Tam, natamam və elmi induksiya.
Tam induksiya müəyyən məntiqi sinfə aid olan predmet və hadisələrin hər biri haqqında
ayrılıqda mühakimə yürüdür, daha sonra ümumiləşdirərək nəticəni bütün sinfə aid edir.
Bu induksiyada alınan nəticə həqiqi olur. Elmi təfəkkürdə tam induksiya sübutun
tərkibində olur. Çox vaxt tam induksiyanın yeni bilik vermədiyi fikri düşünülür. Lakin
tam induksiyanın köməyi ilə bir çox əsaslı nəticələr alınmışdır: "Günəş sisteminə daxil
olan bütün planetlər öz oxu ətrafında fırlanır", "Bütün planetlər qərbdən şərqə hərəkət
edirlər" və s. fikirlər bu qəbildəndir.
Dostları ilə paylaş: |