A. N. Abbasbəyli, S. Z. Yusifzadə


 Quba xanlığının xarici siyasəti



Yüklə 1,43 Mb.
Pdf görüntüsü
səhifə62/71
tarix02.01.2022
ölçüsü1,43 Mb.
#39696
növüDərs
1   ...   58   59   60   61   62   63   64   65   ...   71
Beynelxalq munasibetler tarixi en qedim dovrlerden XIX yuzilliyin 70-ci illerinin sonuna qeder

 
20.2. Quba xanlığının xarici siyasəti 
 Quba şəhəri öz tarixi kecmişi ilə Azərbaycanın ən qədim şəhərlərindən biri hesab olunur. Zəngin bir 
kecmişə malik olan bu şəhər Azərbaycan tarixində mühüm rol oynayan bir çox tarixi simalar, görkəmli alimlər 
və bacarıqlı dövlət xadimləri yetişdirmişdir. 
Qubanın XVIII əsrdə yetişdirdiyi qabaqcıl adamlarından biri də  məşhur dövlət xadimi Fətəli xandır. 
Quba xanlığının  ən parlaq dövrü Fətəli xanın hakimiyyəti illərinə  təsadüf edir.Onun babaları uzun illər qanlı 
carpışmalarda iştirak edərək Qubada xanlıq etmişlər. 
Fətəli xanın babası Hüseynxan Qubaya tabe olan Məclis kəndində yaşamış  və  şah sarayında böyük 
hörməti olmuşdur. Tarixi vəsiqələr göstərir ki, Süleyman Səfəvi (1667-1694) şahlığnın sonuncu illərində Yeni 
kənd feodalları  Məclis kəndinin torpaq və  sərvətinə sahib olmaq ücün oraya basqın edib kəndi talan edirlər. 
Əhalisinə divan tutur. Kicik Hüseyn bu qarışıqdan özünü xilas edib Salyana qacır, oradan da İsfahana gələrək 
şəxsən şah sarayına təqdim olunmaq və şahla görüşmək ücün vasitələr axtarmağa başlayır. 
Həmin bu vaxtlar İsfahan feodallarından birisinin qızı Zəhra xanım Hüseyn xanın cəsarət və mərdliyini 
görüb ona məhəbbət bağlayır. Hüseyn xan bir müddət şah sarayında qaldıqdan sonra doğma vətənə qayıdır və 
rəsmi fərmanlarla Qubaya xan təyin olunur. 
Həmin vaxtdan Xudat qalası Quba xanlığanın mərkəzi elan olunaraq möhkəm bir istinadgaha cevrildi. 
Hüseyn xan ölənə  qədər Quba xanlığının siyasi azadlığı  uğrunda fədakarcasına mübarizə aparıb onu feodal 
basqınlarından qorumuşdur. Fətəli xan onun üçüncü nəvəsi idi. 
1758-ci ildə atası Hüseynəli xan öləndən sonra Quba xanlığına oğlu Fətəli xan keçdi. 23 yaşlı Fətəli xan 
(o, 1735-ci ildə anadan olmuşdur) hakimiyyəti əlinə alar-almaz birinci növbədə əz ərazisini mökəmləndirmək, 
sərhəddini möhkəmləndirmək və qonşu xanlıqları özünə tabe ötmək fikrinə düşür. 
Fətəli xan həqiqətən öz əsrinin bacarıqlı  və  tədbirli dövlət xadimi, də yaxşı  sərkərdəsi idi. Məşhur 
Azərbaycan tarixicisi A.Bakıxanov onun haqqında bələ yazır: "Fətəli xan Qafqaz  tarixində diqqətə layiq bir 
şəxsiyyətdir. O, öz ağlı, səxavəti və bacarığı  nəticəsində yüksəlmişdi. O, hakimiyyət başına keçəndən sonra 
ağıllı  və çalışqan hakim olduğunu göstərdi, bütün ətrafındakı adamları özünə  cəlb etdi, düşmənlərinin 
fəaliyyətini zəiflətdi və ən çətin vəziyyətdən çıxa bildi. 
Qafqaz tarixindən yazan Butkov isə onun barəsində "Fətəli xan ağıllı, igid, tədbirli,  şöhrət səvən idi, 
yorulmaq nə olduğunu bilməzdi deyə  tərif edir. Fətəli xan hər vasitə ilə Quba xanlığını möhkəmləndirməyə 
çalışırdı. O, mahal naiblərinin hakimiyyətini məhdudlaşdırdı, vergi yığılmasını nizama salaraq, xəzinənin 
gəlirinin artmasını  təmin etdi. Muzdlu qoşunun sayı artırıldı. S.Qmelinin verdiyi məlumata görə Quba 
xanlığının xeyli qoşunu və topu var idi. Kicik topların bir hissəsi arabalarda yerləşdirilmişdi və xanlığın paytaxtı 
Quba qala halına salınmışdı». 
Qubalı  Fətəli xan bununla yanaşı öz sərhədlərini möhkəmləndirmək məqsədilə Muğandan döyüşkən 
şahsevən köcərilərinin bir hissəsini xanlığın ərazisinə köcürmüşdü. 
Fətəli xan Azərbaycanın qonşu xanlıqlarını ilhaq etmək yolu ilə öz torpaqlarını  gənişləndirməyə 
calışırdı. 
Fətəli xan öz məqsədinə nail odmaq ücün birinci növbədə ona müqavimət göstərən  Şəki və  Şirvan 


 
99
xanlıqlarını özünə tabe etməyi qərara alır. Şirvan feodalları onun cavanlığından istifadə edərək tez-tez Qubaya 
talancı basqınlar edirdilər. 
1758-ci ildə  Fətəli xan Şamaxı yaxınlığındakı ilk vuruşmasında  Şirvan xanlarına qalib gəlib öz 
güsücünü onlara göstərdi. Lakin bu qalibiyyət onu arxayın edə bilməzdi. Hər tərəfdən Fətəli xana qarşı baş 
qaldıran feodalların səsini kəsmək və onlara qalib gəlmək ücün etibarlı adamlar tapmaq lazım idi. 
Hələlik Fətəli xan Şəki xanlığının taleyi ilə maraqlanırdı. Həmin bu vaxtlar, yəni 1759-cu ildə Şəki xanı 
Ağa Kişi bəy öz qaynatası olan Qazıqumrlu Məhəmməd xan tərəfindən xaincəsinə öldürülür. Məhəmməd xan 
Şəki xanlığının sərvətini Ərəş sultanı ilə bölüşdürür və özünü Şəkidə hakim  elan edir. Lakin Məhəmməd xanın 
ağalığı 40 gün davam edə bildi. 
Şəki  əhalisi bu qırx gün ərzində  hədsiz vergilər, qanunsuz cərimələr verməklə, zülmkar hakimə qarşı 
üsyana hazırdaşdılar. Hüseyn ağa (Şəkili Hacı Çələbinin nəvəsi) Ağa Kişi bəy öldürüləndən sonra Fətəli xana 
pənah aparıb ondan kömək istədi. Əlverişli bir şəraitin yaranmasını görən Fətəli xan qoşun çəkib Şəki üzərinə 
hərəkət etdi. 
Qazıqumux talanlarından təngə gələn əhali bu xəbəri eşidən kimi Quba xanının qarşısına cıxdı və onu 
böyük təntənə ilə qarşıladı. Cağırılmamış qonaq ev sahibindən hörmətsizlik görüb öz yerinə çəkildi. Fətəli xan 
Hüseyn ağanı Şəkiyə xan təyin etdi və Şəki xanlığı həmin vaxtdan Fətəli xanın vassalı oldu. 
Həmin il Fətəli xana başqa bir xoşbəxtlik də üz verdi. Dərbənd camaatı öz xanlarından narazı olduqları 
ücün elcilər göndərib Fətəli xanın onlara xan olmasını arzu etmişdilər. 
Dərbənd qalasının böyük siyasi və strateji əhəmiyyəti var idi. Hələ ilk orta əsrlərdə  Dərbənd Qafqaz 
tarixində mühüm rol oynamış  və  həmin vaxtlarda məşhur idi. Cənubi Rusiyaya və Ön Asiyaya gedən ticarət 
karvanları «Dəmir qapı» Dərbənddən keçməli idi. Uzaqgörən Fətəli xan bütün bu üstünlükləri başa düşmüş və 
ona görə də dərbənddilərin təklifini qəbul etmişdi. 
XVII  əsrdə  və XVIII əsrin birinci yarısında Dərbənd sultanlıq idi. XVIII əsrdə  Dərbənd o qədər də 
böyük olmayan bir şəhər idi. Onun əhalisi əsasən əkinciliklə, bağçılıqla, ticarət və sənətkarlıqla məşğud olurdu. 
Böyük strateji əhəmiyyət kəsb edən Dərbənd Rusiyanın, Türkiyənin və İranın diqqət mərkəzində idi. 
Azərbaycanın başqa xanlıqları kimi Dərbənd də XVIII əsrdə  İran zülmündən azad olur və  Dərbənd 
sultanlığı müstəqil xanlığa çevrilir. 
Xanlığın mərkəzi olan Dərbən qalası uzunluğu 6 verst 400 sajen olan qalın daş divarla hörülmüşdü. 
Həmin dövr üçün  xarakterik üslubda müdafiə olunmuş Dərbənd cox möhkəm dəmir qapılara malik idi. 
XVII əsr səyyahlarının verdiyi məlumatdan aydın olur ki, Dərbənd cox möhkəm hərbi nöqteyi-nəzərdən 
xüsusi  əhəmiyyətə malikdir. Dərbənd xanı istədiyi zaman «...5000-dən 6000-dək piyada və süvari» toplaya 
bilərdi. 
Dörd hissədən ibarət olan şəhərin narın qala guşəsində xan sarayı yerləşmişdi. 
XVIII əsrin 50-ci illərində Dərbənd hakimi Məhəmməd Hüseyn xan idi. Onun dövründə xanlığın daxili 
və xarici vəziyyəti möhkəm deyildi. Əhalinin cox hissəsi ağır vergilərə tab gətirə bilmirdilər.Əhali Məhəmməd 
Hüseyn xanın zülmündən qurtarmaq ücün yollar axtarırdı və tezliklə buna nail olurlar». 
Mənbələrdə Məhəmməd Hüseyn xandan gizlin Quba xanı Fətəli xana müraciət etdiyi göstərilir. Şəhərin 
əhalisi Fətəli xanın simasında...ədalətli, yaxşı hakim arzulayırdılar. 
Quba xanlığı ilə xalq kütlələrindən başqa, feodallar və varlı  təbəqənin nümayəndələri də birləşmək 
fikrində idilər. Bəhs etdiyimiz dövrdə Dərbənddə iki qrup əmələ kəlmişdi.Birinci qrupa iri feodallar daxil idi və 
Məhəmməd Hüseyn xan tərəfindən müdafiə olunurdu. Onlar Quba xanlığı ilə birləşməyin əleyhinə idilər. 
Quba xanlığına rəğbət bəsləyən ikinci qrupa sənətkarlar, tacirlər,  əhalinin yoxsul təbəqəsi və  xırda 
feodallar daxil idilər. 
Dərbənd xanlığında  əmələ  kəlmiş belə bir vəziyyətdən Fətəli xan məharətlə istifadə etdi. Fətəli xan 
birdən-birə Dərbəndə hücum edə blməzdi. Çünki, belə hərəkət Dağıstanın cənubundakı feodalların narazılığına 
səbəb olacaqdı...Feodallar Quba xanlğının Dərbəndi tutmasına razı olmazdılar. Çünki, onlar yaxşı bilirdilər ki, 
Dərbəndi ələ keçirən Quba xanlığına sonradan gücləri çatmadacaqdır. 
Fətəli xanın qarşısında duran çətin məsələlərdən biri də  Dərbəndə hakim olmağın düzgün yolunu 
axtarmaq idi.Quba xanlığı  Dərbəndə hucum etməklə özunə qarşı  cənubi Dağıstan feodallarının blokunun 
meydana çıxmasına yol vermək istəmirdi. 
Digər tərəfdən, Quba xanlığının bu məsələnin həllində vəziyyətin çətinləşməsində Şamaxı xanı ilə pis 
münasibətdə olması idi. 1758-ci ildə  Şamaxı xanın Beşbarmaq yaxınlığıandakı  məğlubiyyətindən sonra Quba 
xanlığına qarşı mübarizə ücun özünə sərfəli imkan axtarırdı. 
Belə bir gərgin vəziyyətdən qələbə ilə çıxmaq ücün xüsusi məharət, bacarıq və siyasətçi olmaq lazım 
idi. Belə bir siyaəət antiquba blokunun   yaranması qarşısını ala bilərdi. 
Quba xanı cənubi Dağıstan feodadları arasındakı narazılıqdan məharətlə istifadə edir və cənubi Dağıstan 
hakimlərindən Tarku-Şamxalı Murtuzəli, Qaraqaytaq Usmisi Əmir Həmzə  və Taba-soran hakimi ilə  əlaqəyə 
girib, 1752-ci ildə Dərbəndə yürüş etdi. 
Həmin ittifaq Dərbənd xanlığına qarşı yaranmışdı. Fətəli xan ən  əvvəl dağlarla Kaspi dənizi arasında 


 
100
Samur çayının sağ sahilindəki Müşkürü, Niyazabada, Şabranı, Rustovu və Beşbarşğı tabe etdi. Sonra öz 
müttəfiqlərinin köməyi ilə Dərbəndi mühasirəyə  aldı və iki aydan sonra onu ələ kecirdi. 
Xüsusi hazırlıqdan sonra müttəfiqlərin orduları  təyin olunmuş vaxtdan tez hücuma keçir və  şəhərin 
əhalisi Dərbənd darvazalarını müttəfiqlərin üzünə acır. 
Şəhər tamamilə alındıqdan sonra müttəfiqlər Fətəli xana göstərdikləri kömək müqabilində Quba və 
Dərbənd xanlıqlarının bir sıra kəndlərindən gəlir toplamaq hüququnu aldılar. Dərbənd xanlığının var-dövləti 
Quba xanlığının ixtiyarına kecdi. 
Qafqazşünasların  əsərlərində  Dərbəndin Quba xanlığı  tərəfindən tutulması haqda az məlumat vardır. 
Mənbələrin verdiyi məlumata görə  Dərbəndin tamamilə tutulması 2 ay davam etmiş  və  şəhər 1759-cu ilin 
noyabrında təslim olmuşdur. 
Dərbəndin Quba xanlığına birləşdirilməsi haqda olan məlumatları iki qrupa ayırmaq olar. Bir sıra 
mənbələrdə deyilir ki,  birləşmə  hər  şeydən  əvvəl Dərbənd feodallarının və hakimlərinin xahişi nəticəsində, 
digər qrupu isə Quba xanlığının «...cox incə siyasəti» nəticəsində başa catdırıldığınıı göstərirlər. 
Əlbəttə, Dərbəndin Quba xanllığına birləşdirilməsində silah gücündən cox yuxarıda göstərdiyimiz əhali 
təbəqəsinin Quba xanlığına olan rəqbəti olmuşdur.  Əsas amillərdən biri də Quba xanlığının cənubi Dağıstan 
feodallarına qarşı yeritdiyi incə, bacarıqlı siyasəti olmuşdur. 
Dərbəndi birləşdirəndən sonra Quba xanlığının Azərbaycan siyasi həyatında tutduğu mövqeyi daha da 
artdı. Fətəli xan Dərbəndə yaxınlaşan zaman belə bir siyasətə  əl atdı.O, danışıq bahanəsi ilə ilə  Məhəmməd 
Hüseyn xanı öz düşərgəsinə cağırdı, onu həbsə aldı, gözlərini cıxartdı, əvvəl Qubaya, oradan isə ömürün sonuna 
kimi saxlandığı Bakıya göndərdi. Dərbənd hakimi Məhəmməd Hüseyn xan Bakıya köcürüləndən sonra Dərbənd 
naiblərlə idarə olunmağa başlanır. Artıq, Dərbənd Quba xanlığının ikinci siyasi, hərbi  əhəmiyyətli mərkəzinə 
cevrilir. 
M.Biberşteynin yazdığına görə "...Fətəli xan və onun xələfləri Dərbəndə  ən vacib, əsas mülki kimi 
baxmış və onun daimi iqamətgahı olmuşdur.  
Beləliklə, Dərbənd xanlığının ilhaqı ilə Quba xanlığının ərazisi xeyli genişləndi və o qüvvətli bir xanlıq 
kimi  şöhrət qazanmağa başladı. Doğrudan da dərbəndlilərin Fətəli xana ayrıca bir hüsni rəğbəti var idi. Bu 
münasibəti hiss edən və  şəxsən Fətəli xanı görən məşhur  rus alimi Qmelin belə yazır: «Dərbənd  əhalisi onu 
sevirdi...Şamaxı  təbəələri Fətəli xandan razı idilər».  1759-cu ilin axırlarında Fətəli xanın  şöhrəti hər tərafə 
yayılmışdı. Onun qüvəətlənməsindən qorxuya düşən irticaçı xanlar birləşmək və  Fətəli xana ağır zərbələr 
vurmaq ücün müxtəlif vasitələr axtarırdılar. Hamıdan cox Şirvanlı  Ağası xan və onun köməkcisi Məhəmməd 
Səid xan əl-ayağa düşürdülər. 
Dərbənd Quba xanlığı ilə birləşdirildikdən sonra Quba xanlığı Bakı xanlığı haqqanda fikirləşməyə 
başladı. Bakı xanlığı iqtisadi cəhətcə varlı, onun mərkəzi Bakı isə Kaspi dənizinin ən yaxşı möhkəş1əndirilmiş 
ticarət limanlarından biri idi. 
XVII  əsrin ortalarında ingilis səyyahı C.Xanvey «…Bakının  ətrafında hündür yərlərdə  nəzarət etmə 
qüllələrinin olduğunu qeyd edir. 
XVII  əsrin ikinci yarısında Bakı xanlığının Abşeron yarımadasının Maştağa və Binəqədi naibliklərini 
əhatə edirdi. Əgər Bakı xanlığını  başqa xanlıqlarla müqayisə etsək onun həm ərazi, həm də əhali cəhətcə kiçik 
olduğunu görərik. Bundan istifadə edən qonşu feodallar Bakı xanlığına tez-tez basqınlar edərdilər. Belə yürüşlər 
təsərrüfatın  əsas sahələrinə xüsusilə, neft, duz istehsalına, zəfəran becərilməsinə böyük zərər vururdu. Bakı 
xanlığında olan tacir və feodallar böyük zərər çəkdiyindən xana öz narazılıqlarını acıq-aydışn bildirirdilər. 
Belə şəraitdə Bakı xanlığının onu qonşu feodalların basqınlarından qoruyan güclü müttəfiqlərə ehtiyacı 
vardı. 
Bakı xanlıqanın bu zəif hissəsindən Quba xanlığı məharətlə istifadə etdi. 
Bir tərəfdən Fətədi xan Bakı xanlığını iqtisadi cəhətcə sıxdı,  digər tərəfdən feodalizm dövrünə xas olan 
«nigah siyasətini» tətbiq edərək Qaraqaytaq usmisi Əmir Həmzəyə vəd edilmiş bacısı Xədicə Bikəni Bakı xanı 
Məlik Məhəmmədə ərə vərir. Möhkəm və amiranə xarakterə malik Xədicə Bikənin vasitəsi ilə Fətəli xan zəif 
iradəli Bakı xanını özünə tabe etdi. Xədicə Bikə qardaşının sözünə möhkəm qulaq asaraq Bakı xanlığının daxili 
işlərin qarışır və məsələləri Quba xanlığının xeyrinə yönəldirdi.  
.Səyyahların yazdığına görə… «Bakı xanı bütün ömrü boyu Fətəli xana sadiq olduğunu bildirmişdi». Bunun da 
əsas səbəbi Xədicənin ərini özünə tabe edə bilməsi idi. 
Hətta, Məlik Məhəmməd xan olmadıqda xanlığı Xadicənin özü idarə edirdi. Bakı xanlığı Quba 
xanlığının vassalı olmuş və onun hərbi səfərlərində dz iştirak etmişdir. Əhməd bəy Cavanşir yazır ki,... «Quba 
xanı Dərbəndin, Qubanın və Bakının hakimidir».  
Beləliklə, yuxarıda qeyd etdiyimiz faktlar göstərir ki, Bakı xanlığı formal olaraq özünün idarə üsulunu 
saxlamasına baxmayaraq, faktiki olaraq, vassal hüququna malik idi. 
Fətəli xan Bakını silah gücünə dəyil, incə həmlə nəticəsində özünə tabə edə bilmişdi. 
Quba xanı iqtisadi cəhətdən mühüm əhəmiyyətə malik olan Kaspi sahillərinin bir hissəsini Dərbənddən 
Kürün mənsəbinə qədər olan yerləri öz hakimiyyəti altına aldı. Fətəli xan Dərbəndi ələ keçirdikdən sonra, öz 


 
101
mövqeyini möhkəmləndirdikdən sonra Şirvan xanlığı idə hesablaşmaq haqqında düşünməli oldu. 
Şamaxı xanlığı iqtisadi cəhətcə  gəlirli sahələrə  və  təbii sərvətləri olan bir əraziyə malik idi.O, şimal-
şərqdən Quba, şərqdən Bakı, şimali-qərbdənn Şəki, cənubi-qərbdən Qarabağ xanlıqları ilə həmsərhəd idi. 
Mənbələrdə göstərilir ki, müharibə vaxtı Şamaaxı xanı 10-12 minə qədər əsgər toplaya bilərdi. Faktdan 
göründüyü kimi XVIII əsrin ikinci yarısında Azərbaycan xanlıqları  sırasında hərbi cəhətcə mühüm yerlərdən 
birini tuturdu. 
Şamaxı xanlığı uzun müddət Quba xanlığına qarş müharibələr aparmış  və güclü müqavimət 
göstərmişdir. 
Lakin, Dərbənd və Bakı xanlıqlarını özunə tabe etdikdən sonra Quba xanlığının hərbi qüvvəsi daha da 
artdı. Belə bir şəraitdə Şamaxı xanlığına qarşı açıq və geniş planların həyata kecirilməsi işinə başlamaq olardı. 
Quba xanlığı  Şamaxı xanlığına böyük əhəmiyyət verirdi. Onların fikrincə  Şamaxı xanlığı  gələcəkdə 
Şəki və Qarabağ xanlıqlarına qarşı mübarizə ücün hərbi meydan olmalı idi. XVIII əsrin 60-cı illərindən Şamaxı 
xanlığı iki tərəfdən Quba xanlığı ilə mühasirə olunmuş və dənizlə əlaqəsi tamamilə kəsilmişdi. Quba xanlığına 
qarşı mübarizəyə hazırlaşmaq məqsədilə 1763-cü ildə köhnə  və yeni Şamaxı birləşdirilir. Lakin bu Şamaxı 
xanlığının müdafiəsi ücün kifayət deyildi. Fətəli xan Şirvanda baş verən hadisələri izləyirdi. Fətəli xan Şirvan 
xanı Ağası xandan onun torpaqlarını Dağıstan feodallarının basqınlarından müdafiə etmək əvəzinə də bac istədi. 
Lakin Ağası xan bundan imtina etdi, bu da tərəflər arasındakı ziddiyyətləri daha da kəskinləşdirdi. 
1765-ci ildən Quba xanlığı ilə Şamaxı xanlığı arasında 4 il müddətinə cox kəskin mübarizə getdi. 
Uzun müddət Quba xanlığının ordusu müvəffəqiyyət qazana bilmərdi. Bunun əsas səbəbi «...Şəki xanı 
Hüseyn xan Şamaxı xanına köməklik edirdi". S.Qmelinin məlumatına görə «...Hüseyn xanın köməyi ilə 
Şamaxının müdafiəsi elə möhkəmləndirilmişdi ki, Quba xanı bundan dəhşətə gəlirdi». 
Fətəli xan tezliklə onların arasına nifaq sala bildi. Bunun nəticəsində mübarizə meydanında qüvvələr 
Quba xanlığının xeyrinə oldu. Şəki xanı  Şamaxı xanının məğlubiyyətindən sonra «...ona Şamaxının 
gəlirlərindən bir hissəsinin ayrılacağına ümid bəsləmişdi». 
Belə hadisədən təşvişə düşən Şamaxı xanı Məhəmməd Səid xan köhnə Şamaxıya çoxlu miqdarda ordu 
toplayaraq, Quba xanlığı tərəfindən olacaq təhlükəsinin qarşısını almazağa hazırlaşmağa başladı. 
Şamaxının özündə də iki tirəlik əmələ gəldi. Məhəmməd Səid mübarizəsiz Quba xanlığı ilə birləşmək 
fikrini irəli sürmüş qüvvələrə qarşı mübarizə aparır. 
Quba xanlığı 1765-1767-ci illərdə  Şamaxı xanlığına qarşı geniş mübarizəyə başlayır və 1767-ci il 
vəziyyət tamamilə gərginləşir. Şamaxı xanlığının birləşdirilməsi ücün real imkanlar yaranır. 
Bir çox xanların təklifini qəbul edən «Fətəli xan Şamaxı xanı ilə mübarizəni dayandırmağı, sülh 
danışıqları  aparmağa razı olduğunu bildirir». Şamaxı xanı da mübarizə aparmağa cürət etmirdi. Cünki, 
Şamaxının bir çox hakimləri ona sadiq deyildilər. 
Şirvan xanlığını  tək başına məğlub edə bilməyəcəyini yaxşı bilən Fətəli xan öz vassalı olan şəkili 
Hüseyn xanı öz tərəfinə çəkdi. Tərəflər arasında dostluq ittifaqı yarandı.1767-ci ildə  birləşmiş qüvvə Şamaxını 
mühasirəyə aldı. Bir tərəfdən də Quba xanlığının köhnə müttəfiqləri  Qazıqumux və Qaraqaytaq muzdlu 
dəstələri də Şamaxı üzərinə hərəkət etdilər. Beləliklə, çox çətin vəziyyətə düşən Şirvan xanı təslim oldu. 
Şirvan qaliblər arasında bölüşdürüldü.  Şirvan xanlığının az bir hissəsi - Saadan və Kassan mahalları 
Şəki xanlığına, xanlığın iqamətgahı daxil olmaqla Şirvanın böyük bir hissəsi Quba xanlığının əlində qaldı. Fətəli 
xan əsir düşmüş Şamaxı hakimlərinin boyük sərvətini ələ keçirdi. 
Şirvan qələbəsindən sonra Fətəli xanın nüfuzu nəinki bütün Azərbaycanda və Qafqazda, habelə bütün 
İranda artdı. Lakin Fətəli xanla Hüseyn xan arasındakı ittifaq cox cəkmədi ki, pozuldu. Vahid mərkəzləşdirilmiş 
Azərbaycan dövləti yaratmaq məqsədində olan Fətəli xan Hüseyn xanın Şirvandakı naibini qovdu və onun da 
hissəsini öz hakimiyyəti altında birdəşdirdi. 
1763-cü ilin avqustundan etibarən  Şamaxı xanlığı bütün mahalları ilə birlikdə Quba xanlığının 
tabeliyində olan şimali şərqi Azərbaycanın tərkibinə daxil edildi. Beləliklə, 1768-ci il Şamaxı xanlığının Quba 
xanlığı ilə birləşdirilməsinin ilk dövrü sayılır. 
Bundan sonra Fətəli xan Hüseyn xanı özünə barışmaz düşmən etmiş olur. Şamaxı xanlığının tamamilə 
tabe edilməsindən sonra Cavad xanı da Qubanın vassalığını qəbul etdi. 
Cavad xanlığı kicik bir tarixi dövrü əhatə etməsinə baxmayaraq, o XVII əsr Azərbaycan xanlıqları ilə 
birlikdə Quba xanlığının tərkibinə daxil olmuş və şimal-şərqi Azərbaycanın birləşdirilməsində iştirak etmişdir. 
Mənbələrdə göstərilir ki,Cavad xanlığı haqqanda cox az məlumat vardır. Şamaxıdan aşağıda Kürlə Araz 
arasında yerləşən Cavad hələ XVI əsrdən də əvvəl mövcud idi. Onun əhalisi maldarlıqla və əkinçiliklə məşqul 
olurdu. XVI əsrdə Cavadda «...yaxşı tiklmiş evərin və bağların» olduğu göstərilir. Cavad Şamaxı xanlığına tabe 
idi. 
XVIII əsrin ortalarında Nadir şah dövlətinin zəifliyindən istifadə edən Cavad yarı asılı xanlığa çevrilir. 
Xanlığın mərkəzi olan Cavad isə  ətrafı möhkəm hasarla əhatə olunmuş qalaya çevrilmişdir. 
Mənbələrdən aydın olur ki, Cavad xanlığı hazırkı Azərbaycanın Sabirabad, Şirvan (köhnə Əli –Bayramlı) kimi 
rayonlarının ərazisini əhatə edir.  


 
102
Lakin, onu da qeyd etmək lazımdar ki, Cavad xanlığı XVIII əsrdə baş vermiş hadisələrlə ayaqlaşa 
bilmirdi. Belə ki, Cavad xanlığı nə döyüşkən şahsevən koçəriləri ilə, nə də Qaradaq, Ərdəbil köçərilərinə qarşı 
mübarizə apara bilmirdi. Tez-tez onların hücumlarına məruz qalan Cazad xanlığının möhkəm bir müttəfiqə 
ehtiyacı var idi. O, belə bir müttəfiqi Fətəli xanın şəxsində görürdü. Beləliklə, yuxarıda göstərildiyi kimi, 1768-
ci ildən Cavad xanlığı Quba xanlığının vassalığanı qəbul etməli olmuşdur. 
Muğanın Cavadla birlikdə Quba xanlığına birləşdiriməsini  Fətəli xanın II Yekaterinaya göndərdiyi 
məktubundan da aydın görmək olar. 
Quba xanlığına birləşdiriləndən sonra Cazad xanlığı Fətəli xanın hərbi yürüşlərlərində fəal iştirak edir. 
O, hətta 1769-cu ildə  Şamaxıda Fətəli xana qarşı hazırlanmış bir sui-qəsdin qəsdin ləğv edilməsinə xüsusi 
xidmət göstərmişdir.. 
Cavad xanı Quba xanın ən inanılmış adamlarından biri idi O, hətta Quba xanlığının gizli məclislərində 
də iştirak etmək hüququnu qazanmışdı. 
Şamaxı, Cavad xanlıqlarının va Muğanın Quba xanlığına birləşdirilməsini Fətəli xanın gələcək 
planlarının həyata keçirilməsi işində böyük əhəmiyyəti olmuşdur, 
Şamaxı və Cavad Azərbaycanın şimal və cənub xanlıqları üzərinə gələcəkdə olacaq yürüşlər zamanı əsas dayaq  
nöqtəsi təşkil etməli idi. 
Şamaxı xanlığı Quba xanlığına uzun sürən müharibələrin nəticəsində silah gücünə tabe edildiyi halda, 
Cavad xanlığının birləşməsi isə tamamilə başqa xarakterdə olmuşdur. Yəni o, könüllü birləşmişdi. 
Göründüyü kimi, XVIII əsrin ikinci yarısında Quba xanlığı  Dərbənddan Cavada qadər Azərbaycanın 
şimal-şərq torpaqlarını öz hakimiyyəti altında birləşdirilşdi. Qubalı  Fətəli xan öz torpaqlarını genişləndirmək 
uğrunda mübarizədə əsas eitibari ilə xırda və orta feodallara arxalanırdı. 
Fətəli xanın siyasəti həm də  fеodal ara müharibələrinə nifrət edən oturaq əkinçi  əhali tərəfindən 
müəyyən dərəcədə müdafiə olunurdu. 
Tacirlər də Fətəli xanın belə xarici siyasətinə tərəfdar idilər. Çünki, onlar başa düşürdülər ki, ölkənin 
qüvvətli bir hökmdar hakimiyyəti altında birləşməsi həm daxili, həm də xarici ticarətin inkişafı ücün geniş 
imkan yaradar. 
Bələliklə, XVII əsrin ikinci yarısında  şimali-şərqi Azərbaycan torpaqlarının birləşdirilməsi işində 
Qubalı Fətəli xanın xüsusilə böyük xidmətləri olmuşdur. 
XVIII  əsrin ikinci yarısında feodal müharibələrinin qızğın bir dövründə  və xarici vəziyyətin belə bir 
gərgin vaxtında heç kəs Fətəli xan kimi bu cür qalibiyyət əldə edə bilməzdi. Fətəli xan bu müvəffəqiyyətilərə 
ancaq öz bacarığı, zəkası  və  cəsarəti sayəsində nail ola bilmişdi. Ona görə  də xalqımız onu sevir və adını 
tarixlərlə iftixarla qeyd edir. 
Doğrudur, Fətəli xan Azərbaycanı tam mənası ilə birləşdirə bilmədi, ancaq o, bu işdə ilk dəfə böyük bir 
təşəbbüs göstərdiyindən onun fəaliyyəti mütərəqqi hesab olunur. 
Bəzi tarixçilər onu bir zülmkar kimi qələmə verməyə çalışırlar. Fətəli xan həqiqətən də öz düşmənlərinə 
qarşı  qədar idi. Əgər onda bu sifətlər olmasaydı, onun xanlığı bu qədər geniş sahəyə malik ola bilməz və ya 20 -
yə qədər böyük, xırda feodalları itaətdə saxlamay bilməzdi. 
O, belə hərəkət etməsəydi, xain və hiyləgər düşmənlər onu tezliklə aradan qaldıra bilərdilər. Fətəli xan 
ehtiyatla dolandığından düşmənlərin düzəltdiyi sui-qəsd də baş tutmurdu. 
Fətəli xan bəzi feodal hakimlərdən fərqli olaraq dini məsələlərə fikir vermirdi. O, yəhudi, sünni və şiə 
məzhəblərinə mənsub olanların hamısı bir gözdə görür və akademik Qmelinin yazdığı kimi «sünniləri də şilərəi 
sevdiyi qədər sevir. Hər ikisinə də meyl edir… Fətəli xanın rəftarına görə yaxın tanışlar onun bu məzhəblərə aid 
olan qanunları qəbul etmədiyini təsdiq edirlər».  
 
Fətəli xan Azərbaycan tarixində unudulmaz bir simadır. Azərbaycanın birləşdirməyə  və müstəqil bir 
dövlət yaratmağa təşəbbüs edən  Şirvanşah  İbrahim və  Şah  İsmayıl Səfəvi kimi məşhur dövlət xadimlərinin 
sırasında qubalı Fətəli xanın da adı hörmətlə göstərilir. 
Beləliklə, Fətəli xan Azərbaycanın Dərbənd, Bakı, Salyan, Şəki, Şirvan kimi mahallarını Quba ətrafında 
birləşdirərək möhkəm və vahid bir Azərbacyan dövləti yarada bildi. Bundan başqa vaxtilə Dərbəndə tabe olan 
Müşkür,  Şabran, Beşbarmaq və Qazıqumux və Tabasaran hökmdarları, Talış  və Gilan xanları, Avar, Şamaxı 
feodalları Fətəli xana tabe oldular. 
Cənubi Azərbaycanın Təbriz, Qaraba, və  Ərdəbil kimi qüvvətli xanlıqları, Fətəli xanla hesablaşmalı 
oldular. Beləliklə, Fətəli xan otuz illik mübarizə  nəticəsində  şimal-şərqi Azərbaycan torpaqlarını vahid bir 
dövlət ətrafında birləşdirməyə müvəffəq oldu. 

Yüklə 1,43 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin