Qaydalar ümumi MÜDDƏalar



Yüklə 0,61 Mb.
Pdf görüntüsü
səhifə2/17
tarix02.01.2022
ölçüsü0,61 Mb.
#40422
növüQaydalar
1   2   3   4   5   6   7   8   9   ...   17
Plagiat-qaydalar

 

2.MƏQSƏD:  -  Antiplagiat  sisteminin  əsas  məqsədi  buraxılış  işlərinin,  magistr  və  doktorluq 

dissertasiyalarının,  həmçinin  tədris  vəsaitlərinin,  məqalələrin  və  monoqrafiyaların  oxşarlığının 

yoxlanılmasını təşkil etməkdir. 

 

3. ANTİPLAGİAT SİSTEMİNİN ƏSAS TƏLƏBLƏRİ 

 

Antiplagiat sistemində istifadəçilər üçün elektron ünvanlar yaradılır və fərdi hesablar açılır.  

2. Antiplagiat sistemində istifadəçilər (bakalavr, magistr və doktorantlar) üçün açılan fərdi hesablar 

universiteti bitirdikdən sonra bağlanır. 

3.  Antiplagiat  sistemi  tərəfindən  diplom  və  ya  dissertasiya  işinin  yoxlanmasından  öncə  istifadəçi 

StrikePlagiarism Antiplagiat İnternet-Sistemində fərdi hesabını aktivləşdirir. 

4.  İstifadəçinin  Antiplagiat  sistemində  fərdi  hesabını  aktivləşdirmək  üçün  universitetin  serverində 

elektron  poçt  ünvanına  göndərilən  istifadəçi  adını  (login)  və  parolunu  istifadə  edərək 

www.strikeplagiarism.com və ya www.plagiat.pl saytına daxil olmalı və sisteminə şəxsi məlumatları 

daxil etməlidir. 

5. Universitetin serverində yaradılmış elektron poçt ünvanlarını istifadə etməyən istifadəçilər öz fərdi 

hesablarını universitetin veb-saytında  

aktivləşdirməlidirlər.  İstifadəçinin  elektron  poçt  ünvanının  fərdi  hesabının  aktiv  edilməsi  yalnız 

universitetdə mümkündür. 

6.Diplom, dissertasiya  və  ya tədris vəsaitləri  yalnız  Antiplagiat İnternet-Sisteminin  müvafiq  bazası 

əsasında universitetdə istifadə olunan versiya tərəfindən yoxlanıla bilər.  

7. Kompüter çap materialının mətni elektron variantının mətni ilə eyni olmalıdır. 

8.  Antiplagiat  sisteminə  yüklənən  mətnin  bilərəkdən  təhrif  olunmasına,  işin  yüklənilməsi  zamanı 

mətnin  hər  hansı  bir  hissəsinin  buraxılmasına,  şriftin  bilərəkdən  dəyişdirilməsinə,  digər  əlifba 

işarələrinin  istifadə  olunmasına,  xüsusi  işarələrin  əlavə  olunmasına,  sözlərdə  işarələrin  sırasının 

dəyişdirilməsinə, mətndə olan bir sıra işarələrin buraxılmasına və s. görə istifadəçi bir başa intizam 

məsuliyyəti daşıyır. 





Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin