Mühazirə-4.
Hökm təfəkkür forması kimi.Sadə hökmlər
1. Hökmün ümumi səciyyəsi.
Bizi əhatə edən obyektiv gerçəkliyi dərk etməyin əsas formalarından biri hökmdür.İnsan
maddi aləmi və onun qanunauyğunluqlarını öyrənərkən cisimlər və onların əlamətləri
arasındakı əlaqəni üzə çıxarır və müxtəlif hadisələrdəki münasibəti müəyyən edir.Bu əlaqə
və münasibətlər bəşər təfəkküründə məfhumların əlaqəsini ifadə edən hökm formasında
əks olunur.
Hökm – maddi gerçəklikdəki cisim və hadisələrin hər hansı əlamətini, xassəsini, onların
başqa
cisimlərlə,
hadisələrlə
əlaqəsini,
meydana
gəlməsini
və
inkişaf
qanunauyğunluqlarını təfəkkürümüzdə əks etdirən iqrari, yaxud inkari fikirdir ki, bu fikir
doğru və yalan ola bilər.
Deməli, hökm konkret cisim və hadisələr arasındakı real əlaqələri, münasibətləri əks
etdirir. Məsələn, “Bakı şəhəri Abşeron yarımadasında yerləşir”, “K.Marks və F.Engels
bəşəriyyətin azadlığa çıxması uğrunda birgə mübarizə aparmış möhkəm əqidə dostları idi”
hökmlərində real əlaqələr əks olunmuşdur.Birinci hökmdə “Bakı” və “Abşeron
yarımadası” anlayışı arasındakı real əlaqədən, ikinci hökmdə isə proletariatın inqilabı
nəzəriyyəsinin banilərindən olan iki şəxsin əqidə dostluğundan, onların fikirləri arasındakı
real münasibətlərin eyniliyindən söhbət gedir.
Hökmün çox mühüm xassəsi, onun iqrari (təsdiqedici) və ya inkari (rəddedici) formada
olmasıdır.Məsələn, “Buzqıran gəmilər mövcudur”, “Vəli xalq deputatıdır” hökmləri iqrari,
“Bəzi adamların ali təhsili yoxdur”, “Mələklər ölümlü deyil” hökmləri isə inkari hökmdür.
“Məntiq dil haqqında dildir, şeylər və hadisələr haqqında dil deyil”
1
hökmündə isə biz hər
iki formadan istifadə edildiyini görürük.
Hökmlərin ümumi səciyyəsini verərkən, onların həqiqi və ya yalan ola bilməsi xüsusi
qeyd olunmalıdır.
Dostları ilə paylaş: |