Mövzu Məntiq elminin predmeti



Yüklə 0,59 Mb.
Pdf görüntüsü
səhifə46/53
tarix02.01.2022
ölçüsü0,59 Mb.
#39471
1   ...   42   43   44   45   46   47   48   49   ...   53
mühazirə-hamısı

Natamam  induksiya  məntiqi  bir  sinfə  daxil  olan  predmet  və  hadisələrin  bir  qismi 

barəsində fikir yürüdür və bu fikri ümumi sinfə aid edir. Alınan yekun fikir ehtimali olur, 

dəqiqlik bildirmir. Natamam induksiyanın 2 növü var: 1. sadalama yolu ilə, 2. istisna yolu 

ilə.  Sadalama  yolu  ilə  induksiyaya  çox  vaxt  populyar  induksiya,  ikinciyə  isə  elmi 

induksiya deyilir. Populyar induksiya həmcins predmetlərin bütün sinfi haqqında nəticə 

çıxardır  və  burda  zidd  hallara  təsadüf  olunmur.  İnsanın  gündəlik  həyatında  populyar 

induksiyaya çox  rast gəlinir. "Qaranquş yer səthinə yaxın uçarsa,  yağış gözlənilir".  Bu 

induksiya həm də "xalq induksiyası" da adlanır. Lakin burada da nəticə ehtimali xarakter 

daşıyır. Populyar induksiya o vaxt səhv olur ki, təkrar olunan fikirlərə zidd fikirlər hesaba 

alınmır  və  tələsik  nəticələr  alınır.  Nəticədə  qeyri-dəqiq  qurulmuş  induksiya  müxtəlif 

mövhumatların yaranmasına gətrib çıxardır. Elmi induksiya elə əqli nəticə formasıdır ki, 

onun müqəddimələrində müəyyən hadisələrin əlamətləri təkrar olunur və bununla yanaşı 

bu  əlamətlərin  hadisələrdən  asılılığı  da  informasiya  kimi  verilir.  Populyar induksiyada 

nəticə  əlamətlərin  sadəcə  təkrarlanması  ilə  ortaya  çıxdığı  halda,  elmi  induksiyada 

hadisənin özü də öyrənilir, tərkib hissələri də araşdırılır. Elmi induksiyanın 5 metodu var 

ki,  bunlar  da  elmi  induksiyanın  qurulmasında  böyük  əhəmiyyət  kəsb  edirlər.  Birinci 

metod  Oxşarlıq  metodudur.  Bu  metod  onu  ifadə  edir  ki,  hər  bir  hadisə  digərlərindən 

fərqlənsə də, onlarla müəyyən oxşarlığa malikdir. İkinci Fərq  metodu iki və daha artıq 




hadisələrin müqayisəsinə əsaslanır. Bu metod çox vaxt oxşar vəziyyətdə fərqliliyi axtarıb 

tapır. Üçüncü Oxşarlıq və fərqlin birləşməsi metodudur. Yəni hadisələr təhlil edilərkə 

fərqlilikdə  oxşarlıq,  oxşarlıqda  fərqlilik  axtarılıb  tapılır.  Dördüncü  Həmahəng 

dəyilikliklər  metodudur.  Burada  təhlili  aparılan  hadisədəki  edilən  dəyişiklik,  digər 

hadisədə  də  dəyişiklik  olmağına  səbəb  olur.  Beşinci  metod  Qalıqlar metodudur.  Əgər 

mürəkkəb  bir  hadisənin  tərkibindəki  dəyişikliklərin  səbəbi  aydındırsa,  səbəbi  aydın 

olmayan hissə qalıq şəklində çıxış edir.  




Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin