MəHƏRRƏm hüseynov poetik frazeologiYA



Yüklə 0,93 Mb.
Pdf görüntüsü
səhifə27/68
tarix02.01.2022
ölçüsü0,93 Mb.
#40440
1   ...   23   24   25   26   27   28   29   30   ...   68
frazeoloji

 
Qış vaxtı dənizdə üzmək asandır, 
Soyunub geyinm
ək bir azca çətin. 
Yen
ə vurçatlasın, yenə tufandır, 
Ayıq ol köynəyin bada getməsin. 
 
...Yoxsa düym
ələmək çətinmi? Nə qəm, 
Hovxur, t
əp ağzına barmaqlarını (95, 15). 
 
Özümd
ən çıxıram, hirslənirəm, 
Özümd
ən qırağa çıxa bilmirəm (75, 169). 
 
Forma  c
əhətdən  şeir  dilində  bir  özünəməxsusluq  da  ondan 
ibar
ətdir ki, frazeoloji birləşmələrin işlənmə tezliyi və yaratdığı 
b
ədii-estetik  ovqat  xalq  dili  zəminində  durur.  Onlar  şair 
t
ərəfindən  yeni  poetik  fikir  söyləmə  cəhdi  ilə  birləşəndə  daha 
güclü  üslubi  maraq 
doğurur. Bədii niyyətin təəssüratı frazeoloji 
birl
əşmələrin  yatımındakı  təravətdən  törəyir.  Frazeoloji 
t
ərkiblərin  asanlıqla  çatdırdığı  poetik  niyyət  ümumi  mətn 
mühitinin m
əntiqi yekunu kimi meydana çıxır və şeirin mənalar 
poeziyasına çevrilməsində sabit söz birləşmələri səciyyəvi üslubi 
əlamət və cizgilər kəsb edir. 
B
ədii  həqiqətin  poetik  təsdiqinə  yönəldilən  frazeoloji  dil 
materialları şeir dilində dinamik səcyyə daşıdığı üçündür ki, şeir 
poetikasının  qaynaqlarında,  bədiilik  sirlərinin  təzahüründə 
m
ərkəzi  yer  tutur.  Folklor  poetikası  ilə  səslənmə  məziyyəti  də 
şeirin dilinə xüsusi doğmalıq gətirir. Əslər boyu davam edən və 
z
əngin  üslubi  təcrübəsi  ilə  heyrət  doğuran  bu  ənənəni  1960-


          
 
 
71 
1980-ci  ill
ər  Azərbaycan  şeiri  xüsusi  həssaslıqla  davam 
etdirmişdir. 
1960-1980-ci  ill
ər mərhələsində poeziya dilinin ən mühüm 
əlamətləri  sırasında  duran  cəhətlərdən  biri  də  şeirin  danışıq 
dilinin  bütün 
qanunlarını, xüsusilə obrazlı mahiyyəti ilə seçilən 
keyfiyy
ətli formalarını əxz edilməsidir. Poetik hərarət və təravəti 
leksik vahidl
ərin obrazlı ekvivalentinin – frazeoloji birləşmələrin 
t
əcəssüm etdirməsi uğurlu təşəbbüsdür. Buna əsas verən amil isə 
sabit söz birl
əşmələrinin lirik inikas qabiliyyətidir. 
Frazeoloji  birl
əşmələrin  ifadəlilik  imkanlarında  dərin  lirik 
vüs
ət  hakimdir.  Anlaşıqlı  gözəl  üslubun,  sadə  və  aydın  poetik 
dilin  bir  m
əziyyət  kimi  diqqəti  cəlb  etməsində  idiom  və 
ibar
ələrin  işləklik  dərəcəsindəki  intensivlik  də  təsirli  rol 
oynamışdır.  Deyim  təzəliyinə  nail  olmaqda  frazeoloji 
materialların fəallığı aparıcı mövqeyə yiyələnmişdir. 1960-1980-
ci  ill
ər  poeziyası  qüvvətli  impulsu  və  ritmi  məhz  frazeoloji 
birl
əşmələrin  işlənmə  tezliyində  tapdı.  Şeir  poetikasının  zəngin 
qida m
ənbələrindən biri kimi çıxış edib poeziyamıza şifahi xalq 
ədəbiyyatının ətrini gətirdi. 
 
Xalq var özü odsuz, 
ocaqsız qalır, 
Odundan 
qonşuya pay verir özü. 
Xalq da var, o odu 
əvəzsiz alır, 
Qonşu torpağına tikilir gözü (102, 19). 
 
Gerç
ək eşqiylə coşub dilçələcək şairlər, 
Yalanın ömrü gödəkdir, əruzun ömrü uzun. 
 
 
 
 
 
 
(108, 76) 
 
Bütün g
əncəlilər yüz illər boyu 
Qılınctək qələmi qoşa gəzdirib. 
Biri 
daş qoyanda, biri baş qoyub, 
Gücünü 
yağıya, yada göstərib (53, 165). 
 


          
 
 
72 
Frazeoloji  birl
əşmələrdəki  hazır  poetik  obrazlar  öz  söz 
əhatəsinə  estetik  müəyyənlik  gətirir.  Dilin  zəngin  vokal 
imkanları  da  frazeoloji  birləşmələri  bədii  təsvir  vasitələrinin 
m
ərkəzi  fiquruna  çevirir.  Onların  üslubi  müəyyənliyi  həm 
t
ərkibindəki  leksik  tərkibin  milli  mənsubiyyətini  qabardır,  həm 
d
ə onda əks olunan koloritli ifadə formasında özünü büruzə verir. 
Frazeologiya 
şeiri qəliz ifadələrdən, gərəksiz söz oyunundan 
hifz  edir  v
ə şeirin dilini daha da xəlqiləşdirir. Xalq dilinin həm 
lüğət tərkibini, həm də qrammatik quruluşunu bütün dolğunluğu 
il
ə əksetdirmə xüsusiyyəti frazeoloji materiallarda daha qabarıq 
şəkildə özünü göstərir. 
Şeir  dili  konstruksiyalarının  şair  tərəfindən  fəallaşdırılması 
m
əqamlarında  frazeoloji  birləşmələr  keyfiyyətcə  yeni  ideya-
estetik  xüsusiyy
ətlərlə  zənginləşir,  obrazlar  aləminin  lirik 
inkikasında  müstəsna  rol  oynayır:  oxucunun  şüuruna  və 
duyğularına bədii təsir imkanlarını artırır. 
Şairin  ideya-estetik  istiqamət  və  mahiyyəti  frazeoloji 
vahidl
ərin də şairin bədii niyyətinin reallaşdırılmasında iştirakını 
t
əmin  edir.  Estetik  tutumunun  əhatəliliyi  frazeologiyaya  imkan 
verir  ki,  misralarda  üslubi 
dolğunluq  yaradıb  şeirin  məntiqini, 
poetik pafosunu 
açsın. 
Sözün 
obrazlı  ekvivalenti  olmaq  və  yaratdığı  mətn 
şəraitindən  güclü  poetik  enerji  kəsb  etmək  frazeoloji 
birl
əşmələrin ən vacib fərqləndirici xüsusiyyətlərindəndir. Odur 
ki,  müasir  t
əfəkkür  sahibi  olan  şairin  qələmindən  süzülən, 
zamanın  ictimai  sifarişi  ilə  yazılan  şeirlərin  dil  mənzərəsində 
frazeoloji  materiallar  daim 
işlək vəziyyətdə olub təbii nitq faktı 
kimi  görünür,  poetikliyi v
ə şirinliyi ilə seçilir, mükəmməllik və 
emosionallığına  görə  bədii  ovqat  formalaşdırmağa  qadir  olur. 
M
əsələn, X.Rzanın «Xeyirxah rolunda» adlı şeirdə canlı danışıq 
frazeologiyası  bədii  təəssüratın  gücləndirilməsində  olduqca 
f
əaldır. 

Yüklə 0,93 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin