Qaydalar ümumi MÜDDƏalar


ANTİPLAGİAT SİSTEMİ ÜZRƏ QAYDALAR



Yüklə 0,61 Mb.
Pdf görüntüsü
səhifə4/17
tarix02.01.2022
ölçüsü0,61 Mb.
#40422
növüQaydalar
1   2   3   4   5   6   7   8   9   ...   17
Plagiat-qaydalar

 

ANTİPLAGİAT SİSTEMİ ÜZRƏ QAYDALAR 

 

 



  Birinci mərhələdə oxşarlıq əmsalları təyin olunan səviyyədən yuxarı olduğu halda müdafiəyə 

buraxılarsa, Səlahiyyətli Komissiyanın əsaslandırmış protokolunun (3 nüsxədə) mövcudluğu 

vacibdir. 

 

Sistemin Operatoru elmi işinin qiymətləndirməsini yerinə yetirmir. Komissiya üzvləri Oxşarlıq 



Hesabatını və Elmi İşini yoxlayıb qiymətləndirirlər. 

5. OXŞARLIQ HESABATLARINDA UNİVERSİTETİN MÜƏYYƏN ETDİYİ LİMİT 

HƏDDİ  

 

5.1. Diplom işləri, dissertasiyalar, elmi məqalələr və tədris vəsaitlərində (Proqram, metodiki göstəriş, 

dərs vəsaitləri, dərslik və monoqrafiyalar) müəyyən edilən oxşarlıq limiti aşağıdakı kimidir: 

 



I Oxşarlıq Əmsalı 50%-dən çox olmamalıdır;  

 



II Oxşarlıq Əmsalı 5%-dən çox olmamalıdır.  

5.1.1  Yoxlanılmış  bakalavr  buraxılış  işi  və  magistr  dissertasiyalarında  oxşarlıq  həddi  təyin 

olunmuş  limit  həddindən  yüksək  olarsa,  təhsil  alana  icazə  verilir  ki,  bir  ay  ərzində  dissertasiya  işi 

üzərində düzəlişlər edərək dissertasiya və diplom işini təkrar sistemdə yoxlasın. İkinci yoxlamada da 

oxşarlıq həddi yenidən limitdən çox olarsa işin müdafiəsi növbəti semestrə saxlanılır. 

5.1.2 Əgər qiymətləndirmə nəticəsində təqdim olunan diplom işləri, dissertasiyalarda plagiat 

faktları yoxdursa və ancaq sitatların miqdarı elmi işin 30%-dan artıqdırsa, bu işin orijinallıq dərəcəsi 

aşağıdır – bu elmi iş müdafiəyə buraxılmır və Sistemin Məlumatlar Bazasına əlavə edilmir. Bu halda 

tələbə elmi rəhbəri ilə məsləhətləşməli, elmi işi üzərində  1 (bir) ay ərzində dəyişiklik aparmalı və elmi 

işini yenidən antiplagiat yoxlamasına təqdim etməlidir. 

 

5.1.3 



Yoxlanılmış bakalavr buraxılış işi və dissertasiyalarında oxşarlıq əmsalı 50%-dən çox, II 

Oxşarlıq Əmsalı 10%-a qədər olarsa iddiaçı 15-30 gün ərzində, II oxşarlıq əmsalı 10%-dən çox olarsa 

1 ay ərzində dəyişiklik aparmalı və elmi işini yenidən antiplagiat yoxlamasına təqdim etməlidir. 

5.1.4 Elmi rəhbərin (məsləhətçinin) bir ildə  birdən artıq, yaxud iki il ardıcıl olaraq rəhbərlik 

etdiyi tələbələrin işində plagiat faktı aşkarlanarsa -növbəti il onun elmi rəhbərliyi (passiv dərs saatı) 

aktiv dərs saatı ilə əvəz edilməsi tövsiyyə edilir. 

5.2  Yoxlanılmış  elmi  məqalələr  və  tədris  vəsaitlərində  (Proqram,  metodiki  göstəriş,  dərs  vəsaitləri, 

dərslik və monoqrafiyalar) müəyyən edilən oxşarlıq limiti aşağıdakı kimidir:  

  Fənn  proqramları  üzrə:-I  Oxşarlıq  Əmsalı  50%-dən  çox,  II  Oxşarlıq  Əmsalı  10%-dən  çox 



olmamalıdır; 

  Dərsliklər üzrə:- I Oxşarlıq Əmsalı 50%-dən çox II Oxşarlıq Əmsalı 10%-dən çox olmamalıdır; 



  Dərs  vəsaitləri  üzrə:  I  Oxşarlıq  Əmsalı  50%-dən  çox  II  Oxşarlıq  Əmsalı  7%-dən  çox 

olmamalıdır; 

  Dissertasiyalar  (Bakalavr)üzrə:  I  Oxşarlıq  Əmsalı  50%-dən  çox  II  Oxşarlıq  Əmsalı  7%-dən 



çox olmamalıdır;  

  Dissertasiyalar (Magistr)üzrə: I Oxşarlıq Əmsalı 50%-dən çox II Oxşarlıq Əmsalı 4%-dən çox 



olmamalıdır;  

  Dissertasiyalar (Fəlsəfə və elmlər doktoru)üzrə: I Oxşarlıq Əmsalı 50%-dən çox  II Oxşarlıq 



Əmsalı 4%-dən çox olmamalıdır;  

  Metodiki  göstərişlər  üzrə:  I  Oxşarlıq  Əmsalı  50%-dən  çox  II  Oxşarlıq  Əmsalı  4%-dən  çox 



olmamalıdır; 

  Məqalələr üzrə:- I Oxşarlıq Əmsalı 50%-dən çox II Oxşarlıq Əmsalı 4%-dən çox olmamalıdır; 





Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin