Dəlillərə aid olan qaydalar
1) sübut prosesində gətirilən dəlillər həqiqi müddəalardan ibarət olmalıdır, onlar
yalan və şübhəli olmamalıdır.
2) Dəlillərin həqiqiliyi tezisdən asılı olmadan sübut olunmalıdır.
3) Dəlillər tezisin sübut olunması üçün kafi əsasa malik olmalıdır.
Nümayişə aid olan qaydalar
1) sübut prosesində dəlil rolunu yerinə yetirən böyük müqəddimədə ilkin nəzəri
və empirik müddəalar dəqiq təsvir edilməlidir.
2) Sübut prosesində kiçik müqəddimədə qeyd olunan konkret hadisələr doğru,
düzgün təsvir olunmalıdır.
3) Deduktiv sübut tezisi o zaman düzgün əsaslandıra bilər ki, əqli nəticənin
müqəddimələri arasında islahatlara, kəmiyyət, keyfiyyət və məntiqi əlaqələrə
aid olan bu nəticə formalarının struktur qaydalarına nəzarət edilmiş olsun.
Induktiv sübut üsulu, bir qayda olaraq, dəlil sifətlə faktiki məlumatlardan
istifadə olunan zaman tətbiq olunur.
Induktiv əsasın sübut üçün əhəmiyyəti həmcins hadisələrdə təkrar olunan
xassələrin sabitliyindən asılıdır.
Nümayişdə yol verilən səhvlər dəlillə tezis arasındakı əlaqənin olması ilə
əlaqədardır.
Istifadə olunan əqli nəticədən asılı olmayaraq nümayişi pozan nümunəvi
halları nəzərdən keçirək.
1. məhdud sahədən daha geniş sahəyə məntiqi keçid.
2. şərti deyiləndən şərtsiz deyilənə keçid.
3. müəyyən münasibətlə deyiləndən heç bir şeyə aid olmayan keçid
Sübut və təkzib prosesində yol verilən məntiqi səhvlərdən bəhs edərək
paralogizm, sofizm, eklektizm (relyatvizm) paradoks kimi məntiqi səhvlərədn
yan keçmək olmaz.
Məntiqi təfəkkürün qanunlarını və qaydalarını qərəzsiz surətdə, bilmədən
pozan, düşüncə prosesini sübutluqdan məhrum edən və yalnış nəticələrə gətirib
çıxaran məntiqi səhvlərdən biri paralogizm ( yunanca – paralogizmos-yalnış
düşüncə ) adlanır.
Dostları ilə paylaş: |