Mövzu Məntiq elminin predmeti



Yüklə 0,59 Mb.
Pdf görüntüsü
səhifə53/53
tarix02.01.2022
ölçüsü0,59 Mb.
#39471
1   ...   45   46   47   48   49   50   51   52   53
mühazirə-hamısı

Sofizm    düşüncə  prosesində  qəsdən  və  ya  kiməsə  əlverişli  şərait  yaratmaq 

məqsədi ilə yol verilən məntiqi səhvdir. Bu səhvlər çox incə yolla , həm də xəlvəti 

irəli sürülür, real proseslərin mahiyyəti isə örtbasdır edilir.  




 

Məfhumların  “dəyişdirilməsi”  sofistlərin  ən  geniş  yayılmış  üsullarından 

biridir. 

 

Təfəkkür  prosesində  buraxılan  səhvlərdən  biri  də  eklektizmdir.  Eklektizm 



(yunanca-eklektikos-seçilən) bir-birinə zidd olan, uyğun gəlməyən, bir-birini istisna 

edən  fikirlərin,  nəzəriyyələrin  və  rpinsiplərin  mexaniki  olaraq  birləşdirilməsi 

deməkdir. 

 

Həm  nəzəri  ,  həm  də  praktiki  fəaliyyətdə  eklektizm  bir  qayda  olaraq 



gözlənilməz  nəticələrə  gətirib  çıxarır.  Sofistlər  kimi  eklektiklər  də  hərəkət  və 

inkişafın  dialektikasını  bilmədiklərinə  görə  relyativizmə  (latınca  relativus  –

nisbi) gəlib çıxırlar. Relyativislər obyektiv həqiqəti  inkar edir və göstərirlər ki, 

bizim biliklərimiz yalnız nisbi, subyektiv xarakter daşıyır. 

 

Məntiqi səhvlərdən biri də paradoksudur. Paradoks strukturca, fikrin formal 



məntiqi düzgünlüyü baxımından, həqiqət  hesab olunsa da hamı tərəfindən və ya 

sağlam düşüncə tərəfindən qəbul edilmiş elmi müddəalarla düz gəlməyən, ona 

zidd olan gözlənilməz, qəribə təəcüblü fikirlər, mülahizələrdir. 

 

Beləliklə, idrak prosesində baş verən hadisələrin sübut olunmasında məntiqi 



qayda  və  prinsiplərə  düzgün  əməl  edilməlidir.  Məhz  bu  yolla  təfəkkürün 

məntiqliyini artırmaq, məntiqi fikirləşmək, fikirləri ziddiyyətsiz, aydın, dəqiq və 

ardıcıl  ifadə  etmək,  əsaslandırmaq,  özünün  və  başqalarının  fikirlərinə  tənqidi 

yanaşmaq vərdişlərinə yiyələnmək mümkündür. 



Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin