Mövzu-11. Analogiya
Plan:
1. Analogiya üzrə əqli anlayışı və onun strukturu.
2. Analogiyanın növləri
3. Analogiya üzrə nəticənin mötəbərliyini təmin edən şərtlər.
4. Analogiyanın dərketmə əhəmiyyəti
İnduktiv və deduktiv əqli nəticə ilə yanaşı olaraq ayrıca predmet və ya predmetlər
qrupu haqqında məlum bilikdən digər predmet və ya predmetlər qrupu haqqında yeni
biliyə məntiqi keçidin üsullarından biri də analoji əqli nəticədir.
“Analogiya” anlayışı qədim yunan dilində uyğunluq, oxşarlıq, nisbət mənasını
ifadə edir.
Sonralar “Analogiya” anlayışından daha geniş mənada, yəni predmet və
hadisələrin oxşarlığını, onların münasibətlərinin eyniliyini ifadə etmək üçün istifadə
etmişlər.Nəinki yalnız predmetlər, tarixi hadisələr, həm də anlayışlar, fikirlər də bir-
biri ilə oxşar ola bilərlər. Məs,Hegel varlıq və şüurun qarşılıqlı nisbəti haqqında
Platonun görüşlərinə uyğun analoji fikir irəli sürmüşdürş “Analogiya” anlayışının
çoxmənalılığı onun geniş yayılmasının, təfəkkür və elmi idrak praktikasında
hərtərəfli tətbiq olunmasının nəticəsidir.
Analoji əqli nəticə bir hadisənin başqa bir hadisə ilə oxşarlığı əsasında çıxarılan
nəticədir. Çıxarılan nəticə müxtəlif predmet və hadisələr arasındakı oxşar, xüsusilə
ümumi və mühüm əlamətlərə əsaslanır. Elmdə və insanların praktiki fəaliyyətində
çox vaxt fərdi hadisələr, proseslər tədqiq olunur, sonra isə onların əsasında
hadisələrin məlum olmayan əlamətləri, xassələri müəyyənləşdirir. Bu halda başqa
bir fərdi hadisədə əvvəlcə əldə olunun biliyə əsaslanaraq bir hadisə digərinə
oxşadılır və bu oxşarlığa əsasən yeni bilik əldə edilir.
Oxşar obyektlərin xarakteri üzrə analogiyanın iki növünü qeyd etmək olar:
predmetlərin
analogiyası
və
münasibətlərin
analogiyası.
Predmetlərin
analogiyasında iki fərqli predmetlər oxşarlığın obyekt kimi çıxış edir. Predmetlər
xassələrinin oxşarlığına görə də müqayisə oluna bilər. Əgər predmetlər xassələrinə
görə müqayisə olunarsa bunaxassələr analogiyası deyilir.
Münasibətlər analogiyasında iki cüt predmet arasındakı münasibət oxşarlıq
obyekti kimi çıxış edir, köçürülən əlamət isə həmin münasibətlərin xassəsini ifadə
edir. Formal məntiqlə dialektik məntiq arasındakı oxşarlığıarifmetika ilə ali
riyaziyyat arasındakı oxşarlıqla müqayisə etmək olar. Lakin buradan belə nəticə
çıxarmaq olmaz ki, formal məntiq arifmetikaya, dialektik məntiq isə ali riyaziyyata
oxşardır. Bu elmlərin predmet sahələri tamamilə müxtəlifdir,lakin onlar arasındakı
münasibət müəyyən oxşar xassələrə malikdir.
Münasibətlər analogiyasını predmetlər analogiyası ilə eyniləşdirmək hallarına
insanların gündəlik praktikasında rəst gəlmək olar. Lakin predmetlər
analogiyasından fərqli olaraq münasibətlər analogiyasının əsasında predmet və
hadisələrin modelləşdirilməsi metodu durur ki, bu metoddan da elm və texnikanın
müxtəlif sahələrində geniş istifadə olunur.
Analogiya üzrə alınan biliklər özünün mötəbərliyinə görə eyni cür olmur: bir
halda nəticə problematik xarakter daşıyır, digər halda etibarlı, mötəbər xüsusiyyətə
malik olur.
Analogiya üzrə nəticənin dəyəri müqayisə olunan obyektlər haqqında olkin
biliklərin xarakteri ilə müəyyən olunur:
1. obyektlərin oxşarlığı
2. onlar arasındakı fərq
3. oxşar və köçürülən əlamətlər arasında asılılığın xarakteri.
1. Obyektlərin oxşarlığı, müqayisə olunan predmetlərin və ya münasibətlərin
oxşar əlamətlərinin müəyyən edilməsi analogiya üzrə əqli nəticəni tətbiq etməyə
xidmət edir.
2. Oxşadılan obyektlər arasında fərq analogiya üzrə nəticəni əsaslandırmağın
vacib şərti kimi oxşar obyektləri fərqləndirən əlamətlərin hesaba alınmasıdır.
3. Əlamətlər arasındakı əlaqənin xarakterindən asılı olaraq mötəbər nəticə verən
ciddi analogiyanın nəticəsi problematik xarakter daşıyan qeyri ciddi analogiyadan
əlaqələndirmək lazımdır.
1. Ciddi analogiyanın fərqləndirici xüsusiyyəti köçürülən əlamətlə oxşar əlamət
arasındakı zəruri əlaqədir.
2. Qeyri ciddi analogiya elə oxşarlıqdır ki, oxşar və köçürülən əlamət arasındakı
asılılıq yalnız çox və ya az ehtimallıq dərəcəsi üzrə zərurət kimi təsəvvür olunur.bu
halda başqa obyektdə oxşar əlamət aşkar edildikdə köçürülən əlamətin sonuncuya
aid olması haqqında problematik nəticə çıxarılır.
Qeyri ciddi analogiyada nəticənin ehtimallıq dərəcəsinin yüksəldilməsi
şərtləri aşağıdakılardan ibarətdir:
1) predmetlərin oxşarlığı mühüm və zəruri əlamətlərin çoxluğundan xeyli
dərəcədə asılıdır. Mühüm əlamətlərin oxşarlığı çox olduqca analogiya üzrə nəticə də
bir o qədər əsaslı olur; 2) oxşar predmetlər arasında mühüm fərqlər olmamalıdır;
3)oxşar və köçürülən əlamətlər arasındakı asılılıq haqqında biliyin ehtimallıq
dərəcəsi nəzərdə tutulmalıdır. Müqayisə olunan predmetlərdə oxşar əlamətlərin
kifayət qədər olmadığı müəyyən edildikdə və yaxud oxşar və köçürülən əlamətlər
arasındakı asılılıq zəif formalarda müəyyən edildikdə analogiya üzrə nəticə az
etibarlı olur.
Beləliklə, müqayisə edilən obyektlər oxşar əlamətlərinin sayı nə qədər çox
olarsa, nəticənin ehtimallıq dərəcəsi də bir o qədər çox olacaqdır.müxtəlif tarixi
hadisələr arasında analogiya apararkən, hər şeydən əvvəl, hadisələrdəki oxşar,
ümumi əlamətlərlə yanaşı mühüm əlamətlərvə xassələrdə əsas götürülməlidir.
Analoji əqli nəticə üçün müqayisə olunan obyektlərin, hadisələrin təxmini oxşar
əlamətləri xassələri deyil, oxşar və mühüm əlamətlər kompleksində
müəyyənləşdirilmiş konkret xassə və tərəflər də əsas götürülməlidir. Əgər belə
oxşarlıqlar yoxdursa, bu cür analoji əqli nəticələri doğru hesab etmək olmaz.
Hər şey müqayisədə dərk olunur. Bu və ya digər obyektin yaxşı və pis
olmasını müəyyən etmək üçün onu başqası ilə müqayisə etmək lazımdır. Müqayisə
qarşı-qarşıya qoyulan predmetlərdə ümumiliyin və fərqli cəhətlərin xarakterini aşkar
etməyə imkan verir və alınan nəticənin ehtimallıq dərəcəsinə əsaslı surətdə təsir edir.
Qədim insanların təbiət və cəmiyyət hadisələri haqqında bilikləri məhdud
olduğuna görə onların mühakimələrində də analogiya natamam, qeyri mükəmməl
xarakter daşıyardı. Qədim dövrlərdə obyekt və hadisələrin müqayisəsi, çox vaxt
təsadüfi əlamətlər üzrə aparılır və analogiyada daha çox zahiri oxşarlığa diqqət
yetirilirdi. Bu cür analogiya üzrə çıxarılan nəticə də həqiqətən uzaq olur və reallığı
düzgün əks etdirmirdi.
Təbətşünaslıqda və ictimai elm sahəsindəki kəşflər, o cümlədən ayrı-ayrı
konkret faktların insanların idrak və praktiki fəaliyyətində analoji əqli nəticələrin
istifadə etməyin zəruri şərtini təşkil edir. Analogiyanın köməyi ilə bir sıra
hipotezalar irəli sürülmüşvə sonralar praktikada özünün təsdiqini tapmışdır.
Dostları ilə paylaş: |