ANTİPLAGİAT SİSTEMİ ÜZRƏ QAYDALAR
Birinci mərhələdə oxşarlıq əmsalları təyin olunan səviyyədən yuxarı olduğu halda müdafiəyə
buraxılarsa, Səlahiyyətli Komissiyanın əsaslandırmış protokolunun (3 nüsxədə) mövcudluğu
vacibdir.
Sistemin Operatoru elmi işinin qiymətləndirməsini yerinə yetirmir. Komissiya üzvləri Oxşarlıq
Hesabatını və Elmi İşini yoxlayıb qiymətləndirirlər.
5. OXŞARLIQ HESABATLARINDA UNİVERSİTETİN MÜƏYYƏN ETDİYİ LİMİT
HƏDDİ
5.1. Diplom işləri, dissertasiyalar, elmi məqalələr və tədris vəsaitlərində (Proqram, metodiki göstəriş,
dərs vəsaitləri, dərslik və monoqrafiyalar) müəyyən edilən oxşarlıq limiti aşağıdakı kimidir:
I Oxşarlıq Əmsalı 50%-dən çox olmamalıdır;
II Oxşarlıq Əmsalı 5%-dən çox olmamalıdır.
5.1.1 Yoxlanılmış bakalavr buraxılış işi və magistr dissertasiyalarında oxşarlıq həddi təyin
olunmuş limit həddindən yüksək olarsa, təhsil alana icazə verilir ki, bir ay ərzində dissertasiya işi
üzərində düzəlişlər edərək dissertasiya və diplom işini təkrar sistemdə yoxlasın. İkinci yoxlamada da
oxşarlıq həddi yenidən limitdən çox olarsa işin müdafiəsi növbəti semestrə saxlanılır.
5.1.2 Əgər qiymətləndirmə nəticəsində təqdim olunan diplom işləri, dissertasiyalarda plagiat
faktları yoxdursa və ancaq sitatların miqdarı elmi işin 30%-dan artıqdırsa, bu işin orijinallıq dərəcəsi
aşağıdır – bu elmi iş müdafiəyə buraxılmır və Sistemin Məlumatlar Bazasına əlavə edilmir. Bu halda
tələbə elmi rəhbəri ilə məsləhətləşməli, elmi işi üzərində 1 (bir) ay ərzində dəyişiklik aparmalı və elmi
işini yenidən antiplagiat yoxlamasına təqdim etməlidir.
5.1.3
Yoxlanılmış bakalavr buraxılış işi və dissertasiyalarında oxşarlıq əmsalı 50%-dən çox, II
Oxşarlıq Əmsalı 10%-a qədər olarsa iddiaçı 15-30 gün ərzində, II oxşarlıq əmsalı 10%-dən çox olarsa
1 ay ərzində dəyişiklik aparmalı və elmi işini yenidən antiplagiat yoxlamasına təqdim etməlidir.
5.1.4 Elmi rəhbərin (məsləhətçinin) bir ildə birdən artıq, yaxud iki il ardıcıl olaraq rəhbərlik
etdiyi tələbələrin işində plagiat faktı aşkarlanarsa -növbəti il onun elmi rəhbərliyi (passiv dərs saatı)
aktiv dərs saatı ilə əvəz edilməsi tövsiyyə edilir.
5.2 Yoxlanılmış elmi məqalələr və tədris vəsaitlərində (Proqram, metodiki göstəriş, dərs vəsaitləri,
dərslik və monoqrafiyalar) müəyyən edilən oxşarlıq limiti aşağıdakı kimidir:
Fənn proqramları üzrə:-I Oxşarlıq Əmsalı 50%-dən çox, II Oxşarlıq Əmsalı 10%-dən çox
olmamalıdır;
Dərsliklər üzrə:- I Oxşarlıq Əmsalı 50%-dən çox II Oxşarlıq Əmsalı 10%-dən çox olmamalıdır;
Dərs vəsaitləri üzrə: I Oxşarlıq Əmsalı 50%-dən çox II Oxşarlıq Əmsalı 7%-dən çox
olmamalıdır;
Dissertasiyalar (Bakalavr)üzrə: I Oxşarlıq Əmsalı 50%-dən çox II Oxşarlıq Əmsalı 7%-dən
çox olmamalıdır;
Dissertasiyalar (Magistr)üzrə: I Oxşarlıq Əmsalı 50%-dən çox II Oxşarlıq Əmsalı 4%-dən çox
olmamalıdır;
Dissertasiyalar (Fəlsəfə və elmlər doktoru)üzrə: I Oxşarlıq Əmsalı 50%-dən çox II Oxşarlıq
Əmsalı 4%-dən çox olmamalıdır;
Metodiki göstərişlər üzrə: I Oxşarlıq Əmsalı 50%-dən çox II Oxşarlıq Əmsalı 4%-dən çox
olmamalıdır;
Məqalələr üzrə:- I Oxşarlıq Əmsalı 50%-dən çox II Oxşarlıq Əmsalı 4%-dən çox olmamalıdır;
|