Yadımdadır bir gecə sevimli dilbərim qapıdan girdi, onu görcək
özümü itirib elə tələsik ayaqa qalxdım ki, ətəyim yellənib çırağı söndürdü.
Beyt
Bu, yuxumu, gün çıxıb qatı zülməti boğdu.
Bu xoşbəxtlik ülkəri əcəb haradan doğdu!
O
oturdu
və gileylənib dedi:
–Məni görcək çırağı söndürməyində nə məna var?
Dedim:
–Bunun
iki
mənası var, birinci budur ki, səni görüb günəş
çıxdığını zənn etdim, ikincisi isə bu şeri xatırladım:
Şer
163
Şamın qabağını bir çirkin kəssə,
Tut öldür o saat qoy görsün hamı.
Yox, əgər şirindil bir nazəninsə,
Yapış ətəyindən tez söndür şamı.
7. Hekayət
Biri çoxdan idi ki, dostunu görmürdü soruşdu:
–Hardasan,
nə vaxtdandır intizarını çəkirəm.
Dedi:
–İntizar çəkmək tənkə gəlməkdən yaxşıdır.
Şer
Gec gəldin ey nazlı məstanə gözəl,
Çəkmərəm yaxandan bu tezliklə əl.
Xoş olmaz məşuqi görmək nüdrətən,
Lazımdır yarını tez-tez görəsən.
Hikmət. Əgər sevgilin öz yoldaşları ilə sənin yanına gələrsə
demək incitmək üçün gəlmişdir, çünki bu halda ya qısqanclıq baş
verəcəkdir, ya düşmənçilik.
Beyt
Dostlarla sən məni görməyə gəlsən,
Dava axtarırsan, sülhə də gəlsən.
Şer
Yar əğyarla bir anlığa belə söhbət edərkən,
Qeyrətimdən titrədim mən az qaldı ki, verəm çan.
Gülüb dedi: mən məclislər çırağıyam, ey Sədi!
Mənə nə var bir pərvanə özünü etsə qurban.