lanması zamanı deformasiyalara davam gətirmək qabliyyətini xarakterizə edir. Həm
Birinci halda sınaqlar tutumu 0,5 l-ə yaxın olan slindrik formalrda (silindrik
forma asan deformasiya olunur) aparılır. Yaxud da yoxlanılan tara nümunəsi
32
məhsulla doldurularaq yük təsir etmədən təminat verilən müddətdə otaq şəraitində
saxlanılır.
Statik yük altında sınaqlar bir qayda olaraq sınaqdan keçirilən tara nümunəsində
aparılır. Sınaqların aparılması üçün divarının qalınlığı müxtəlif olan taralar hazırlanır.
Məsələn, taranın cod poliyinilxlorid və ya polistiroldan hazırlanması zamanı minimal
qalınlıq 100 mkm-dən, polietilen PVX əsalı plastikat kimi daha elastik materiallarda
qalınlıq 500 mkm-dən başlayaraq seçilir. Nümunələr məhsulla doldurulur, hermetik
olaraq bağlanır və nəqliyyat tarasına yığılır. Iki və üçsıralı yığılma zamanı karton
aralıqlardan istifadə olunur. Tara yeşiyin üzərində yük plitələri qoyulur ki, bunların
da kütləsi yeçiklərin anbarlaşdırılmasında tətbiq olunan ştabellərin kütləsinə
ekvivalent olaraq götürülür. Sınaqlar üç nümunədən az olmayaraq aparılmalıdır.
Nümunələrə baxış qablaşdırılan məhsula verilən təminat müddətində ayda 1-2 dəfə
olmaqla keçirilir. Əgər nümunədə dönməyən deformasiya, mikroçartlar, qatlar, və s.
kimi nöqsanlar müşahidə olunmazsa sınaqdan keçirilən tara davamlı hesab edilir.
Dostları ilə paylaş: