bağırsaqlarda köpməni nizamlayır və sakitləşdirici tə-
sir göstərir.
Xalq təbabətində bədrəncdən qıcolma, ağrıkəsici və ürək
xəstəliklərinə qarşı istifadə olunur. Yarpaqlarından və uc pöhrə-
lərdən hazırlanmış tinktura qidanın pis həzmində, təngnəfəslik,
asma, əsəbilik, yuxusuzluq, qanazlığı, ağrılı aybaşı zamanı,
eləcə də, tərlədici və mədəni yumşaldıcı vasitə kimi istifadə
olunur. Bədrənc tinkturasından başgicəllənmədə, podaqrada,
ə
səb sisteminin və ürəyin fəaliyyətinin yaxşılaşdırılmasında
istifadə olunur. Ibn-Sina bədrəncdən ürəyin fəaliyyətini, qida
342
həzmini yaxşılaşdıran və melanxoliyanı (qəm-qüssəni) aradan
qaldıran vasitə kimi məsləhət görürdü.
Bədrənc efir yağınınnoksiki təsiri azdır və ürəkağrısına
qarşı preparatların tərkibinə daxil edilir. Belə preparatları qəbul
edən xəstələrdə təngnəfəslik azalır, taxikardiya və ürək nahiyə-
sindəki ağrılar keçib gedir və qan təzyiqi aşağı düşür.
Xalq təbabətində bədrəncdən hazırlanan tinkturadan işta-
haartırıcı və həzm orqanlarının fəaliyyətini yaxşılaşdırmaq
üçün tətbiq olunur. Bədrəncdən həm də ağrıkəsici vasitə kimi
boğaz ağrılarına, mədənin kəskin ağrılarına və əsəb xəstəliklə-
rinə qarşı istifadə edirlər. Müasir dövrdə bədrəncdən sakit-
ləşdirici dərman kimi 1:10 nisbətində hazırlanmış həlim və
yaxud tinkturadan kəskin qıcıqlanmaya, isteriyaya, ipoxond-
riyaya (ruh düşkünlüyü) və yuxusuzluğa qarşı istifadə edilir.
Belə tinktura qanazlığı zamanı da yaxşı təsir göstərir. Xalq
təbabətində ürəkdöyüntüsü və ürək nahiyəsindəki ağrılara qarşı
10-15 damcı bədrənc yağı qəbul etmək məsləhət görülür. Bu
yağ həm də tərlədici və aybaşını normallaşdıran vasitə kimi də
işlədilir. Dişlərin və diş ətinin xəstəliklərində bədrənc yarpaq-
larından hazırlanmış həlimlə ağız boşluğunu qarqara edirlər.
Belə həlimdən islatma və kompres oynaqlardakı yel xəstəliyinə,
ə
zələlərin ağrılarına, yara və əziklərə qarşı da istifadə olunur.
Dostları ilə paylaş: |