proposed a world conference on the nuclear program of Iran
(BMT-nin baş katibi İranın nüvə proqramı ilə əlaqədar dünya
birliyinin konfransının çağırılmasım təklif etdi). Cümləyə diqqət
yetirdikdə məlum olur ki, to call feli proposed a world
conference sözbirləşməsinin alt qatının bir komponentidir, lakin
cümlədə (üst qatda) buraxılmışdır. Bu çatışmazlıq dərhal hiss
edilir və tərcümədə bərpa olunur.
İngilis dilində müəyyən komponentləri buraxılmış söz
birləşmələri çoxdur. Məsələn; pay daim - əmək haqqının
artırılması tələbi, wage strike - əmək haqqının artırılması tələbi
ilə keçirilən tətil, gun license-silah gəzdirmək üçün lisenziya. Bu
cür hallar frazeoloji birləşmələrdə də müşahidə olunur: The milk
is spilt - There is no use crying over the spilt milk; DoiTt trouble
trouble - Don’t tronble trouble until trouble troubles you və s.
LAtilma (omission). Atılma (ixtisar) artırmanın tam əksi- dir.
Atılma iki mənada basa düşülə bilər: semantik cəhətdən artıq,
lüzumsuz {redundant) sözün atılması; etik-əxlaqi mülahizələrə
görə qcyri-senzur sözlərin, parnoqrafık səhnələri təsvir edən
hissələrin ixtisarı. Lüzumsuz sözlərin atılması hədəf dilin
normaları ilə bağlıdır, bu, məxəz dil ilə tərcümə dili müxtəlif
normalar əsasında formalaşdıqda baş verir. Fikrin
41
moxəz dildə necə ifadə edilməsindən asılı olmayaraq, həmin fikir
hədəf dilin normalarına riayət etməklə tərcümə olunmalıdır.
T.Savorinin ‘Tərcümə sənəti” əsərində (The Art of Translation)
göstərilən tezislərdən biri budur ki, tərcümə orijinal kimi
oxunmalıdır, müəyyən məqamlar istisna olmaqla, ədəbi dil
baxımından onun tərcümə əsəri olduğu bilinməməlidir,
tərcümənin dili təbii, anlaşıqlı və səlis olmalıdır (27). Məsələn,
ingilis dilində eyni birləşmədə sinonimlərin işlənməsi (null and
void, just and fair. Just and equitable, by force and violence) adi
haldır. Belə hal Azərbaycan dilində də müşahidə olunur;
göz^l-göyçak, ağdh-kamalh, varlı- karlı, varlı-dövlətli və s.
Tərcümə zamanı hədəf dilin norma- lanna uyğun olaraq belə
sinonimlərdən biri atılır:
The contract was declared null and void - Müqavilə etibarsız
elan edildi; He expected to have a just and equitable treatment -
O, ədalətli rəftar gözləyirdi: He gained his goal by force and
violence - O, zor gücünə öz məqsədinə çatdı. He used force and
violence - O, zor işlətdi.
Etik-əxlaqi mülahizələrə görə ixtisar mədəniyyətlər arasında
fərqi götürür, hədəf mətn oxucusunun maraqlarını daha çox
nəzərə alır və mətni onun səviyyəsi və dünya görüşünə
uyğunlaşdırır. 1875-ci ildə R.Burton Minbir gecə nağıllarını
ingilis dilinə tərcümə etdikdən sonra yazdığı Love, Fancy and
War əsərində özünün tərcümə prinsiplərini şərh edərək yazır ki,
ərəblərdə və ingilislərdə toy mərasimi fərqli şəkildə təsvir edilir.
İngilislərdə yazıçı bəylə gəlini yataq otağına qədər müşayət edir,
ərəblərdə isə yazıçı onlarla otağa daxil olur və tənəzzöh edir.
R.Burton qeyd edir ki, əgər mən ordakı səhnələri olduğu kimi
təsvir etsə idim, onda ingilislərdə ərəblər haqqında
mədəniyyətsiz, vəhşi bir xalq təsəvvürü yaranardı, ona görə də
həmin hissələri tərcümə etmə- dinı.(3)
\/İxtisar (elimination). Məxəz mətndəki semantik cəhətdən
lüzumsuz elementlərin ixtisarı tərcümə mətnində lakoniklik və
yığcamlıq üçün imkan yaradır, tərcümə mətninin həcmi
42
azalır. Çox vaxt ixtisar bir zorurot kimi meydana çıxır, çünki bir
çox hallarda müxtəlif artırmalar, şərhlər, izahlar tərcümə mətninin
həcmini həddindən artıq şişirdir. Bunun qarşısını almaq üçün
mütərcim həmişə hədəf dilin linqvistik və üslubi normaları
çərçivəsində məxəz mətnindəki semantik cəhətdən lüzumsuz,
artıq elementləri ixtisar etməyə çalışır.
İxtisar heç də həmişə nitqdəki lüzumsuz elementlərin atılması
cəhdi ilə bağlı deyil. Bunun üçün başqa səbəblər də ola bilər.
Nitqdə konkret say, çəki, ölçü kimi semantik amillərin
konkretliyinə lüzum olmadıqda bu transformasiya növündən
istifadə olunur.Məsələn: About a gallon of water dripping down
my neck - Su boynumdan sel kimi süzülürdü.
Tərcümə transformasiyaları nəzəri ədəbiyyatda tərcümə
dəyişmələri (translation shifts) kimi də izah edilir. Bu zaman
məxəz mətn invariant (invariant), tərcümə isə variant (variant)
kimi qəbul edilir. Bu o deməkdir ki, tərcümə prosesində baş verən
dəyişikliklər nəticəsində məxəz mətnin variantları yaranır.
Dəyişmələrin məcburi (obligatory) və könüllü (optional) növləri
qeyd olunur. Məcburi dəyişmələr məxəz və hədəf dillər arasında
fərqlər, könüllü dəyişmələr bu iki mətn arasında üslubi, ideoloji
və mədəni fərqlərlə bağlıdır. Tərcümə nəzəriyyəçisi Katford (11)
səviyyə (level) və kateqoriya (category) dəyişmələrindən bəhs
edir. Səviyyə dəyişməsində məxəz dilin bir səviyyədə olan
kateqoriyası hədəf dildə ayrı bir səviyyədəki kateqoriya ilə
əvəzlənir. Kateqoriya dəyişmələrinə isə struktur dəyişmələr
(structure shifts), məsələn, mübtəda-xəbər-tamamhq strukturunun
mübtəda-tamamlıq-xəbər strukturu ilə əvəzlənməsi, vahid (rank,
unit) dəyişmələri, məsələn, bir sözün morfemlə, yaxud bir qrup
sözün bir cümlə (clause) ilə tərcüməsi, sinif (class) dəyişmələri,
məsələn, sifətin isim, yaxud fellə tərcüməsi, termin (intrasystem)
dəyişmələri, sistemin öz daxilində baş verən dəyişmə daxildir. Bu
zaman məxəz və hədəf dillərin sistemləri eyni formal
konstitusiyaya (quruluşa) malik olur.
43
ancaq torcümo iso hədəf dil sistemində uyğun olmayan bir
terminin seçilməsini tələb edir.
Dostları ilə paylaş: |