Badamın müalicəvi xassələri. Badamın tərkibində
sortundan və becərildiyi torpaq-iqlim şəraitindən asılı olaraq
45-62% qurumayan yağ vardır. Yağın tərkibi, əsasən olein və
linol turşularının qliseridləridir. Badam zülalının (20%)
tərkibində əvəzedilməz aminturşular vardır. Badamda 2%-ə
qədər saxaroza və amiqdalin qlükozidi var. Acı badamda bu
qlükozidin miqdarı (3,5%) nisbətən çoxdur. Bu qlükozid
emulsin
fermentinin təsirindən parçalanır və kəskin zəhərli
maddə – sinil turşusu əmələ gəlir. 10-15 ədəd acı badam insana
öldürücü təsir göstərir. Əsas etibarilə, sinil turşusu beynin
mərkəzində həyat üçün vacib olan toxumaların fəaliyyətini
pozur. Insanın nəfəs yolları və qan damarlarının işini çətinləş-
dirir. Insanın nəfəsinin kəsilməsi ilə ölüm baş verir. Ona görə
də acı badamdan qida məqsədləri üçün istifadə olunmur. Ondan
yağ alınıb kosmetikada istifadə edirlər. Ona görə də tərkibində
amiqdalin qlükozidi olan badam və digər meyvələri yemək
olmaz. Xüsusən uşaqların qidasında bunlardan istifadə
olunmamalıdır.
Badamdan soyuq presləmə üsulu ilə alınan yağdan ye-
yinti sənayesində, əczaçılıqda və ətriyyat sənayesində istifadə
olunur. Şirin badam ləpəsi təzə və qovrulmuş halda qidaya sərf
olunur. Ondan qənnadı sənayesində tort, pirojna, şokolad, kon-
fet və peçenye hazırlanır. Badamın qabığından xüsusi maddə
alıb konyakın və bəzi üzüm şərablarının rənglənməsində və
ə
tirləndirilməsində istifadə olunur.
213
Qədim ərəb təbabətində badamdan qidanın yaxşı həzm
olunması üçün sidikqovucu kimi, badam yağından isə bəzi
xəstəliklərdə sakitləşdirici və ağrıkəsici vasitə kimi istifadə
etmişlər. Badamın bu şəkildə istifadə olunmasına digər
ölkələrin təbabətində də rast gəlinir. Müasir tibbdə şirin badam
emulsiyasından (badam südündən) mədə-bağırsaq yolları
xəstəliklərində sakitləşdirici vasitə kimi istifadə olunur. Son za-
manlar şirin badam mədə xorası xəstəliyində də tətbiq olunur,
çünki badam mədə şirəsinin sekresiyasını zəiflədir. Eyni
zamanda, badam mədənin və bağırsağın peristaltikasını artırmır
(gücləndirmir).
Badam yağı zərif yumşaldıcı təsir göstərdiyindən, ondan
qəbizlikdə də istifadə etmək olar. Xalq arasında badamdan
sakitləşdirici, ağrıkəsici və iltihaba qarşı da istifadə olunur.
Azərbaycanın xalq təbabətində qulaq ağrıları zamanı 2-3 damla
badam yağı damızdırılır. Əczaçılıqda badam yağından mazların
(məlhəmlərin) hazırlanmasında, kosmetikada isə dərinin
yumşaldılması məqsədilə istifadə olunur.
Ə
səb pozuntuları, qarında kəskin ağrılar, kəskin öskürək
zamanı sakitləşdirici və ağrıkəsici vasitə kimi xəstələrə gündə
10-15 damcı badam kəpəyindən (nazik meyvə qabığı) ha-
zırlanmış acı badam suyu içmək məsləhət görülür. Badam yağı
aldıqdan sonra yerdə qalan cecədən (jmıxdan) dərini yum-
ş
altmaq və onu ağartmaq üçün istifadə edirlər.
Fındıq – Фундук – Corylus avellana, Tozağacı
(Betulaceae) fəsiləsinin fındıq cinsinə mənsubdur. Məlum 15
növündən 7 növü daha çox yayılmışdır. Meşə fındığı yabanı
halda Avropada, Qərbi Asiyada və Şimali Amerikada bitir.
Azərbaycanda meşə fındığı Şəki-Zaqatala zonasının dağətəyi
meşələrində geniş sahələrdə bitir. Dağlıq Qarabağ, Quba-
Xaçmaz zonalarının meşələrində də yabanı fındıq vardır.
Fındıq 7-9 m hündürlüyündə bitən koldur, bəzən ağac
şə
klində boy atır. Mart ayında çiçəkləyir. Erkək və dişi çiçək-
ləri ayrı-ayrı eyni ağacda yerləşir. Fındığın meyvəsi avqust-
214
sentyabrda yetişir. 1 ha sahədən 40-500 kq məhsul yığmaq olar.
Meyvələri yetişənə qədər yaşıl qalır və qərzəklidir. Qərzək
fındığı ya tamamilə, ya meyvənin dib hissəsini, ya da ki,
yarısını bürüyür. Meyvəsi yumru, oval-silindrik və əksərən
uzunsov olur. Qabığı sarı-qəhvəyi və ya tünd darçınıdır. Fın-
dığın ləpəsi ağdır, yağlı və dadlıdır, qırmızı və ya tünd sarı
rəngli pərdə ilə örtülüdür.
Meşə fındığı 5-10 yaşından bar gətirir, 60-80 il ömür
sürür. Təbiətdə vegetativ yolla çoxalır.
Meşə fındığının tərkibində 58-71% yağ, 14-18% asan
həllolunan zülal, 2-5% saxaroza, B
1
və E vitaminləri, dəmir
duzları vardır. Meşə fındığı təzə, qurudulmuş və qovrulmuş
halda yeyilir. Ondan qənnadı sənayesində tort-pirojna, konfet
və karamel üçün içlik, Şərq şirniyyatı hazırlanmasında daha
çox istifadə edilir. Təzə meyvələrini narın sürtgəcdən keçirib,
su ilə qarışdıraraq yüksək qidalı sayılan «süd» və «qaymaq»
hazırlayırlar ki, bu da zəif düşmüş xəstələr üçün məsləhət
görülür. Meşə fındığının ləpəsindən əczaçılıqda və ətriyyatda
işlədilən yağ çıxarılır, qabığından təbabətdə işlədilən kömür
hazırlanır, cavan şivlərindən təsərrüfatda zənbil və səbət
toxunur.
Fındığın müalicəvi xassələri. Fındığın tərkibindəki yağ
qurumayan yağlar qrupuna aiddir. Fındıq zülalı əvəzedilməz
aminturşular ilə zəngindir. Fındığın yağı ayrıldıqdan sonra
yerdə qalan jmıxdan halva hazırlanır. Fındıq qovrulmuş halda
daha da ətirli və dadlı olur. Ondan qənnadı sənayesində şoko-
lad, konfet, tort, pirojna və müxtəlif şərq şirniyyatı hazırlanır.
Xalq təbabətində fındıqdan sidik kisəsi daşları xəstə-
liyində istifadə olunur. Balla fındıqdan revmatizm, qanazlığı və
orqanizmin möhkəmləndirilməsi vasitəsi kimi də istifadə
olunur. Məişət təbabətində fındıq yağı yumurta ağı ilə qarış-
dırılıb yanıqların müalicəsində tətbiq olunur. Saçların möhkəm-
lənməsi üçün onlara fındıq yağı çəkilir. Fındıqdan qurdqovucu
(askarid) kimi, eləcə də südverən anaların südünün daha çox
215
olması məqsədilə yeyilir. Azərbaycanda yandırılmış fındıqdan
qaşın və kirpiklərin boyanmasında istifadə olunur.
Təbabətdə fındığın yarpaqlarından və ağac qabığından
istifadə olunur. Yarpaqlarında 200 mq% C vitamini, efir yağı,
qlükozid mirisitrozid vardır ki, bu da damardaraltma təsirinə
malikdir. Ağacının qabığında efir yağı, aşı və boya maddəsi,
liqnoseril
spirti və betulin vardır. Fındığın yarpaqlarından və
qabığından hazırlanmış tinkturadan varikoz damar geniş-
lənməsi, flebit və periflebitdə, ayaqların trofik yaralarında və
kapillyar hemorragiyada gündə 3-4 dəfə 1/3–1/4 stəkan içmək
məsləhət görülür. Yarpaqlarından hazırlanmış həlimi mədəaltı
vəzinin hipertrofiyasında qəbul etmək olar.
Meşə fındığının quru distilləsindən «L-2 Meşə» preparatı
alınır. Bu, iki fraksiyadan ibarətdir: sulu və qatranlı. Həkim
təcrübəsində bu preparatdan neyrodermit, ekzema, epidermofit
və dərinin üzvi streptokokk zədələnməsi zamanı istifadə olunur.
Fıstıq – Бук – Faqus L. Fıstıq (Faqaceae) fəsiləsinin
fıstıq cinsinə aiddir. 9 növ ağacdan 2 növü yayılmışdır. Qafqaz-
da dəniz səviyyəsindən 2300 m yüksəklikdə subalp qurşağına
qədər meşəliklərdə bitir. Fıstıq meşələri Qafqaz meşələrinin
25%-ni təşkil edir.
Fıstıq aprel-may aylarında çiçəkləyir, eyni zamanda
yarpaqları əmələ gəlir. Meyvələri sentyabr-oktyabrda yetişir və
çatlamış tikanlı qərzəkdən ayrılıb düşür. Meyvəsi 3 tilli, parlaq
qəhvəyi rəngdədir. çərisində açıq bozumtul-qəhvəyi rəngli
ləpəsi vardır.
Fıstıq 40-50 yaşından bara girir, 3-4 ildən-bir bol məhsul
verir, 500 ildən çox ömür sürür.
Fıstıq ləpəsində 30-50% yağ və 20% zülali maddə vardır.
Onu təzə və qovrulmuş halda yeyirlər. Lakin fıstıq ləpəsinin
tərkibində zəhərli qlükozid olduğundan, onu çox yemək
məsləhət görülmür. Fıstıq ləpəsindən yarımquruyan yağ alınır.
Həmin yağ qida üçün, həm də texnikada istifadə edilir.
216
Fıstığın oduncağı bərkliyinə görə şabalıd və palıd odun-
cağından geri qalır. Xüsusi mebel və parket hazırlanmasında
istifadə edilir.
Günəbaxan – Подсолнечник – Helianthus annuus L.
Günəbaxanın vətəni Şimali Amerikadır. Aborigenlər avro-
palılar gələnə qədər orada günəbaxanı becərirdilər. Günəbaxan
toxumlarını qidalarında istifadə edir, yağını saçlarına çəkirdilər.
Avropada günəbaxan ilk dəfə XVI əsrin əvvəllərində ispanlar
tərəfindən Madrid botanika bağında becərilmişdir. Qərbi
Avropa ölkələrində günəbaxan bir neçə yüz illər bəzək bitkisi
kimi əkilirdi. Günəbaxan Rusiyaya I Pyotrun vaxtında gəti-
rilmiş və 10 illərlə bəzək bitkisi olmuşdur. XIX əsrin birinci
yarısının sonunda Saratov quberniyasında kəndli Bokaryev
günəbaxan bitkisi əkib ilk dəfə onun toxumundan yağ almışdır.
Tezliklə günəbaxan Rusiyanın mərkəzi və cənub rayonlarında
yayılmağa başladı. XX əsrin əvvəllərindən günəbaxan Ru-
siyada geniş miqyasda becərilməyə başlandı və hazırda bitki
yağları içərisində əsas yer tutur.
Günəbaxan yağının qidalılıq dəyəri onun kimyəvi tərkibi
ilə müəyyən olunur. Günəbaxan yağının qliseridləri palmitin,
stearin, araxidon, liqnoserin, olein
və linol turşularından təşkil
olunmuşdur. Yağdan başqa günəbaxan toxumlarında 13,5-
19,1% zülal, 23,9-26,5% karbohidrat,
2%-ə qədər futin və 1,5% aşı maddəsi vardır. Günəbaxan
yağından müxtəlif qida məhsullarının hazırlanmasında istifadə
olunur. Rafinadlaşdırılmış günəbaxan yağından təkcə aş-
bazlıqda deyil, həmçinin, marqarin, balıq və tərəvəz konservləri
istehsalında da istifadə edilir.
Günəbaxanın müalicəvi xassələri. Günəbaxan toxum-
larından azad edilmiş səbətdən pektin alınır. Bu pektin mədə-
bağırsaq xəstəliklərində nəzərdə tutulan dərmanların əsasını
təşkil edir. Təmizlənmiş günəbaxan yağı əsas kimi bəzi
məlhəmlərın, yağlı məhlulların və plastırların tərkibinə daxildir.
217
Günəbaxan yağından çox vaxt tibbidə işlətmə dərmanı
kimi istifadə olunur. Tərkibində doymamış yağ turşuları oldu-
ğ
undan, ateroskleroz zamanı günəbaxan yağı içmək məsləhət
görülür.
Günəbaxan yarpaqları və çiçəyinin kənar ləçəkləri də
müalicəvi xassələrə malikdir. Zədələnmədən yığılan parlaq sarı
rəngli ləçəkləri dərhal qaranlıq otaqlarda, yaşıl yarpaqlar isə
açıq havada kölgədə qurudulur.
Qurudulub qablaşdırılmış xammal quru binalarda iki il-
dən çox olmayaraq saxlanıla bilər. Qurudulmuş yarpaq və
ləçəklərdən spirtdə hazırlanmış tinkturadan iştahanı yaxşılaş-
dırmaq üçün istifadə olunur. Xalq təbabətində belə tinkturadan
(1:5 nisbətində xammal 7-10 gün araqda saxlanılır) mal-
yariyanın müalicəsində istifadə olunur. Bəzən bu məqsədə 1:10
nisbətində günəbaxanın zoğlarından hazırlanmış tinkturadan
istifadə olunur. Belə nastoy 2 saatdanbir 1 xörək qaşığı titrətmə
zamanı, gündə 3-4 dəfə isə ağrılar zamanı içirlər. Əvvəllər
malyariya xəstəliyinin müalicəsi üçün xüsuüsi günəbaxan
damcısı hazırlanırdı.
Kətan, zəyərək – Лен – Linum usitatissimum
(Tourm.) L. Bu kətan (Linaceae) fəsiləsindən olan birillik və
çoxillik bitkidir. 200-dən çox növündən yalnız iki növü, kətan
lifi və yağlı toxum almaq üçün becərilir. Kətan toxumlarından
alınan piyli yağdan təbabətdə geniş istifadə olunur. MDB-də
birillik bitki kimi becərilir.
Çiçəkləri göy rənglidir. Meyvəsi kürəvarı qutucuqdan
ibarətdir. Onun içərisində 10 ədəd toxum yerləşir. Toxumları
yumurta şəkilli olub, qonur-sarı rəngli-dir, üst qatı selikli mad-
də ilə zəngin olduğundan onların rəngi parlaqdır. Toxumların
xoşagələn selikli dadı vardır.
Kətanın iki növü sənaye əhəmiyyətli bitki kimi geniş
miqyasda becərilir. Bunlardan biri “dolqunes” kətanı (L. Elon-
gata), digəri isə “kudryaş” kətanı (L. Hrevimul-ticaulia)
adlanır.
218
Dolqunes kətan hündür boyludur, budaqları isə zəif
inkişaf etmişdir. O, ancaq kətan tədarükü üçün becərilir. Kud-
ryaş kətan isə alçaq boyludur, zəngin qol-budaqlıdır. Bu ancaq
kətan toxumu tədarük etmək məqsədilə yetişdirilir. Kətan toxu-
mundan alınan kətan yağı yeyinti sənayesində və texnikada
geniş miqyasda tətbiq olunur. Kətan yağı quruyan bitki yağları
qrupuna aiddir.
Kətan çox qədimdən becərilən bitkidir. O, hələ eramız-
dan 2400 il əvvəl qədim misirlilər tərəfindən becərilmiş və to-
xumlarından kətan yağı, yerüstü hissəsindən isə kətan lifi
hazırlanmışdır.
Toxumlarını toplamaq üçün əvvəlcə bitkini torpaqdan
dartıb çıxarır, sonra dərz bağlayıb bir müddət açıq havada
qurudub xırmanda və yaxud xüsusi maşınla toxumlarını ayırır,
kənar qarışıqlardan təmizləyib kisələrə qablaşdıraraq tədarük
məntəqələrinə göndərirlər.
Kətan toxumlarında 5-12% selikli maddə, 30-48%-ə
qədər piyli yağ və 18-33% zülal maddələri vardır. Dərman
məqsədilə kətanın toxumlarından istifadə olunur.
Kətanın müalicəvi xassələri. Kətan toxumlarının qabıq
hissəsində “linamarin” adlı qlikozid müəyyən edilmişdir ki,
hazırda ondan elmi-təbabətdə mədə-bağırsağın həzm prosesini
artıran dərman kimi istifadə edilir.
Kətan toxumundan eyni zamanda zəif işlətmə, həmçinin
mədə-bağırsağın selikli qişasını yumşaldan dərman kimi də
istifadə olunur.
Kətan toxumlarından hazırlanan sulu dəmləmə və bişir-
mələrdən mədə xorasının müalicəsində yarasa-ğaldıcı dərman
kimi işlədirlər.
Xalq təbabətində kətan toxumlarından çay dəmləyib,
böyrək və qaraciyər ağrılarında sakitləşdirici vasitə kimi qəbul
edirlər. O, eyni zamanda çiban (furunkul) və digər dəri yara-
larının müalicəsində də iltihabı aradan qaldıran və yarasağaldan
vasitə kimi istifadə edilir.
219
Küncüt – Кунжут – Sesamum indikum L.. Küncüd
(Pedaliaceae) fəsiləsinə aid 90-140 sm hündürlüyündə dik
zoğları olan kol bitkisidir. Çiçəkləri yarpaqların altında, bəzən
3-ü birlikdə yerləşir. Çiçək tacı ağdan intensiv bənövşəyiyə
qədər olur. Meyvəsi uzunsov, dörd və ya səkkizüzlü, yuxarıdan
sivri, 3-4 sm uzunluğunda qozadır. Toxumlar xırda olub, kətan
toxumuna oxşayır, lakin səthi tutqundur. Iyun-avqust aylarında
çiçəkləyir, payızda yığılır.
Küncütün vətəni Afrikadır. Buradan küncüt Aralıq dənizi
ölkələrinə gətirilmişdir. Lakin bəzi tədqiqatçılar küncütün
Yunanıstanda və Kiçik Asiyanın qədim ölkələrində əkilib-
becərildiyi haqqında məlumat verirlər. Hindistan və Pakistanda
da küncüt ta qədimdən becərilir. Buradan küncüt Orta Asiyaya,
XVIII əsrin sonlarında isə Rusiyanın Həştərxan vilayətinə
gətirilmişdir. Hazırda küncüt Orta Asiyada, Qafqazda, Kras-
nodar diyarında və Ukraynanın cənubunda becərilir.
Küncüt toxumlarında 60%-ə qədər yağ vardır. Bu yağın
48%-ni olein və 36,8%-ni linol yağ turşuları təşkil edir.
Toxumlarda 19% zülal və 17,5% həll olan karbohidratlar var-
dır. Əla sort küncüt yağı zeytun yağından yaxşıdır. Müəyyən
olunmuşdur ki, küncütdən alınan sezam yağı orqanizmdə 100%
mənimsənilir. Ondan marqarin hazırlanır ki, bu da qənnadı və
konserv sənayesində istifadə olunur. Aşağı sort yağlardan
sabun, yağın yanmasından alınan hisdən isə çin tuşu hazırlanır.
Qənnadı sənayesində küncüt toxumları kökələrin və digər
məmulatın səthinə səpilir, ondan şərq şirniyyatı (qoznək) ha-
zırlanır. Avropada, Rusiyada və Amerikada məşhur olan taxin
halvası küncütdən hazırlanır.
Küncütün müalicəvi xassələri. Tibbdə küncüt yağından
inyeksiya məhlullarının və xaricə sürtmək üçün məlhəmlərın və
plastırların hazırlanmasında istifadə olunur. Küncüt yağı
trombositlərin sayını artırır və qanın laxtalanmasını sürətlən-
dirir. Ona görə də küncüt yağından babasil diatezlərinin və
Verlqof xəstəliyinin müalicəsində (1 xörək qaşığı gündə 3 dəfə)
220
istifadə olunur. Xalq təbabətində küncüt yağı soyuqdəymədə,
xroniki öskürəkdə və zökəmdə ən yaxşı vasitədir. Belə hallarda
hər səhər 1 xörək qaşığı küncüt yağı içmək məsləhət görülür.
Küncüt yağı mədə-bağırsaq xəstəliklərində, işlətmə dərmanı
kimi, böyrək və böyrəkdaşı xəstəliklərində, daxili qanaxma-
larda və eləcə də qurdqovucu vasitə kimi içilir. Küncüt yağı
xaricə sürtmək üçün də istifadə olunur. O, dərini yumşaldır, qa-
ş
ınma və ağrıları sakitləşdirir. Küncüt yağı ilə yanıqlar və dəri
iltihabı müalicə olunur. Soyuqdəymədə sinənin dərisini, bağır-
saq pozuntularında qarın nahiyəsinin dərisini, diş ağrılarında isə
dişin dibini küncüt yağı ilə masaj edirlər.
Müalicəvi məqsədlə küncütün yarpaqlarından da istifadə
olunur. Təzə yarpaqlar və ya yarpaqların əzintisindən alınan
sıyıq dərinin iltihablı yerlərinə təpitmə kimi qoyulur. Yarpaq-
ların əzintisi süddə bişirib yaraların üstünə qoyulur. Yarpaqdan
alınmış və yaxşı isidilmiş kütlədən bağırsaq ağrılarında qarına,
padaqrada isə oynaqlara təpitmə qoyulur. Yarpaqlarını sirkədə
isladıb qoturluğu müalicə edirlər. Çin təbabətində küncüt to-
xumlarından tonuslandırıcı və soyuqdəyməyə qarşı vasitə kimi,
eləcə də zəhərlənməyə qarşı istifadə edirlər.
Pekan – Пекан – Carua olivaeformis Nult. Qoz
(Juglandaceae) fəsiləsinin kariya cinsinə mənsubdur. Vətəni
Ş
imali Amerikadır. Burada pekan yabanı və mədəni halda bitir.
Pekan 1909-cu ildə Qafqazın Qara dəniz sahillərində,
1934-cü ildə Orta Asiyada və sonra Krımda becərilməyə baş-
lanmışdır. Pekan plantasiyaları Abxaziyada, Azərbaycanda
Lənkəran (xüsusən Talışda) və Zaqatalada vardır. Pekan hazır-
da mədəni halda becərilən qərzəkli meyvədir. 6-8 illiyindən
məhsul verir.
Pekanın çiçəkləməsi və çiçəyinin quruluşu adi qoza
bənzəyir. Meyvəsi qərzək içərisində sentyabr-oktyabrda yetişir.
3-10 ədəd olmaqla bir salxımda bitir. Tam yetişdikdə qərzəyi
partlayır. Qəhvəyi rəngli, silindrik formalı nazik və hamar
qabıqlıdır. Uc tərəfi bir qədər şiş olur. Daxilində şirin qırmızı-
221
qəhvəyi rəngli ləpəsi yerləşir. Ləpə meyvənin 38-50%-ni təşkil
edir.
Pekanın tərkibində 70% yağ, 8-19% zülal, 14,3% karbo-
hidrat və başqa maddələr vardır. Meyvələri təzə və qurudulmuş
halda yeyilir. Qənnadı sənayesində, aşpazlıqda və yağ almaq
(zeytun yağına oxşar) üçün sərf edilir. Pekanın oduncağı açıq
qəhvəyi rəngdə, bərk, ağır olduğundan kənd təsərrüfatı
maşınları üçün müxtəlif hissələr hazırlanmasında işlədilir.
Püstə – Фисташки – Pistacia vera L. Sumaq (Anacar-
diaceae) fəsiləsinin püstə cinsinə mənsubdur. 10 ağac və kol
növü məlumdur. Yabanı halda Orta Asiyada, Cənubi Azər-
baycanda, Iranda, Suriyada və Türkiyədə bitir. Azərbaycanda
püstə mədəni bitki kimi çox qədimdən becərilir və iki yabanı
növü yetişdirilır.
Püstə mart-apreldə yarpaqlar açıldığı vaxt çiçəkləyir.
Çiçəklər topa halında enli süpürgə-salxımlara yığılmışdır.
Erkək çiçəklər dişi çiçəklərdən 2-3 gün tez açılır. Çiçəkləmə
20-25 gün davam edir. Püstənin meyvəsi iyul-avqustda yetişir.
7-8 yaşından meyvə verir, 100 il ömür sürür. Meyvəsi qozvarı,
birtoxumlu çəyirdəkdir, sarımtıl-ağ rəngdədir. Çəkisi 0,9-2,5 q-
dır. Meyvələr yetişdikdə çiçək yanlığı bürüşür, quruyur,
partlayır və meyvədən asanlıqla ayrılır. Ləpəsi açıq yaşıl, yaşıl
rəngli, yanları bənövşəyi olur. Dadı xoşagələn şirin və yağlıdır.
Püstə ləpəsinin tərkibində 68% yağ, 18-22% zülali
maddə, 9,5-17%-ə qədər karbohidrat, 4,6% sellüloza, 3,1% kül
vardır. Dadlı, lətif, yağlı və faydalı olduğundan çox qiymətlidir.
Püstənin meyvəsindən təzə, qovrulmuş və duzlanmış
halda istifadə edirlər. Ləpəsi qənnadı məmulatı (tort, pirojna,
ş
okolad, Şərq şirniyyatı) istehsalında işlədilir, eləcə də bəzi
kolbasa məhsullarına və pendirə qatılır. Püstənin yağı quru-
mayan yağ qrupuna aiddir, əczaçılıqda, ətriyyatda və lakların
hazırlanmasında geniş istifadə olunur. Püstənin yarpaqlarında,
meyvələrində, qabığında və oduncağında 10-12%-ə qədər
aşılayıcı maddə vardır. Müxtəlif növ mənənələr yarpaqlarda fır
222
ş
işləri (buzqunç) əmələ gətirir ki, bunun tərkibində 30-50%
tanin olur. Bu, toxuculuq və yüngül sənayedə aşılayıcı və
boyaq maddəsi almaq üçün qiymətli xammaldır.
Püstənin ağacından iyul-avqust aylarında çəkilən qat-
randan yüksək- keyfiyyətli lak hazırlanır.
Müasir xalq təbabətində püstə qanazlığında, arıqlamada,
vərəm xəstəliyində, qaraciyər ağrılarında tətbiq edilir.
Püstənin müalicəvi xassələri. Püstənin meyvəsi təzə,
qovrulmuş və duz səpilmiş halda yeyilir. Püstədən dondurma,
tort, marsipan və qəhvə əvəzediciləri hazırlanır. Yüksək-
keyfiyyətli qurumayan püstə yağı qənnadı və kolbasa məmulatı
istehsalında, tibbidə və əczaçılıqda istifadə olunur.
Yarpaqlarından alınan qalloaşı turşusundan tibbi məq-
sədlər üçün tanin alınır. Büzüşdürücü və iltihaba qarşı vasitə
kimi püstənin yarpaqlarından alınan aşı maddələrindən xarici
yanıqların, yataq yaralarının və suverən yaraların müalicəsində,
diş dibinin və ağızın selikli qişasının iltihabında, boğazı,
burunu qarqara, yoğun bağırsağın iltihabında imalə etmək üçün
istifadə olunur. Çünki tanin metalları, qlükozidləri və bir çox
alkaloidləri çökdürə bilir. Ona görə də ağır metalların duzları
ilə və zəhərli bitkilərlə zəhərlənmədə püstədən alınan tanin
məhlulunu zəhərə qarşı və zəhərin sorulması üçün bağırsaqlara
imalə yolu ilə vururlar.
Püstə qədimdən ərəb xalqları arasında dərman vasitəsi
kimi istifadə olunmuşdur. Məşhur tacik həkimi Ibn-Sina hesab
edirdi ki, püstə ürəyi qüvvətləndirir (möhkəmləndirir) və
qaraciyər ağrılarını yox edir. Müasir xalq təbabətində püstədən
vərəm xəstəliyində, qanazlığında, arıqlamada və digər xəstə-
liklərdə istifadə etmək məsləhət görülür. Püstəni həm də zəhər-
lənmədə və bəzən oyadıcı vasitə kimi də yemək məsləhət gö-
rülür. Püstə qatranı köhnə yaraların və sıyrıntıların müali-
cəsində istifadə olunur. Bu məqsədlə püstənin ağac qatranı
(20%) mumda və kərə yağında (80%) əridilib alınan plastır
yaraların üstünə qoyulur.
|