rənginin formasının insana necə təsir edəcəyini söyləmək olmur, hansı ki bunlar bu
və ya digər malin alınması haqqında qərarın verilməsinə çox təsir edən amillərdir.
27
Ekoloji tələblər dedikdə qablaşdırıcıların istehsalı, daşınması, saxlanması,
istismarı və hətta funksional istifadəsindən sonra belə ətraf mühitə zərərli təsirlərinin
olmaması nəzərdə tutulur. Ətraf mühit üçün mütləq təhlükəsiz olan qablaşdırıcı
material demək olar ki, yoxdur. Belə ki, bütövlükdə qablaşdırıcıların istehsalı və
tullantıları bu və ya digər dərəcədə ətraf mühiti çirkləndirir. Bu baximdan polimer
taralar daha aşağı göstəricilərə malikdir. Belə ki, bunlar əsasən yandırılmaqla məhv
edilir ki, bu da atmosferə zərərli birləşmələrin ayrılmasına səbəb olur. Əgər taralar
təkrar istifadəyə yaralıdırsa və yaxud təkrar emal edilə bilirsə bu zaman onların
ekoloji xassələri də yüksək olacaqdır.
Təhlükəsizlik tələbləri qablaşdırmanın keyfiyyəti müəyyən edilən zaman əsas
götürülür, bu isə öz növbəsində qablaşdırmadan istifadə zamanı insanların
təhlükəsizliyini təmin etmiş olur.
Bundan əlavə tara və qablaşdırmalara qoyulan tələblər içərisində iqtisadi
səmərəliliyə qoyulan tələbləri də qeyd etmək lazımdır ki, bu da onların maya dəyəri,
istismar xərcləri və məhv edilməsinə çəkilən xərclərlə bağlıdır. Qablaşdırmanın maya
dəyəri tətbiq edilən materialdan, həmçinin istehsal texnologiyasından asılıdır.
Müxtəlif növ qablaşdırmanın iqtisadi səmərəliliyieyni deyildir və qablaşdırılan
əmtəələrin xassələri ilə qirilmaz bağlıdır. Müxtəlif mal qrupları üçün yüksək
səmərəlilik daşiyan eyni bir qablaşdırma növünün müəyyən edilməsi mümkün
deyildir.
Tara və qablaşdırmanın xassələri genişdir və qabladırmanın özünün xüsusiy-
yətindən, həm də qablaşdırılan malın xüsusiyyətindən birbaşa asılıdır. Bütövlükdə
tara və qablaşdırmanın xassələrini onların keyfiyyətinə qoyulan tələblərdən çıxış
edərək nəzərdən keçirmək lazımdır.
Polimer qablaşdırıcı materialların keyfiyyətinə qoyulan funksional tələbləri
təmin edən aşağıdakı xassələri aid etmək olar (şəkil 1.3):