124
NƏTİCƏ
Dünya
tarixinin qədim, orta əsrlər, yeni və ən yeni dövrlərə bölünməsi müasir elmi düşüncə baxımından
müxtəlif sivilizasiyaların inkişaf və əvəzlənmə tarixidir. Oxuculara təqdim edilən dərslikdə sivilizasiyanın
müxtəlif mərhələlərində dövlətlər arası münasibətlər yaranma, inkişaf və yeniləşmə prosesində araşdırılır, Misir
və Mesopotamiyadan tutmuş, ərəb və Frank dövlətləri arasındakı münasibətlərə, Otuzillik mühüribədən tutmuş
müstəmləkə müharibələrinə, Vyana sisteminin yaradılmasından Almaniyanın birləşdirilməsinə qədər
diplomatiya tarixinin müxtəlif hadisə və proseslərinə müasirlik yönümündən işıq salınır. Dövlətlərarası
münasibətlərin sivilizasiyasının müxtəlif mərhələlərində aparıcı rola malik olması həmişə etiraf olunmuşdur ki,
bunun idraki, nəzəri və praktiki kökləri minilliklərin dərinliklərindədir.
Tarixin orta əsrlər dövründə alimlər dünya tarixini dörd monarxiyanın inkişaf tarixinə bölürdülər: a)
Asuriya - Babilistan monarxiyası; b) Midiya - İran monarxiyası; v) Yunan-Makedoniya monarxiyası; q) Roma
monarxiyası. Qədim hətta Bibliya ənənələrindən bəhrələnən bu bölgü tarixi bilgilərin ö dövrkü səviyyəsini əks
etdirməsinə baxmayaraq elmi fikir bir həqiqəti dərk etmişdi. Bu tarxi inkişafın dövlətlərin və dövlətləarası
münasibətlərin inkişafı ilə bağlanması idi.
Sivilizasiyanın ən qədim dövrlərdindən monarxiyalar və cəmiyyətlərarası münasibətlər
adət-ənənələr və
yeni normalar üzərində formalaşan dünya qaydasını şərtləndirirdi. Dövlətlərin yaranmasına, inkişafına və məhv
olmasına, cəmiyyətlərin bir-birini əvəz etməsinə baxmayaraq dünya qaydası təkamül prosesini yaşayırdı,
mərhələdn-mərhələyə zənginləşir, təkmilləşir və formaca dolğunlaşır, əhatə dairəsi genişlənirdi. Məhz bu
prosesdə elmi-ictimai fikir də zənginləşir, yaranmaqda olan yeniliklərə uyğun olaraq ümumiləşdirmələr aparır,
fərdi-tipik münasibətləri müəyyənləşdirir, qanunauyğunluq və kateqoriyaların mahiyyəti açılıb göstərilirdi.
Bəşər tarixinin qədim və orta əsrlər dövrü ayrı-ayrı dövlət xadimi və sərkərdələrin işğalçı yürüşləri
nəticəsində yaradılmış yüzlərlə irili-xırdalı dövlət birləşməsinin adını qoruyub çaxlamışdır. «Dövlət
həmişə
cəmiyyət içərisindən meydana gələn və yalnız… idarəetməklə məşğul olan bir qrup adamlardan ibarət müəyyən
bir aparat olmuşdur» - deyən V.İ.Lenin səhv etmirdi.
1
Tarix boyu dövlətlər imperiyalar siyasət meydanında
görünmüş, beynəlxalq münasibətlərdə öz sözün demiş, silinib getmişlər. Belə böyük imperiyalara Makedoniyalı
İskəndərin imperiyasını, Qədim Roma imperiyasını, Monqol imperyasını, XIV-XV əsrlərin hüdudunda meydana
gəlmiş Teymuri imperyasını, Müqəddəs Roma imperyasını və s. göstərmək olar.
Orta əsrlərin dərinliklərində yaranmaqda olan humanist dünyagörüşü dövlətlərarası münasibətlərin
inkişafına dair baxışları ilə yeni epoxanın əsaslarını qoydular. Təsadüfi deyildi ki, Qərb
politoloji fikri yeni
tarixi mərhələnin yaranmasını məhz humanizm ideyalarının pərvəriş tapdığı dövrdən götürürlər. Avropa
monarxları humanistlərin xidmətindən məmnuniyyətlə istifadə edirdilər. Qədim dünmyanın zəngin təcrübəsini,
elmi-ictimai fikrini dirçəldən, ona yeni məzmun verən humanistlər dövlətləararası münasibətlərin protokol
qaydalarına öz möhürlərini vurdular.
Dövlət xadimləri, rəsmi şəxslər nəinki geyimləri, davranış normaları, hətta
ədaları ilə də cəmiyyətdən seçilirdilər. Dövlətlətarası əlaqələr isə daha mütəmadi xarakter daşımağa başlayır,
tədricən xarici əlaqələrin aparılması hər hansı dövlətdə bir qrup adamın peşə məşğuliyyətinə çevrilirdi.
Dövlətlərarası münasibətlərin genişlənməsində qlobal dəyişikliklər böyük coğrafi kəşflərlə bağlıdır. Bu
nəinki istehsal münasibətlərində köklü dəyişikliyi şərtləndirdi, dövlətlərarası əlaqələr intensivləşdi,
habelə
müstəmləkələrin ələ keçirilməsi uğrunda o dövrkü dünyanın cahangir dövlətləri arasında ölüm-dirim savaşı
başladı, dünya müstəmləkə sistemi yarandı, dünya kapitalist inkişafı yoluna qədəm qoydu, əmtəə istehsalı və
ixracı tarix etibarı ilə olduqca qısa müddətə az qala ümumplanet miqyası aldı.
Dünya miqyaslı qlobal dəyişikliklər elmi-ictimai fikrin də diqqətindən yayınmırdı. XIX yüzilliyin dünya
şöhrətli alim-sosioloqlarından L.İ.Meçnikovun «Sivilizasiya və böyük tarixi çaylar» əsəri məhz belə
dəyişikliklərin təsiri ilə yaranmışdı. Müəllifə görə, sivilizasiyaları da, dövlətləri də «çay-su» yaratmışdır və bu
baxımdan dünya tarixinin üç epoxaya bölmək olar:
- Qədim sivilizasiyalar dövrü;
- Aralıq
dənizi dövrü;
- Okeanlar dövrü.
Dərindən diqqət yetirildikdə Böyük coğrafı kəşflərdən başlayan okean dövrü müasir geosiyasi
nəzəriyyələrin çıxış nöqtəsini təşkil edir. Okean dövlətləri kimi əvvəlcə Bizans imperiyası və Osmanlı
Türkiyəsi, sonralar İspaniya, Portuqaliya, Fransa və Ingiltərə dünyanın siyasi xəritəsini tamamlayırlar. Avropa
dövlətlərinin cəbhələşib bir-birinə qarşı vuruşduğu Otuzillik müharibə isə yeni qlobal dünya qaydasının -
Vestfaliya sisteminin formalaşması ilə başa çatdı ki, bu beynəlxalq münasibətlərin sistem dəyişikliyi idi. Sistem
- beynəlxalq münasibətlərin konkret zaman və məkan hüdudlarında olan elə qaydasıdır ki, universallıq xüsusiy-
yətləri
ilə səciyyələnir, varisliyi saxlayır, təkamül və radikal dəyişikliklər prosesini yaşayır, dünya qaydasını
müəyyənləşdirir və adaptasiya olunur. Beynəlxalq qaydanın başlıca xüsusiyyətlərindən biri isə dövlətlərarası
qüvvələr müvazinətinin mövcudluğu və qarşılıqlı münasibətlərin daimi xarakter daşımasıdır.
1
Lenin V.İ. Dövlət haqqında. Əsərəri, 29-cu cild, s.484
125
Vestfaliya sisteminin yaranması ilə başlanan yeni dövr dövlətlərarası münasibətlərə də bir sıra
dəyişikliklər gətirdi. Tədricən əvvəlcə Avropanın, daha sonralar dünyanın siyasi xəritəsi formalaşmağa başladı,
yeni yaranmaqda olan dövlətlərlə tamamlandı. Vestfaliya sisteminin sabitliyi qüvvələr balansına əsaslanırdı ki,
on beş ilə yaxın davam edən Napoleon müharibələri dövründə bu balans pozuldu və Vyana sisteminin
formalaşması ilə dünya qaydasının yeni nizamı – «pentarxiya» formalaşmasıdı, «Avropa konserti»nin
iştirakçıları qısa zaman kəsiyində olsa da, legitimliyi əsas götürməklə dövlət maraqlarının pozulmamasına riayət
etdilər.
Vyana sistemi varisliyi saxladı, Avropanın yeni sərhədləri tədricən hamılıqla etiraf olundu. Bununla
belə, dünya nizamı təkmilləşdirməkdə davam edirdi. Yeni tarixin I dövrünün (1640-1870) əlamətdar
hadisələri
içərisində Amerika Birləşmiş Ştatlarının, vahid alman və italyan dövlətlərinin yaranması beynəlxalq
münasibətlər sisteminin tamamlanması baxımından əhəmiyyətlidir.
Beynəlxalq münasibətlər tarixinin ən qədim zamanlardan XIX yüzilliyin 70-ci illərinin əvvəllərinə
qədər olan dövrünü əhatə edən bu dərslik müəllifin uzun illər Bakı Dövlət Universitetinin «Beynəlxalq
münasibətlər və beynəlxalq» fakültəsində «Beynəlxalq münaibətlər» ixtisası üzrə oxuduğu mühazirələrə əsasən
hazırlanmaqla, elmi auditoriyanı və oxucuları beynəlxalq münasibətlər tarixinin ayrı-ayrı mərhələləri və
epizodları ilə tanış etmək məqsədi daşıyır.