A. N. Abbasbəyli, S. Z. Yusifzadə



Yüklə 1,43 Mb.
Pdf görüntüsü
səhifə69/71
tarix02.01.2022
ölçüsü1,43 Mb.
#39696
növüDərs
1   ...   63   64   65   66   67   68   69   70   71
Beynelxalq munasibetler tarixi en qedim dovrlerden XIX yuzilliyin 70-ci illerinin sonuna qeder

və beynəlxalq nəticələri 
 XIX yüzilliyin ortaları üçün Avropada iki dövlətin birləşdirilməsi prosesi-Almaniya və  İtaliyanın 
birləşdirilməsi öz həllini gözləyən problemlərdin sırasında idi. 1815-ci il Vyana konqresinin məlum qərarına 
əsasən təsis olunmuş Alman İttifaqı Avstriya və Prussiya arasındakı rəqabət ucbatından bir neçə dəfə dağılmaq 
təhlükəsinə məruz qalmışdı. XIX yüzillyin ortalarında Almaniyanın birləşdirilməsi ətrafında Avstriya-Prussiya 
rəqabəti kifayət qədər kəskinləşmişdi. Lakin Rusiyanın Avstriyanı dəstəkləməsi problemin yenidən Avstriyanın 
xeyrinə  həll olunması ilə bitmişdi. Avropa hökmdarlarının da iştirakçısı olduqları 1851-ci il Olmyuts 
müqaviləsinin şərtlərinə görə, Alman İttifaqında Avstriyanın birinciliyi bərpa olunmuşdu. Rusiyanın hadisələrə 
təsiri Avropada tarazlığın saxlanıması məqsədi ilə edilmşidi. 
Bununla belə, Olmyuts müqaviləsindən sonra da Prussiyanın Almaniyanı öz ətrafında birləşdirməsi 
prosesini həyata keçirməsi ciddi maneələrlə qarşılaşırdı. Artıq məlum idi ki, Rusiya Almaniyanın birləşməsi 
prosesinə imkan verməyəcək. Buna nə Avstriya, nə Fransa, nə  də  İngiltərə imkan yaratmaq fikrində deyildi. 
Çünki Avropada yaradılmış tarazlıq Almaniyanın birləşdirilməsi prosesinin başa çatması ilə yenidən pozula 
bilərdi. Bunu isə ilk növbədə  İngiltərə  və Fransa istəmirdi. Çünki əks təqdirdə Fransanın milli maraqlarına 
təhlükə kimi onun sərhədləri yaxınlışında böyük dövlət yarana bilərdi. 
 Almaniyanın birləşməsi Otto Eduard Leapold fon Bismark Şenhauzenin adı ilə bağlı idi. O, XIX 
yüzilliyin yaşıdı idi, 1815-ci ildə yunker ailəsində anadan olmuş, yaxşı  təhsil görmüşdü. 1848-49-cu illər 
inqilabı ərəfəsində siyasət meydanına qədəm qoyan Bismark Avropa diplomatiyasının incəliklərini mənimsəmiş 
və Avropa siyasətində elə  dəyişikliklər etmişdi ki, F.Engelsin ifadəsinə görə, Bismarkdan sonra Avropa 
dövlətləri arasında ancaq qarşılıqlı etimadsızlıq qalmışdı. 1849-59-cu illərdə Bismarkın “tülkü yuvası” 
adlandırdığı İttifaq Seymində fəaliyyəti ona Avstriya, Fransa, İngiltərə və Rusiya diplomatiyasının incəliklərini 
öyrənməyə imkan vermişdi.  
Bismark Almaniyanın qarşısında duran ağır vəzifələrdən danışarkən hələ 1859-cu ildə rus diplomatı 
qraf Orlovla söhbətində demişdi ki, onu Almaniyaya qarşı Avropa dövlətlərinin «koalisiyaya koşmarı» ciddi 
narahat edir. Bismark öz son məqsədini ifadə edərək deyirdi: «Tarixdə alman xalqı deyilən şey yoxdur, bizim 
məqsədimiz Almaniyanı Prussiyanın içərisində əritmək və Prussiyanı Almaniyaya çevirməkdən ibarətdir».  
Almaniya  İttifaqında birincilik uğrunda mübarizə 60-cı illərin  əvvəllərindən etibarən Prussiyanın 
xeyrinə dəyişməkdə idi. Krım müharibəsindən sonra Avstriya Rusiya kimi etibarlı müttəfiqini itirmişdi ki, bu da 
Almaniyanın gələcək taleyində mühüm rol oynadı. Almaniya tarixində «İndemnitet haqqında qanun»un qəbulu 
prosesi kifayət qədər ağrılı  məsələlərdən biri idi. Prussiyaya Almaniyanın birləşməsini həyata keçirmək üçün 
hərbi islahatın keçirilməsi vacib idi. Lakin İttifaq Seymi hərbi nazir Albrext fon Roonun təklif etdiyi ordu 
quruculuğu  layihəsini iki dəfə rədd etmişdi. Yaranmış şəraitdə prus imperatoru I Fridrix Vilhelm 1861-ci ildə 
istefa verməyə hazırlaşdığını  bəyan etdi. Bismark bu dövrdə Peterburqda diplomatik poçtla bağlı problemləri 
öyrənirdi. Hətta rus çarı II Aleksandr ona Rusiyada qalıb xidmət göstərməyi təklif etmişdi.  
Hərbi nazirin təklif etdiyi layihənin uğursuzluğu Prussiyada bir sıra dəyişikliklə şərtləndirdi. O.Bismark 
Prussiyanın kansleri vəzifəsinə 1862-ci il sentyabrın ortalarında hərbi nazir Roonun təklifi ilə gətirildi.  Onun 
gördüyü ilk iş isə «Septenant haqqında qanun»un İttifaq Seymindən keçirməsi oldu. Bismark Prusiyanın birinci 
naziri kimi fəaliyyətə başladıqdan dərhal sonra hərbi büdcə üçün seymin razılışını almadan kiçik bir məbləğ 
ayırdı. Son nəticədə seym Bismarkın təklif etdiyi qanun lahiyəsini qəbul etdi. Həmin qanuna görə, parlament 7 
illik dövr üçün qabaqcadan hərbi büdcəni təsdiq edir, sonra isə bu büdcə Bismark tərəfindən 1-2 ilə xərclənirdi. 
Otto fon Bismark Prussiyanın kansleri vəzifəsinə gəldiyi  dövr Avropada dramatik  hadisələrin cərəyan 
etdiyi dövr idi. Dövlətlər arasında müstəmləkə rəqabəti güclənmiş, mənafe ayrılığı Avropa dövlətlərini üz-üzə 
qoymuş, Qorçakov «sirkulyarının» (tövsiyə məktublarının) yayılması nəticəsində Rusiya Qara dənizdə itirilmiş 
hüquqlarını dinc yolla bərpa edilməsi uğrunda mübarizəyə başlamış, 1863-cü ildə baş vermiş Polşa üsyanı 
Avropa dövlətlərinin diqqətini bir müddət Almaniyanın birləşdirilməsi məsələsindən yayındırmışdı.  Yaranmış 
şəraitdə Rusiya, İngiltərə və Fransa arasında münasibətlər yenidən kəskinləşmiş, lakin Avropa dövlətləri Polşa 
ilə bağlı Rusiyaya qarşı vahid cəbhə yarada bilməmişdi.  
Zaman Prussiyanın xeyrinə  işləyirdi. Bismark qısa müddətə  hərbi quruculuqla bağlı ciddi yeniliklər 
etmiş, orduya 43 minə yaxın alman gənci çağırılmış, xaricdən silah və sursat alınmışdı. Artıq Bismark 
Almaniyanın birləşdirilməsi prosesinə  nədən və necə başlamaq üzərində düşünürdü ki, bu fürsəti Danimarka 
yaratdı. Belə ki, 1863-cü il noyabrın 15-də Danimarka kralı VII Fridrixin ölümündən sonra IX Xristian taxt-taca 
sahib oldu. Onun ilk gördüyü iş isə Danimarka konstitusiyasının Şlezviq və Qolşteynin ərazisinə yayılması ilə 
bağlı sərəncam verməsi oldu. Bu ərazilər hələ Vyana konqresi dövründən Danimarkanın tərkibinə qatılsa da, bir 
neçə dəfə müzakirə obyekti olmuşdur.   
XIX  əsrin ortalarında Alman İttifaqında siyasi mübarizə yenidən qızışarkən Almaniyaya məxsus tarixi 
ərazilərin taleyi yenidən gündəliyə  çıxdı. 1851-ci ildə imzalanmış Olmyuts müqaviləsinə  əsasən, Alman 


 
117
İttfaqında birincilik Rusiyanın dəstəyinə  əsasən yenidən Avstriyaya verildi. Az sonra, 1852-ci ildə  Şlezviq-
Qolşteyn məsələsi üzərində müzakirələr  təzələnsə  də, London protokoluna əsasən Prussiyanın özünün də 
razılığı ilə Danimarkanın xeyrinə həll olunmuşdu. Lakin bu məsələni öz dövrü üçün tam şəkildə anlayan və həlli 
yolunu göstərə biləcək heç kəs qalmamıdı.  Belə ki, lord Polmerstan həmin məsələ ilə əlaqədar bir dəfə etiraf 
etmişdi ki, «bütün Avropada bu məsələnin mahiyyətini cəmi üç nəfər bilirdi: şahzadə Albert (kraliça 
Viktoriyanın əri),  qoca bir danimarkalı və mən. Albert bu  yaxınlarda ölmüş, qoca danimarkalının ağlı çaşdığı 
üçün dəlilər evinə salınmışdı. Mən isə bu məsələni artıq unutmuşam». Bismark bu məsələdə dördüncü adam 
olmaq fikrində deyildi. O bilavasitə Almaniyanın birləşdirilməsi işini öz əlinə almaq istəiyrdi. 
1863-cü il Polşa üsyanından sonra Rusiyanın Prussiyaya münasibəti tamamilə başqa idi, çünki həmin üsyan 
zamanı Bismarkın məsləhəti ilə Rusiyanın tərəfində duran I Vilhelm bacısı  oğlu II  Aleksandrın məhəbbətini 
qazanmışdı. Bismark sonralar da dönə-dönə deyirdi ki, «siyasi xidmətə görə hökmən siyasi haqq verilməlidir».  
II Aleksandrın Bismarka münasibəti olduqca yaxşı idi. Yalnız Qorçakov Bismarkın planlarını duyduğu üçün 
ona inanmırdı. Bismark yazırdı ki, «bu qoca sarsar» sonralar çarın mənə olan inamını dəyişdirməyə müvəffəq 
olmuşdu. 
Bismark 1863-cü ilin sonundan 1864-cü ilin yazınadək III Napoleonun fikrini öz xeyrinə  dəyişdirməyə 
müvəffəq olmuşdu.  İngiltərə isə belə hesab edirdi ki, Bismark Şlezviq-Qolşteyn məsələsini öz xeyrinə  həll 
etməyə çalışsa, Danimarka ordusu tərəfindən məğlub ediləcəkdir. Bismark bu məsələdə Avstriya ilə  hələləlik 
birlikdə hərəkət etmək niyyətində idi, buna görə də Bismark Frans İosifə birgə hərəkət etməyi məsləhət görürdü 
ki, Avstriya-Prussiya blokunun zəhmi qarşısında  İngiltərə  təkbaşına Danimarkanı müdafiə etməsin. Fransanın 
başı Meksika ekspedisiyasına qarışdığı üçün İngiltərə ilə birlikdə  hərəkət etməyəcəkdir. Lord Rossel Fransa 
xarici işlər naziri Druen de Lyusiə müraciət edərək bu məsələyə müdaxilə etməyi xahiş etsə  də, Druen 
cavabında nəzakətlə ona Poşla məsələsində Fransa və  İngiltərənin müvəffəyqiyyətsiz ittfaqının xatırlatmış  və 
xahişdən imtina etmişdir. 
Rusiya isə Krım müharibəsindən sonra beynəlxalq nüfuzunu kəskin  şəkildə itirmiş  və Avstriyanın 
satqınlığını  hələ bağışlamamışdı. Məlum olduğu kimi, hələ Krım müharibəsi zamanı - 1854-cü il mayın 
ortalarında I Nikolay Avstriyanın hərəkətindən hiddələnərək Paskeviçə yazmışı ki, «artıq elə vaxt gəlib 
çatmışdır ki, türklər və onların müttəfiqləri ilə vuruşmaq yox, Avstriyanı satqınlığına görə  cəzalandırmaq 
lazımdır». Rusiyanın bu məsələ müdaxiləsinin çətinləşdirən başqa bir amil də Polşada baş verən 1863-cü il 
üsyanı və Rusiyanın başının buna qarışması idi. 
Prussiyaya birləşdirmək məsələsini qaldırmaq imkanı verdi. Hər iki əyalət almanlarla məskunlaşmışdı. 
VII Fridrixin ölümündən sonra. 
Danimarkada hakimiyyətə yeni gəlmiş  kral  IX  Xristianın verdiyi yeni konstitusiyaya görə  Şlezviq qəti 
şəkildə Danimarkaya birləşdirilirdi, halbuki bu vilayət əsasən almanlarla məskunlaşmışdı. Bismarka da elə bu 
lazım idi, o, dərhal elan etdi ki, Danimarkanın belə bir konstitusiya verməyə ixtiyarı yoxdur. Danimarka dərhal 
yardım üçün İngiltərəyə müraciət etdi və baş nazir Palmerston Danimarkanın  əmin etdi ki, müharibə baş 
verəcəyi təqdirdə İngiltərənin tərəfdaşlığına arxayın ola bilər.  
Bismark diplomatik hazırlıqdan sonra Danimarkaya qarşı  qəti fəaliyyətə başladı.  1864-cü il yanvarın 
əvvəllərində Prussya Avstriya ilə birlikdə IX Xristiana ultimatum təqdim etdilər. Ultimatumda yalnız bir tələb 
vardı: 48 saaat müddətinə elan edilmiş konstitusiyanı  ləğv etmək.  İngiltərə  tərəfindən arxayınlaşdırılmış 
Danimarka ultimatumu rədd etdi və hərbi hazırlığa başladı.  
Ultimatumdan xəbər tutan İngiltərənin baş naziri Palmerston verdiyi  sözdən yayınaraq kraliçanın və 
parlamentin razılığı olmadığı üçün Danimarkaya hərbi yardım etməyin mümkün olmadığını bildirdi. Beləliklə, 
yaranmış şəraitdə Danimarka təkləndi, Fransa da ona yardım etməkdən qəti imtian etdi. Yanvarın ikinci yarısı 
birləşmiş Avstriya-Prussiya qoşunları Danimarkaya daxil oldu. IX Xristian 1864-cü il aprelin 18-də baş vermiş 
Düppel döyüşündə ağır məğlubiyyyə uğradı və ən ağır şərtlərlə sülh müqaviləsinin imzalanmasına razılıq verdi. 
Mayın 12-də barışıq, oktyabrın 30-da isə sülh müqaviləsi bağlandı. Müqaviləyə görə, Şlezviq, Qolşteyn və kiçik 
Lauenberq hersoqluğu qaliblərin əlinə keçdi. 
Uzun sürən diplomatik danışıqlardan sonra 1865-ci il avqustun 14-də Qaşteyn konvensiyası imzalandı. 
Konvensiyaya görə kiçik Lauenburq hersoqluğu Prussiyaya ilhaq edilir, əvəzinə Avstriya 2, 5 mln taler 
məbləğində  qızıl pulla ödənc alırdı.  Şlezviq Prussiyanın, kiçik alman knyazlıqların ilə  əhatə edilmiş  və 
Avstriyadan xeyli aralı olan Qolşteyn isə Avstriyanın idarəçiliyinə keçirdi. Ərazi bölgüsü zamanı Bismark 
böyük ustalıqla Avstriyadan xeyli kənarda olan Qolşteyni Avstriyaya verməyə müvəffəq oldu, halbuki ərazicə 
Lauenberq
 
və Şlezviqə bərabər olan Qolşteyn Prussiyanın qonşuluğunda idi. Bismark belə bölgünü keçirməklə 
gələcəkdə Qolşteyni çətinlik çəkmədən Prussiyaya birləşdirməyi planlaşdırırdı.  Əslində  hər iki dövlət uzun 
müddət davam edən danışıqların nəticəsində  yaranan bölgüdən narazı idi.  
Təsadüfi deyildi ki, hər iki dövlət məsələni bitmiş hesab etmədiyi üçün fəal  şəkildə müharibəyə 
hazırlamağa başlamışdılar. Bismark tezliklə Rusiyanın və Fransanın bitrəfliliyinə nail olmuş,  İngiltərəni isə, 
ümumiyyətlə hesabdan silmişdi. F.Engels yazırdı ki, «Bismark I Napoleonun şagirdidir, Almaniyanın III 
Napoleonudur» - Bismark bu xaratkeristikanı tamamilə doğruldurdu. Daxili siyasətdə Bismarkın və III 


 
118
Napoleonun siyasəti doğrudan da üst-üstə düşürdü, lakin xarici siyasətdə Bismarkın III Napoleondan öyrənməli 
olacağı heç bir şey yox idi. 
Avstriyanın qüvvələrini iki cəbhəyə parçalamaq üçün Bismark 1866-cı il aprelin 8-də  İtaliya ilə gizli 
ittifaq müqaviləsi bağladı. Müqaviləyə görə,  İtaliya Prussiyanın tərəfində müharibəyə girməyin  əvəzində 
Venetsiyanı əldə etməli, Bismarkdan pul yardımı almalı, habelə Avstriya ilə seperat müqavilə bağlamamalı idi.  
1866-cı il iyunun 16-da Prussiya ordusu kiçik alman knyazlıqlarına daxil oldu. Orduya istedadlı prus 
generalı Helmut fon Moltke başçılıq edirdi. Lakin cənub-qərbdən hücuma başlayan italyan ordusu elə 
müharibənin ilk günlərindən darmadağın edildi.  İyulun 3-də Çexiyada Sadova kəndi yaxınlığında alman ordusu 
Avstriya generalı Benediktin başılıq etdiyi Avstriya qoşunlarını ağır məğlubiyyətə uğratdı. Deyirlər ki, həmin 
gün Bismark cibində  zəhər gəzdirmişdi, məğlubiyyət olacağı  təqdirdə onu içib həyatla vidalaşmalı idi. 
Qələbədən sonra I Vilhelm və onu əhatə edən generallar müharibəni davam etdirməyi, Avstriyanı diz 
çökdürməyi və Vyananı tutmağı  tələb edirdilər. Lakin Bismark qəti surətdə bildirmişdi ki, müharibə davam 
edəcəyi təqdirdə o, istefa verəcəkdir. Çünki Bismark gələcəkdə Avstriya-Almaniya İttifaqının yaradılmasını 
planlaşdırırdı, buna görə də Avstriya ictimai fikrində Prussiyaya qarşı qisasçılıq əhval-ruhiyyəsinin qalmasına 
imkan vermək  olmazdı. Yalnız bundan sonra Bismarkın təkidi ilə sülhh danışıqlarına başlanıldı və avqustun 14-
də Praqada Avstriya ilə sülh müqaviləsi imzalandı. Müqavilənin  şərtlərinə görə, Avstriya həmişəlik Alman 
İttifaqından çıxır və öz hegomonluğundan imtina edirdi. 
Müharibəqnin gedişində yalnız Fransanın qüvvələrini parçalamaqla Prussiyaya xidmət göstərmiş İtaliya 
isə Venetsiyaya sahib olurdu. İtalyan kralı II Viktor Emmanuel Triyesti və Triyenti də  tələb etdikdə Bismark 
məsləhət görmüşdü ki, müharibəni özü təklikdə davam etdirsin. İtalyan diplomatiyası yalnız bu zaman 
Bismarkın uzağagedən məqsədlərində bir vasitə olduğunu dərk etmişdi. 
Beləliklə, Avstriya üzərində  qısa müddətə çalınan qələbə  həm ordunun sürətli hücumu, həm də 
Bismarkın diplomatik fəaliyyəti ilə bağlı idi. Bismark diplomatiyasının böyük uğurları Almaniyanın 
birləşdirilməsi yolunda iki başlıca maneənin qısa müddətə aradan qaldırılmasına gətirib çıxardı. Almaniyanın 
birləşməsi yolunda əldə edilən uğurlar, bu birləşmənin perspektivləri, Almaniyanın Avropa geosiyasi 
xəritəsində yeri və əhəmiyyəti ilk növbədə Bismarkın xidmətləri ilə bağlı idi.  
Knyaz Otto Eduard Leonold fon Bismark Şenhauzen XIX yüzillyin yaşıdı idi. O,  1815-ci il aprelin 1-də 
Almaniyanın şimalında - Şenhauzendə anadan olmuş, uşaqlıq illərini burada keçirmişdi. Məhz həmin il Avropa 
I Napoleon zülmündən xilas olmuş, xalqların və monarxların «Müqəddəs İttifaqı» meydana gəlmişdi. Bismarkın 
atası mülkədar, anası isə çinovnik ailəsindən çıxmız professor qızı idi. Bismark sonralar hərbi işi seçmədiyinə 
təəssüf edir və buna görə anasını günahlandırırdı, anası  həmişə onu diplomatik xidmətdə görmək istəyirdi. 
Bismarklar ailəsinin yaşadığı bölgədə onu kifayət qədər dalaşqan, cod xasiyyətli gənc kimi tanıyırdılar. Təsadüfi 
deyildir ki, Bismark «vəhşi yunker» adını məhz Şenhauzendə yaşadığı illərdə qazanmışdı.  
Məktəbi bitirdikdən sonra Bismark Hettinin və Berlin universitetlərində hüquq təhsili almış, bir müddət 
məhkəmə  və mülki idarələrdə  işləmişdi. Lakin «ipə-sapa yatmayan» gənc yunker tezliklə xidmətdən imtina 
etmiş və atası Ferdinanddan Pomeraniyada ona miras qalmış mülkdə işləməyə başlamışdı. 1848-ci ilin martında 
başlanmış inqilabi hadisələr zamanı Bismark artıq kifayət qədər təcrübəyə və uğura malik mülkədar idi. 
XIX yüzillyin ortaları üçün Bismarkın siyasi görüşləri də kifayət qədər kamilləşmişdi. O, gənclik 
illərindəki yarım respublikaçıdan qatı monarxistə çevrilmiş, prus monarxiyasının ideoloqu olmaq səviyyəsinə 
yüksəlmişdi. Təbiətən bir qədər kobud, güclü xarakterə malik insan, mahir ovçu və duelyant kimi ad çıxarmış 
Bismarkla yaşadığı bölgədə kifayət qədər ehtiyatla rəftar edirdilər. Bu dövrdə Bismarkın ailə  həyatında da  
dəyişikliklər baş vermiş, ailə qurmuş və nəticədə kral ailəsi ilə qohumluq münasibətəlri yaranmış, hətta şahzadə 
Vilhelmlə dostluq münasibətləri  qurulmuşdu ki, bu onun gələcək həyatında mühüm rol oynamışdı.  
Bismarkın siyasi səhnədə ilk çıxışı 1847-ci il mayda Birləşmiş landtaqın iclasında olmuşdur. O burada 
«ehtiyat deputatı» kimi iştirak edirdi. Birləşmiş landtaq Prussiyada 1847-ci il aprelin 11-də yaradılmış və feodal 
təbəqələrinin yığıncağından ibarət idi. Buraya  8  əyalət landtağının nümayəndələri daxil idilər. Landtaq iki 
kuriyadan ibarət idi: yuxarı kuriya – buraya zədəgan təbəqəsinin yüksək dairələri daxil idilər;  aşağı kuriya –
buraya kiçik zədəganlar, şəhərlilər və kənd varlıları daxil idilər. Bismarkın ilk çıxışı kral IV Fridrix Vilhelmin 
müdafiəsinə  həsr olunmuşdu. O, həmin çıxışında zədəgan müxalifətini kraldan hətta xırda hüquqlar istəmək 
üstündə rüsvay etmişdi. 
1848-ci ilin martında Almaniyada inqilab başladıqdan sonra Bismark şahzadə Vilhelmə yaxınlaşmağa 
müvəffəq olur. Şahzadə Vilhelm (1797-1888) 1848-ci ilin martında inqilabi top atəşləri ilə yatırmağa 
çağırdığına görə «top şahzadə» ləгəbi qazanmışdı. Bu dövrdən etibarən Bismarkla sıx münasibətlərə malik olan 
şahzadə Vilhelm 1858-ci ildə regent, 1861-ci ildə isə  IV Fridrix Vilhelmin ölümündən sonra Prussiyanın kralı, 
1871-ci ildə Alman imperatoru- II Reyxin başçısı olmuşdu. Bismarkın Vilhelmlə yaxınlaşması onun sonrakı 
həyatında və yüksəlişində böyük rol oynadı. 
Bismarkın Almaniyanın gələcəyi ilə bağlı görüşləri məzmunca Prusiya hakimiyyət elitasının 
baxışlarından o qədər də  fərqlənmirdi. Lakin nəzərdə tutulmuş planın həyata keçirilməsi yolları  məsələsində 
mövqklər tamamilə  fərqli idi. Hələ 60-cı illərin  əvvəllərində Bismark öz mövqeiyni konkret olaraq aşağıdakı 


 
119
şəkildə müəyyənləşdirmişdi: «Almaniya Prussiyanın liberalizminə yox, qüudrətinə möhtacdır. Zamanın böyük 
məsələləri parlament qətnamələri və  çıxışlarla həll olunmur – bu 1848-49-cu illərin səhvləri idi – «dəmir və 
qanla» həll olunur».  
Bismark bir qədər sonralar - 1864-cü ildə daha qəti mövqedən çıxış edərək yazırdı ki, «dövlət 
quruculuğu məsələləri son anda süngülərin köməyi ilə həll olunur». Tarixi – politoloji ədəbiyyatda Bismarkın 
«dəmir kansler» ləqəbini nə zaman qazandığı mübahisəlidir, lakin bir məsələ şubhəsizdir ki, bu ifadə Bismarkın 
Almaniyanın birləşdirilməsinə «dəmir və qanla» nail olmaq anlamı ilə bağlıdır. Buna oxşar ifadəni Bismark hələ 
1858-ci ildəki məktublarından birində latınca «odla və dəmirlə» şəklində işlətmişdi. 
Təsadüfi deyildi ki, Prussiya kralı IV Vilhelm hələ 1848-ci ildə Berlində baş vermiş  iğtişaşlar 
yatırıldıqdan sonra Bismarkın  şəxsi işinin üzərinə öz əlilə  aşağıdalkı  məşhur qeydi etmişdi: «Bismark qatı 
mühafizəkardır, qan iyi verir, sonralar istifadə etmək üçün qoruyub saxlamaq lazımdır». 
1851-ci ilin mayında Bismark Frankfurtda-Maynda yerləşmiş  İtsifaq Seyminə Prussiyanın  əvvəlcə 
müşaviri, sonra isə elçi sifətilə göndərilmiş, onun buradakı fəaliyyəti 1851-1859-cu illər arasındakı 8 illik dövrü 
əhatə etmişdir. 
İttifaq Seymi Vyana konqresini qərarı ilə 1815-ci ildə yaradılmışdı. Bu 38 alman dövlətini birləşdirən 
Alman ittifaqının mərkəzi aparatı idi. İttifaq Seyminə Avstriya başçılıq edirdi, Alman ittifaqı 1848- 1849-ci illər 
inqilabları dövrünə qədər mövcud olmuş, 1850-ci ildə Olmyuts sazişinə əsasən fəaliyyətini bərpa etmiş və 1866-
cı ildə isə  ləğv edilərək  əvəzində yeni birlik yaradılmışdı.  İttifaq Seymini «tülkü yuvası» adlandıran Bismark 
burada fəaliyyət göstərdiyi 8 il ərzində diplomatik işin bütün incəliklərini öyrənmiş, Avropa diplomatiyasının 
ənənələri ilə tanış olmuş, Vyanada olduğu qısa müddət  ərzində isə Metternix diplomatik məktəbinin bütün 
intriqalarına yiyələnmişdi. 
Bismark diplomatiyasında Rusiya və İngiltərəyə xüsusi diqqət yetirilirdi.Təsadüfi deyildi ki, 1850-1862-
ci illərdə Prussiyanın Rusiyada səfiri olmuş Bismark rus diplomtiya məktəbinin  ənənələri ilə yaxından tanış 
olmuş, görkəmli natiq və diplomat, Rusiyanın Xarici İşlər Naziri  A.M.Qorçakovdan dərs almışdı. Qorçakovun 
inamını qazanan Bismark gündəlik diplomatik poçtla (depeyşa ilə)  tanış olmaq imkanı qazanmışdı. Peterburqda 
olduğu  zaman Bismark II Aleksandrın da hörmətini qazanmış, hətta çar ona Rusiyanın xidmətinə keçməyi təklif 
etmişdi. 
1862-ci ildə Parisə  səfir göndərilmiş Bismark fransız diplomatiyasının da bütün nailiyyətlərindən 
bəhrələnmişdi. Təsadüfi deyildi ki, F.Engels Bismarkı Prussiyanın Lui Napoleonu adlandırırdı. Beləliklə, 
Bismark Almaniyanın əhatəsinə olduğu dörd böyük dövlətin –Avstriyanın, Fransanın, İngiltərənin və Rusiyanın 
diplomatiyasını öyrənməklə böyük təcrübə qazanmış oldu ki, bu təcrübə Almaniyanın birləşdirilməsi prosesində 
böyük rol oynamışdı. 
Tarixi və diplomatik ədəbiyyatlarda Bismark tez-tez Taleyran Periqorla müqayisə edilir, doğrudur, hər 
iki diplomatın ümumi cəhətləri çoxdur, lakin onları şəxsi keyfiyyətləri bir-birindən qəti şəkildə ayırır. Taleyran 
pula kifayət qədər həris adam idi, I Napoleonun sirlərini və planlarını satmaqla əvəzində pul alırdı. Məs., 
Rusiyadan – I Aleksandrdan bir neçə dəfə belə xidmətlərin əvəzində iri məbləğdə «bəxşişlər» almışdı. Bismarkı 
isə pulla satın almaq qeyri-mümkün idi. Xarici dövlətlərin diplomatlarının onu ələ almaq cəhdləri dəfələrlə boşa 
çıxmışdı. Bismark I Vilhelmi ona, yəni Bismarka həmişə  bəraət qazandırmaq qabiliyyətinə malik idi. 
İmperatorun razılaşmadığı vaxtlar da Bismark istefa tələb edir və beləliklə onu razı salmağa müvəffəq olurdu. 
Bismark Avropa diplomatiyasının ənənələrini bütün incəliklərinə qədər bilir və lazım gəldikdə kifayət 
qədər səbrli olmağı da bacarırdı. Belə ki, Avstriya ilə müharibəyə hazırlaşdığı zaman Fransanı neytrallaşdırmaq 
üçün Bismark əvəzində Lüksemburq və Belçikanı Fransaya təklif etdi (söhbət 1866-cı ildən gedir), III Napoleon 
dərhal buna razılıq verdi.  Həmin təklifi  əsas tutan Fransa səfiri Benedetti bir neçə  dəfə Berlində Bismarkın 
qonağı oldu. Bismark görüş zamanı  həmin təklifin sənəd  şəklində imperatora təqdim edilməsinin zəruri 
olduğunu bildirdi və belə bir sənədi səfirdən aldıqdan sonra onu özündə saxladı. Az sonra səfirə bildirdi ki, I 
Vilhelm Fransanın təklifinə razıdır, lakin onun həyata keçirilməsi  İngiltərənin mövqeyindən asılıdır. Bismark 
yaxşı bilirdi ki, İngiltərə Belçika və Lüksemburqun Fransaya verilməsi ilə heç vaxt razılaşmayacaq. Fransız 
diplomatiyası çox tezliklə Bismark tərəfindən aldanlıdığını başa düşdü, lakin artıq Avstriya Almaniya tərəfindən 
məğlub edilmiş, Avstriya diplomatiyasının Fransanın dəstəyini  əldə etmək cəhdi isə  uğursuzluqla 
nəticələnmişdi.  
Fransa səfirinin verdiyi sənədi isə Bismark yalnız 1870-ci ildə Fransa Prussiya qarşı müharibə elan 
etdikdən sonra seyfdən çıxardı  və onun surətini bütün dövlətlərə göndərdi, sənədin bir surəti isə  İngiltərənin 
«Tayms» qəzetində nəşr edildi və Fransanın hörmətdən düşməsində az rol oynamadı. Təsadüfi deyildi ki, 1870-
ci il iyunun 19-da  Prussiya topları Fransanın ərazilərini atəşə tutarkən, Prus orduları fransız qarnizonlarını yerlə 
yeksan edərkən Avropa diplomatiyası susur və hadisələri yalnız müşahidə etməklə kifayətlənirdi.  
Başqa diplomatlardan, o cümlədən də Metternixdən və Taleyrandan Bismarkı fərqləndirən başlıca cəhət 
onun mətbuata xüsusi fikir verməsi idi. Bismark qəzeti sevmir, hətta ona nifrət edirdi. «Mətbəə  rəngləri ilə 
ləkələnmiş kağızın» satqın, yalançı  və prinsipsiz olduğu dönə-dönə qeyd edən Bismark onun ictimai rəyə 
göstərdiyi təsiri düzgün qiymətləndirməyi bacarır və mətbuat ilə sıx əlaqə saxlayırdı. Ətrafındakılardan heç kəs 


 
120
bilmirdi ki, hələ landtaqın deputatı olduğu vaxtlardan gizli təxəllüsdən istifadə edən Bismark jurnalistika 
fəaliyyəti ilə  məşğul olurdu. Hakimiyyət başına gəldikdən sonra Bismark burjua-yunker mətbuatının  əsas 
hissəsinin dövlətin xidmətinə keçirməyə müvəffəq olmuşdu. Məlumdur ki, qəzet redaksiyalarına göndərilən 
materiallar bəzən xüsusi məktubla müşayət olunurdu ki, həmin məktubda da materialın dövlət sənədi kimi 
dəyişdirilmədən çap edilməsi tələb edilirdi. Qəzet vasitəsilə Bismark ictimai rəyi müəyyən bir məsələ üzərinə 
yönəltməyi və ya həmin məsələdən yayındırmağı bacarırdı. Hətta istefaya çıxdığı dövrdə belə Bismark 
mətbuatın xidmətindən məharətlə istfadə edir, 1888-ci ildə hakimiyyətə gəlmiş Alman imperatoru II Vilhelmin 
xarici siyasət sahəsində «yeni kursunu», onun Rusiyadan uzaqlaşması  və  İngiltərə ilə yaxınlaşması siyasətini 
amansız tənqid edərək bu siyasətin Almaniyaya fəlakət gətirəcəyini irəlicədən proqnozlaşdırırdı.  
Bismark hakimiyyətə hərbi nazir, feldmarşal Albrext fon Roonun tövsiyyəsi ilə gətirilmişdi. Avstriyanın 
müqaviməti üzündən Almaniyanın birləşdirilməsi məsələsini öz əlinə ala bilməyən Prussiya hökuməti ordunun 
yenidən qurulması  məsələsini ortaya atdı. Xüsusilə, 1859-cu il səfərbərliyi pruss ordusunun hazırlıqsızlığını 
göstərirdi. Buna görə, hərbi nazir Roon ordunun yenidən qurulması üçün landtandan kredit almaq üçün 1861 və 
1862-ci illərdə iki dəfə    layihə  təqdim etmişdi. Lakin landtaq hər dəfə bunu rədd etmiş  və kral da hər dəfə 
landtaqı buraxmaq haqqında fərman verməyə  məcbur olmuşdu. Yaranmış  şəraitdə I Vilhelm özü də istefa 
verməyi planlaşdırırdı. Lakin hərbi nazir Roonun təklifi ilə I Vilhelmi nazir-prezident postuna 1862-ci il 23 
sentyabrda «vəhşi yunker» Bismarkı dəvət etdi.  
 Bismark isə qısa müddətə hakimiyyət böhranını aradan qaldırldı, landtaqın mövcudluğuna ümumiyyətlə 
əhəmiyyət verməyərək hərbi büdcəni yuxarı palatadan keçirdi və onu həyata keçirməyə başladı. Xarici siyasət 
sahəsindəki uğurlar Bismarka imkan verdi ki, 1862-1866-cı illər «konstitusiya münaqişəsini» öz xeyrinə  həll 
etsin. 1866-cı ildə parlament «İndemnitet haqqında» qanun qəbul etdi, yəni hökumət silahlanma və  hərbi işlə 
əlaqədar dövlət vəsaitini büdcələşdirmədən xərcləmək hüququ qazanmış oldu, parlament isə bu büdcəni 7 ildə 
bir dəfə təsdiq etməli idi. 
Bismark aydın görürdü ki, hərbi-bürokratik monarxiya şəraitində kralın və hərbi elitanın yardımı ilə hər 
hansı tədbiri həyata keçirmək mümkündür. O zaman Almaniya hərbi elitasında iki sima xüsusi nüfuza malik idi: 
adını qeyd etdiyimiz hərbi nazir feldmarşal Albrext fon Roon və Prussiya Böyük baş  qərargahının rəisi qraf 
Helmut  fon Moltke. 
Qraf Moltke Prussiya taxt-tacını varisinin – I Vilhelmin tərbiyəçisi olmuş, buna görə  də müasirləri 
tərəfindən «saray rəqqası» adlandırılmışdı. O, 1875-ci ildə Böyük baş qərargahın rəisi təyin edilmiş, bu zaman 
onun «Hərbi təlim» əsəri ortaya çıxmışdı.Həmin əsər bu günədək alman militarizminin başlıca  ideya mənbəyi 
hesab edilir. Moltke yazırdı ki, «Bizim diplomatlar həmişə bizi bəlaya salmış, bizim generallar isə həmişə bizi 
xilas etmişlər». 
Bismark hakimiyyətə gəldikdən  az sonra və onun səyi ilə Prussiya kralı başda olmaqla hərbi elitanın da 
daxil olduğu «militarist triumvirat» – I Vilhelm-Bismark-Moltke «üçlüyü» yaradıldı ki, Almaniyanın bütün 
daxili və xarici siyasəti məsələləri bu «üçlüyün» əlində toplanmışdı. 
1863-cü il Polşa üsyanı və Prussiyanın Rusiyaya bu üsyanı yatırmaqda etdiyi yardım Şlezviq-Qolşteyn 
məsələsində Rusiyanın bitərəfliyinə səbəb oldu. Fransanın Meksika avanturasına qoşulması (1862-1867-ci ildə 
III Napoleon Meksika respubliksına qarşı müdaxilə  təşkil etmiş, lakin müvəffəqiyyətsizliyə  uğramışdı) isə 
Almaniyanın vəziyyətini daha da yüngüləşdirdi. Bismark xatirələrində dönə-dönə qeyd edirdi ki, siyasi xidmətə 
görə haqqa verilməlidir. Bu mənada Bismarkın Rusiyadan bitərəflik tələb etməyə hüququ var idi. İri 
dövlətlərdən yalnız  İngiltərə Bismarkın fəaliyyətinə qarşı  çıxırdı, lakin Avropada yerləşən iri dövlətlərin heç 
birindən yardım almayan İngiltərənin etirazının heç bir praktiki əhəmiyyəti yox idi. O. Bismark məhz bununla 
əlaqədar Qorçakovla söhbətdə açıq surətdə etiraf etmişdi ki, Avropa siyasəti baxımından hər  şey Rusiyanın 
mövqeyindən asılıdır, o, ya böyük hersoqu (yəni Danimarkanı) müdafiə etməli, ya da mübahisədən 
yayınmalıdır.  
Beləliklə, Rusiya və Fransanın bitrəfliyinə nail olan Prussiya İngiltərənin etirazına baxmayaraq 
Avstriyanı da öz arxasınca sürükləməklə  Şlezviq və Qolşteyni Danimarkanın  əlindən vurub çıxardı. Bismark 
həmin qayda ilə Avstriyanın da Alman ittifaqından vurub çıxardı. Hələ müharibə ərəfəsində Bismark öz xarici 
siyasətinin başlıca nəticəsi kimi Almaniyanın birləşdirilməsini son məqsəd elan etmişdi.  
Danimarka və Avstriya ilə müharibədən sonra 1866-cı ildə yaradılmış  Şimali Alman ittifaqından 
kənarda yalnız Bavariya, Vyurtemberq, Baden və Hessen kimi alman dövlətləri qalmışdı. Bismark aydın 
görürdü ki, bu dövlətlərin Alman ittifaqına daxil edilməsi üçün Fransa ilə müharibə etmək lazım gələcək, çünki 
bu kiçik alman knyazlıqları milli baxımdın alman olsalar da, dini baxımdan katolik idilər (Fransa da katolik idi) 
və Fransa ilə Prussiya arasında bufer knyazlıqlar rolunu oynayırdılar. Fransa bu knyazlıqlar vasitəsilə lazım 
gəldikdə Alman ittifaqına təsir etmək üçün istifadə edirdi.  
Məhz bu dövrdən etibarən alman baş  qərargahı preventiv müharibə (müharibəyə hazırlaşan düşmənin 
hücumunun qarşısının almaq məqsədi daşıyan müharibə – önləyici müharibə) strategiyasının hazırlanmasına 
başladı ki, bu strategiyada Bismarkın və Moltkenin böyük rolu olmuşdu. Priventiv müharibə strategiyası 
Almaniyaya imkan verdi ki, Fransa ilə qarşıdakı müharibəyə hazırlığı daha tez başa çatdırsın. 1870-ci ilin 


 
121
iyununda «hərbi triumvirat» (Bismark, Roon, Moltke) müharibə ilə əlaqədar məsləhətləşmə keçirdi. Moltke və 
Roon Almaniyanın müharibəyə tam hazır olduğunu bildirdilər. Yalnız bundan sonra Bismark ehtiyatda saxladığı 
sonuncu vasitəni işə saldı.  
Fransa ilə qarşıdakı müharibə üçün bəhanə İspaniya taxt-tacını uğrunda mübarizə oldu. Məlum olduğu 
kimi,  İspaniyada 1868-ci il hadisələri nəticəsində ispan kraliçası  İzabella hakimiyyəttən salındı  və ölkədən 
qovuldu. Beləliklə, ispan taxtı bir müddət boş qaldı. 1870-ci il iyulun 1-də vakant yerə Habsburqların Qoqenloe 
- Ziqmarinqen sülaləsindən olan şahzadə Leopoldun namizədliyi məlum olduqdan sonra III Napoleon buna qəti 
etiraz edərək bildirdi ki, Fransa eyni zamanda həm  şərqdə, həm də  cənubda Avstriya sülaləsindən olan 
adamların hökmranlığına razı ola bilməz. Tərəflərin hər ikisi tərəfindən qızışdırılan diplomatik münaqişə 
müharibəyə doğru kəskinləşməkdə idi. Məsələ burasında idi ki, prus imperatoru I Vilhelm Leopoldun 
namizədliyini dəstəkləyən ilk hökmdarların siyahısında idi. 
Yaranmış  vəziyyətdən qorxuya düşən Prussiya kralı I Vilhelm Bismarka və Moltkeyə bildirmədən III 
Napoleonla birbaşa danışıqlara başladı və şahzadə Lepoldun namizədliyini geri götürməyə razılıq verdi. Lakin 
Prussiyanın geri çəkilməsindən onun müharibəyə hazır olmaması  nəticəsinə  gələn III Napoleon Fransanı 
müharibəyə sürükləməklə sonuncu diplomatik səhvi etdi. Tyer hələ Meksika avantürasından sonra III 
Napoleonu açıq  şəkildə günahlandıraraq demişdi ki, «Sizin bir hökmdar kimi artıq edə bilməyəcəyiniz səhv 
qalmayıb». Fransız hakimiyyət elitasından yalnız Tyer Fransanın müharibəyə hazır olmadığını bilir və onu 
müharibədən çəkindirməyə çalışırdı. 
III Napoleon şahzadə Leonordun namizədliyini geri götürməyə nail olduqdan sonra mübahisəni daha da 
uzadaraq fransız səfiri Benedetti vasitəsiylə I Vilhelmdən Leopoldun bir daha öz namizədiyini irəli sürməməsi 
haqqında təminat verməsini tələb etmişdi. Həm də imperotorun tələbinə görə I Vilhelm Leopoldun bir daha 
dəstəklənməməsinə dair yalızı şəkildə təminat verməli idi.  
İmperatorların yazışmalarını diqqətlə izləyən Bismark müəyyən vaxtdan sonra hadisələrə qarışmaq 
qərarına gəldi. Kralın cavabını saxtalaşdıran Bismark onu elə bir formaya saldı ki, «guya I Vilhelm III 
Napoleonun yazılı öhdəlik götürmək tələbinə cavab olaraq fransız səfirinə qapını göstərmişdir». Bismark 
saxtalışdırılmış məktubu əlinə götürərək «bu Qall öküzünə qarşı əla qırmızı örpəkdir» demiş və məktubu dərc 
edilmək üçün mətbuata göndərmişdi. 
Beləliklə, Bismark bir gülləyə iki hədəfi vurmuş oldu. O, hadisələri elə şəklə saldı ki, Fransa əvvəlcə 
qəbul edilməsi mümkün olmayan tələblər irəli sürür, həmin tələblər rədd edildikdə isə Prussiyaya müharibə elan 
edir və bununla da Fransa təcavüzkar vəziyyətində qalır. Mətbuatın qaldırdığı «şivən-qiyamət» təkcə Prussiyada 
yox, həm də bütün Avropada mərmi partlayışı ab-havası yaratdı.  
Özünü təhqir edilmiş hesab edən Fransa imperatoru III Napoleon 1870-ci il iyulun 19-da Prussiyaya 
müharibə elan etdi. Hərbi hazırlığı vaxtında başa çatdırmış Prussiya ordusu avqustun 4-də Veysenburq 
döyüşündə, avqustun 6-da Verte döyüşündə marşall Mak-Maqonun qoşunlarına ağır zərbə vurdu. Avqustun 6-
da başqa bir ordu qrupu Şpixarne döyüşündə marşal Bazeni ağır məğlubiyyətə  uğratdı. Avqustun ortalarında 
Bazenin başçılıq etdiyi fransız orduları Mets qalasına sığınmağa məcbur oldu. Mak-Maqonun ordusu isə III 
Napoleonla birlikdə məğlubiyyətdən sonra Sedan qalasına çəkildi və sentyabrın 2-də almanlara təslim oldu. 
Fransanın belə sürətli məğlubiyyəti onun həm hərbi hazırlığı başa çatdırmaması, həm də diplomatik təcrid 
vəziyyətində olması ilə bağlı idi. III Napoloenun müharibə  ərəfəsinədək antirus siyasəti yeritməsi Fransanı 
Rusiyanın yardımından məhrum etmişdi. İngiltərə isə öz daimi rəqibinin belə ağır məğlubiyyətindən son dərəcə 
razı qalmışdı. Diplomatik təcrid və hərbi məğlubiyyət Bismarka arzu etdiyi kimi, Almaniyanın birləşdirilməsini 
«dəmir və qanla» başa çatdırmağa imkan verdi. 1871-ci il yanvarın 18-də I Vilhelm Versalda XIV Lüdovikin 
parad zalında Alman imperatoru elan edildi, Almaniya tarixində II Reyx (1871-1918) meydana gəldi.  
III Napoleonun özünə güvənməsi, Prussiya ilə  və ona qarşı diplomatiyadan daha çox hərbi gücə 
arxalanması Fransanın ağır məğlubiyyətini  şərtləndirən başlıca faktorlar idi. 1867-ci il uniyası  nəticəsində 
yaradılmış Avstriya-Macarıstan imperiyası ilə Fransanın müharibə  ərəfəsində başlamış olduğu danışıqlar 
nəticəsiz qaldığına görə, Avsriya 1866-cı il in əvəzini çıxmaq üsün Fransa ilə  hərbi ittifaq bağlaya bilmədi.  
Macarıstanın baş naziri qraf D.Andraşi də inadla belə bir ittifaqın əleyhinə çıxırdı. Bismarkın primitiv müharibə 
diplomatiyası «zamanın sınağından» zəfərlə çıxdı. 
Müharibə ərəfəsində Fransa ilə İtaliya arasında aparılan danışıqlar nəticəsiz qaldı. Səbəb kimi aradakı 
ziddiyyətlərin kəskinliyini və Bismarkın buna imkan verməməsini göstərmək olar. Digər səbəb isə italyan kralı I 
Viktor-Emanuilin  İtaliyanın  ərazisinin birləşdirilməsini başa çatdırmaq üçün papa dövlətinin  ərazisini tələb 
etməsi idi. Çünki İtaliyanın birləşdirilməsi yalnız bu zaman tam şəkildə başa çata bilərdi. Halbuki Fransa buna 
razılıq vermək fikrində deyildi. Papa III Napoleonun ən etibarlı müttəfiqi hesab olunurdu. Fransız ordusu 
Sedanda məğlub olduqdan sonra 1870-ci il  sentyabrın 20-də italyan qoşunları Romaya daxil oldular, Appenin 
yarımadasındakı pərakəndəliyə son qoyuldu və beləliklə İtaliyanın birləşdirilməsi prosesi başa çatdı. 
Avropanın iri dövlətlərindən yalnız Rusiya Fransa-Rusiya ziddiyyətlərinə baxmayaraq Fransanın 
həddindən artıq zəifləməsini istəmirdi.Vestfalya sistemi və 1815-ci il Vyana konqresinin qurduğu sistem 
Avropada qüvvələr müvazinətinin yeni qaydasını formalaşdırmışdı. Bu qayda - «pentarxiya» Avropa siyasətində 


 
122
beş dövlətin maraqlarının bölüşdürüməsini nəzərdə tuturdu. Tarixən  İngiltərə  və Rusiya Fransaya tarazlayıcı 
qüvvə kimi baxmış, nə  həddindən artıq dərəcədə qüvvətlənməsini, nə  də tamamilə  zəiflədilməsini qəbul 
etməmişdilər. Buna görə  də Rusiya Fransa-Prussiya müharibəsi nəticəsində Almaniyanın Avropada hegomon 
qüvvəyə çevrilməsinə Avropada yaranmış qüvvələr nisbətinə təhlükə kimi baxmağa başlamışdı.  
1870-ci il 4 sentyabr inqilabı nəticəsində Fransada III respublika (1870-1940) quruldu  və Milli Müdafiə 
hökuməti yaradıldı. Həmin hökumətin işlər müvəkkili de Qabriak inadla M.Qorçakovun Fransa-Prussiya 
münaqişəsinə müdaxiləsini tələb etsə də, ciddi bir köməyə nail olmamışdı. Belə ki,  çar II Aleksandr bir neçə 
dəfə yazılı şəkildə I Vilhelmə müraciət edərək Fransanı son dərəcə ağır vəziyyətə salmamağı tövsiyyə etməklə 
kifayətlənmişdi ki, çarın belə hərəkəti onun Krım müharibəsinin nəticələrini hələ unutmadığını göstərirdi. 
Tyer Milli Müdafiə hökumətinin təklifi ilə 1870-ci il sentyabr-oktyabr aylarında Vyanada, Romada, 
Londonda və Peterburqda oldu. Yalnız bundan sonra II Aleksandr sülh danışıqlarına başlamaq üçün vasitəçilik 
rolunu öz üzərinə götürməyə razılıq verdi. Alman ordusunun Parisdə ciddi müqavimətlə qarşılaşması, yeni 
fransız ordusunun yaradılmağa başlaması Bismarkı da sülh danışıqlarına sövq edirdi. 1871-ci il yanvarın 28-də - 
Almaniyanın imperiya elan edilməsindən 10 gün sonra Milli Müdafiə hökuməti Almaniya ilə barışıq imzaladı. 
Müharibə başa çatdıгdan dərhal sonra Bismark Rusiyanın bitrəfliyi müqabilində 1856-cı il Paris 
sülhünün şərtlərinə yenidən baxılmasına razı olduğunu bildirdi. Napoleon Fransasının məğlubiyyəti bu sülhün 
şərtlərinin dəyişdirilməsinə tam imkan yaratmışdı. Yeni beynəlxalq şərait M.Qorçakovun ardıcıl olaraq apardığı 
siyasi kursun diplomatik yolla realaşmasına imkan yaratdı. Rusiya 1870-ci il oktyabrın 31-də 1856-cı il Paris 
sülhünün iştirakçısı olan  bütün dövlətlərə müraciət edərək bildirdi ki, Paris sülhünün şərtləri həmin dövlətlər 
tərəfindən mütəmadi olaraq pozulduğuna görə, həmin sülhün Qara dənizdə Rusiyanın hüquqlarını 
məhdudlaşdıran bütün bəndləri etibardan salınmış hesab edilir. M.Qorçakov xüsusi olaraq qeyd edirdi ki, 
Rusiya hökumətinin qərarı qətidir və heç bir komprmisə yol verilməyəcəkdir.  
Rusiyanın müraciəti  İngiltərə  və Avstriya-Macarıstan tərəfindən böyük narazılıqla qarşılandı. Lakin 
İngiltərə-Prussya danışıqlarından sonra, İngiltərə öz mövqeyini dəyişdirmək məcburiyyətində qaldı. 
O.Bismarkın təklifi ilə 1871-ci ilin yanvarında Londonda Paris sülh müqaviləsinin imzalanmasında iştirak edən 
dövlətlərin beynəlxalq konfransı çağırıldı. Konfransda Rusiyanı Brunov təmsil edirdi. İngiltərə hökuməti 
Bismarkı bu məsələdə günahlandırsa da, Bismark qəti şəkildə bildirdi ki, problemin qoyuluşu ilə bağlı heç bir 
öhdəliyə malik deyildir. 1871-ci il matrın 13-də konvensiya imzalandı.  
London Konvensiyasına görə, Paris sülhünün üç bəndi (Qara dəniz boğazlarının bağlanması, hərbi 
gəmilərin sayı, sahilboyu müdafiə tikililərinin ləğv edilməsi) yeniləşdirildi. Rusiyanın tələbi  ilə Qara dəniz 
boğazları sülh və müharibə dövründə  hərbi gəmilərin üzünə bağlanır (sultan əgər istəsəydi «dost və müttəfiq 
hesab etdiyi dövlətlərə» boğazları aça bilərdi), Rusiya Qara dənizdə hərbi donanma saxlamaq hüququ qazanır, 
habelə sahilboyu istehkamların tikintisinə başlamaq hüququ qazınırdı. 
Rusiyanın vasitəçiliyi ilə aparılmış danışıqlar nəticəsində fevralın 26-da Versalda ilkin saziş bağlandı. 
Sazişə görə, Almaniya Elzası  və  Şərqi Lotaringiyanı ilhaq edir, Fransadan 5 mlrd frank məbləğində  təzminat 
alırdı. O.Bismark  Fransadan 7 mlrd frank təzminat tələb etməklə əslində diplomatik oyun oynayırdı. O yaxşı 
bilirdi ki, Rusiya təzminatın məbləğinin azaldılması ilə bağlı  I Vilhelmdən xahiş edəcək. Buna görə də 7 mlrd 
frank təzminat tələb etmişdi ki, Rusiyanın xahişindən sonra həmin məbləği 5 mlrd franka endirsin, buna da nail 
olmuşdu.  
Uzun müddətli diplomatik danışıqlardan sonra 1871-ci il mayın 10-da Frankfurt-Maynda Fransa ilə 
Almaniya arasında sülh müqaviləsi imzalandı. Müqavilə 26 fevral sazişinin  şərtlərini təsdiq edirdi. Bismark 
aydın  şəkildə  görürdü ki, 1870-ci illər müharibəsi Fransa ilə Almaniya arasında  əsrlər boyu davam edən 
antoqonizmi zəiflətmədi,  əksinə daha da qüvvətləndirdi, belə bir şəraitdə bu iki dövlət arasında gələcək 
müharibə labüd idi. Bunu nəzərə alan Alman Baş  qərargahı Almaniya üçün daha əlverişli strateji mövqelər 
qazanmaq istəyirdi.  
Frankfurt-Mayn sülhündən üç ay sonra, Peterburqdan Berlinə keçirilmiş  işlər müvəkkili Qabriakla 
söhbətində Bismark açıq şəkildə bildirmişdi ki, «Mets qalasını Almaniyanın əlində saxlamaq bizim tərəfimizdən 
ağılsızlıq olardı. Lakin baş  qərargah məndən Fransanın  əvəz çıxmayacağına təminat istədiyi zaman mən 
bildirdim ki, belə bir təminatdan söhbət gedə bilməz, 1870-ci illər müharibəsi gələcək Almaniya- Fransa 
müharibələrinin ilkinidir. Belə olduqda müharibədə yüz min nəfərə  bərabər Mets qalasını özümüzdə 
saxlamalıyıq. Elzas və Lotaringiya  haqqında da eyni sözləri demək olar, əgər bizim aramızda sülh əbədi 
olsaydı, bu vilayətlərin bizdə saxlanılması səhv olardı, çünki bunlar bizə əlavə yükdür». Qabriak cavabında «bu 
əyalətlər arxasında Fransanın durduğu yeni Polşaya çevriləcəklər» demişdir. 
Strateji əhəmiyyətinə görə Elzas müdafiə, Lotaringiya isə hücum əməliyyatların üçün mühüm əhəmiyyətli 
platsdarm idi. Digər tərəfdən Lotaringiya dəmir filizi ilə  zəngin rayonlardan biri idi. Frankfurt-Mayn sülhü 
əslində I dünya müharibəsinin təməl daşlarını qoymuş oldu. 
Almaniyanın birləşdirilməsi başa çatdıqdan sonra Bismark ittifaqlar siyastəinə xüsusi əhəmiyyət 
verməyə başladı ki, bu təsadüfi deyildi. Çünki Almaniyanın birləşdirlməsi Avropada yeni qüvvələr nisbəti 
yaratmışdı. Yaranmış şəraitdə Avropa dövlətlərinin Almaniyaya qarşı ittifaq yaratması ehtimalı həqiqətə yaxın 


 
123
idi. Buna görə də Bismark ilk növbədə Rusiyaya, Avstriyaya və İtaliyaya analoji müraciətlər etmiş, son nəticədə 
«Üç impertaor ittifaqı» adını almış siyasi məsləhət birliyinin–Rusiya-Almaniya-Avstriya-Macarıstan ittifaqının 
yaradılmasına nail olmşudu. Bu ittifaq 1873-cü il iyunun 6-da Vyanada meydana gəlmişdi. Əvvəclə Rusiya ilə 
Avstriya arasında müqavilə bağlanmış, daha sonra - 1873-cü il 3 oktyabrda Almaniya da bu məsləhət paktiına 
qoşulmuşdu. İttifaq müqaviləsi 1884-cü ildə daha üç illiyə uzadıldı və 1887-ci ildə ikitərəfli Rusiya-Almaniya 
gizli hərbi-siyasi paktına çevrilmişdi. Paktın başlıca məqsədi Fransaya qarşı  gələcək müharibədə onun tam 
şəkildə  təcrid edilməsinə nail olmaq idi. Təsadüfi deyildir ki, sonuncu müqavilənin politoloji ədəbiyyatda 
«təkrar sığorta müqaviləsi» adlandırırlar.  
Fransaya qarşı ittifaqlar siyasətini davam etdirən Bismark 1879-1882-ci illərdə yeni hərbi-siyasi birliyin 
- Üçlər ittifaqının yaradıcısı oldu. Bu birlik 1879-cu il  sentyabrın 7-də Almaniya ilə Avstriya-Macarıstan 
arasında imzalanmış ittifaq müqaviləsinə  əsasən təşəkkül tapmışdı. 1882-ci ilin mayın 20-də Almaniya, 
Avstriya-Macarıstan və  İtaliya arasında Vyanada hərbi ittifaq haqqında gizli müqavilə imzalandı ki, nəticədə 
Avropada ilk qüdrətli, müharibə hazırlığını qarşısına məqsəd kimi qoyan hərbi-siyasi birlik yarandı. 
Fransa-Prussiya müharibəsindən sonra Fransa 1873-cü il üçün təzminatı bütünlüklə ödədi və alman 
qoşunları Fransanın şimal vilayətlərini  tərk etdi.  
Beləliklə, Bismarkın «preventiv müharibə» diplomatiyası Almaniyanın birləşdirilməsi prosesinin hərbi-
siyasi və diplomatik yolla başa çatmasına gətirib çıxardı.  
 

Yüklə 1,43 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin