47
tədqiqat
hədəfi olmuşdur ki, diplom işində həmin əsərlərdən istifadə edilmişdir.
Teymurləngin yürüşləri zamanı Cənubi Qafqazda törədilən fəlakətlər, onun ölümündək sonra xələfləri
arasında hakimiyyət uğrunda gedən mübarizə istisnasız olaraq bütün ora əsr tarixçilərinin diqqətini cəlb
etmişdir. Buxaralı Məhəmməd Kavənd şahın (Mircondun), Xandəmir Qiasədin ibn Hümaməddin əl-Hüseyninin,
Əbülfəqaq Kəmaləddin Səmərqədinin, Əhməd ibn Məhəmməd Ərəbşahın, yəhya ibn Əbdüllətif əl Qəzvinin, rus
səyyahı Afanasi Nikitinin, Azərbaycanda olmuş qərbi Avropa səyyahları Katerino-Zenonun, Klaviki Qonzame
de Ryunin, İosafat Barbaronun, Ambrosi Konsorinin,
Həsən bəy Rumlunun, Nizamədin Ədbül Paşa Şaminin,
Şərəfxan Bidlivinin, anonim «Tüzükati-Teymur»un, Həmdullah Qəzvinin və başqalarının əsərləri XVI-XV
əsrlərin geşməkeşli, tarixi hadisələrlə zəngin tarixini öyrənmək üçün etibarlı mənbədir.
Teymurləngin Cənubi Qafqaz yürüşlərinin müasiri olan Mestop keşişi Foma Metsopski «Teymurləngin
və xələflərinin tarixi» əsərini teymurilərin 1388-1446-cü illəri əhatə edən hakimiyyəti dövründə baş verən
hadisələrin təsvirinə həsr etmişdir.
2
Əsərdə Teymurun Səmərqəndi tutmasından başlayaraq onun qərbə doğu
yürüşləri, İranı istila etməsi, Cənubi Qafqaza soxulması, Qızıl Orda xanı Toxtamış və Gürcüstan çarı Baqratla
toqquşması, qərbi Ermənistana yürüşü və osmanlı sultanı Bəyazidlə vuruşu təsvir edilir, həmin yürüşlər zamanı
baş vermiş fəlakətlər, törədilmiş vəhşiliklər ürək ağrısı ilə qələmə alınır. Əsərdə Qaraqoyunlu tayfalarının
Teymur və onun xələfləri əleyhinə apardıqları kəskin və inadlı mübarizələr haqqında daha geniş məlumat
verilir.
Teymurləngin yürüşlərinin digər müasiri Zeynalabdin bin Həmdullah Qəzvin öz əsərlərini 1341-2392-ci
illər
Azərbaycan ərazisində, Ermənistanda, həmçinin İran və İraqda başverən hadisələrin təsvirinə həsr etmişdir.
Əsərdə Məlik Əşrəfin əmirliyi dövründə feodal çəkişmələri və toqquşmalarından tutmuş Teymurun Cəqubi
Qafqazda ikinci yürüşünədək söhbət açılır, baş verən hadisələr, o cümlədən Təbriz üzərinə hücumlar (1385-
1392)-ci illər ərzində Təbrizə 18 dəfə hücum edmilşdi), Qızıl Orda xanı Toxtamışın törətdiyi vəhşiliklər
haqqında maraqlı məlumat verilir. Burada Əlincə qalasının müdafiəsi, Qaraqoyunlu Qara Məhəmmədin
teymurilərlə mübarizəsi, Azərbaycan şəhərləri və təsərrüfat həyatı haqqında məlumatlar da öz əksini tapmışdır.
Teymuri dövləti qurama «imperiya» olduğu üçün təkcə işğalçıların yox, həm də istila edilmiş ölkələrin
hakim siniflərinin mənafeyini qorumaq kimi mürəkkəb funksiyanı yerinə yetirirdi.
Aşkarlıq və demokratiya şəraitində Azərbaycanda da tarixi keçmişimizin öyrənilməsinə maraq
gücləndirilmiş, tarixin «ağ ləkələrinin» işıqlandırılması günü zəruri məsələsinə çevrilmişdir. Azərbaycanın XIV-
XV əsrlər tarixinin öyrənilməsi isə bu baxımdan xüsusi aktuallıq kəsb edir. Belə ki,
biz indi Cənubi Qafqaz
xalqları deyərkən, üç əsas xalqı –azərbaycanlıları, gürcüləri və erməniləri nəzərdə tuturuq, halbuki
Teymurləngin yürüşlərindən bəhs edən bütün orta əsr müəllifləri, hadisələrin müasirləri Erməniyyəni Cənubi
Qafqazdan kənarda göstərirlər, indiki Ermənistan respublikasının ərazisində bir ədəd də olsun erməni
toponiminin adını çəkmirdilər, amma Ermənistan respublikası XVI əsrin yadigarı, türk-azəri şəhəri İrəvanın
(1936-cı ildən Yerevan) tarixinin 2750 il əvvələ çəkərək bunun təntənə ilə bayram edirlər. Azərbaycan
respublikasının ərazisində türk Azərbaycan mənşəli 500-dən yuxarı şəhər, kənd, qəsəbə və digər yer adlarının
dəyişdirilməsi dediklərimizə əyani sübutdur.
Dostları ilə paylaş: