İqtisadiyyata giriş fənni üzrə suallar və cavablar


 İqtisadi nəzəriyyənin vəzifələri



Yüklə 0,51 Mb.
Pdf görüntüsü
səhifə9/26
tarix02.01.2022
ölçüsü0,51 Mb.
#40349
1   ...   5   6   7   8   9   10   11   12   ...   26
IQTiSADI-NAZARIYYA-2

4. İqtisadi nəzəriyyənin vəzifələri. 

 

Bütün digər elmlər kimi iqtisadi nəzəriyyə də  müəyyən vəzifələr  yerinə  yetirir. Bunlardan 

ən mühümlüsü iqtisadi hadisə və prosesləri tədqiq etmək və onların mahiyyətini izah etməkdir. 

İqtisadi  nəzəriyyənin  digər  vəzifəsi  digər  iqtisadi  elmlər  üçün  metodoloji  əsas  olmaqdan 

ibarətdir. Belə ki, iqtisadi nəzəriyyə nəzəri, metodoloji elm  olmaqla iqtisadi hadisə və prosesləri 

tədqiq  edir,  onların  mahiyyətini  aşkar  edir.  Digər  iqtisadi  elmlər  isə  həmin  hadisənin  öz 

sahələrində  təzahür  xüsusiyyətlərini  araşdırırlar.  Məsələn,  iqtisadi  nəzəriyyə  ümumi  iqtisadi 

qanun olan  əmək məhsuldarlığının mahiyyətini, artırılması amillərini nəzəri  cəhətdən öyrəndiyi  

halda  sahə  iqtisadi  elmləri  bu  qanunun  öz  sahələrində  (sənaye,  kənd 



 

təsərrüfatı,  tikinti  və  s.)  təzahürlərini  öyrənirlər.  Məlum  məsələdir  ki,  iqtisadiyyatın  müxtəlif 



sahələrində əmək məhsuldarlığı amilləri xeyli müxtəlifdir. 

İqtisadi nəzəriyyənin mühüm vəzifələrindən biri də cəmiyyət üzvlərində, daha doğrusu onu 

öyrənənlərdə  iqtisadi  təfəkkürü  formalaşdırmaqdır.  İqtisadi  təfəkkür  dedikdə  cəmiyyət 

üzvlərində  iqtisadi  hadisələr  haqqında  müəyyən  təsəvvürlərin  biliklərin  olması  və 

fəaliyyətlərində  onlardan  istifadə  etməsidir.  İqtisadi  təfəkkür  istehsal  mədəniyyəti,  istehlak 

mədəniyyəti, ekoloji mədəniyyət, vergi mədəniyyətini özündə birləşdirir. 

İqtisadi  nəzəriyyə  cəmiyyət  üzvlərində  iqtisadi  təfəkkürün  formalaşdırmaqla  iqtisadiyyat 

qarşısında duran əsas məsələni, vəzifəni  daha dolğun  yerinə  yetirməyə imkan  yaradır. Belə ki, 

yalnız  milyon  və  on  milyonlar  iqtisadi  biliklərə  yiyələndikdə  onlar  məhsuldar  qüvvəyə 

çevrilərlər. 

 


Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin