2. İqtisadi nəzəriyyə yaranana qədərki iqtisadi fikir.
İlk iqtisadi fikirlər hələ iqtisadi nəzəriyyə yaranana qədər, xeyli qədimdə insanların
təsərrüfat fəaliyyəti ilə bağlı baxışlarda özünü göstərir. Aydındır ki, o dövrdə sistemləşdirilmiş
iqtisadi təlimlər mövcud ola bilməzdi. Lakin ayrı-ayrı mütəfəkkirlərin əsərlərinə müəyyən
iqtisadi anlayışlar, bəsit iqtisadi fikirlərə rast olunur. Bu baxımdan qədim şərqdə eramızdan
əvvəl IV-III əsrlərdə Hindistan və Çində müxtəlif ictimai elmlərə aid əsərlərdə bəzi iqtisadi
fikirlər maraq doğurur. O zaman hökmüdarlara dövlətin idarə edilməsi haqqında tövsiyyələr
şəklində yazılmış əsərlərdə var-dövlətin toplanması, xəzinə və vergi, istehsal və ticarət haqqında
baxışlar ilk iqtisadi fikirlərə aid edilə bilər.
İqtisadi fikir sonrakı inkişafını Qədim Yunanıstan və Romada görkəmli filosofların
Ksenefont, Aristotel, Platon, Katonun əsərlərində görmək olar. Bu əsərlərdə mübadilə, ticarət,
qiymət, təsərrüfatın təşkili haqqında dəyərli fikirlər əks olunmuşdur.
İqtisadi nəzəriyyənin bir elm kimi formalaşmasına qədər orta əsrlərdə qədim Şərqin
görkəmli filosları İbn Sina, İbn Xaldun və başqalarının əsərləri
2
xüsusilə qeyd edilməlidir. Həm Avropada, həm də şərqdə dini təlimlərdə, müqəddəs kitablarda
mövcud olan iqtisadi deyimlərdə iqtisadi fikirlərin inkişafında mühüm rol oynamışdır.
XV-XVII əsrlərdə Avropada kapitalizmin yaranması ilə təsərrüfatda baş verən yeniliklər o
zamanın iqtisadi fikrinin inkişafına təkan verdi. İqtisadi biliklərin sistemləşdirilməsinə təşəbbüs
göstərən merkantilist və fizokratlar məktəblərinin yaranması və inkişafı sonralar klassik siyasi
iqtisadın nümayəndələri A.Smit və D.Rikardonun əsərlərində iqtisad elminin formalaşmasına
səbəb oldu.
Dostları ilə paylaş: |