Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti «magistratura məRKƏZİ»


Yuyulan  maddələrin  miqdarının  təyini



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə38/61
tarix02.01.2022
ölçüsü1,37 Mb.
#40669
1   ...   34   35   36   37   38   39   40   41   ...   61
S-f-rov-H-mid

Yuyulan  maddələrin  miqdarının  təyini.  Taraların  keyfiyyətinin  qiymətlən-

dirilməsi  zamanı  tərkibdən  ayrılan  maddələrin  miqdarının  təyin  olunmasımühüm 

əhəmiyyət kəsb edir. Belə ki, polimerin tərkibindən miqrasiya edən bir-sıra maddələr 

qablaşdırılan  məhsulların  və  havanın  tərkibinə  keçməklə  insan  həyatı  üçün  təhlükə 




37 

 

tərədə  bilər.  Buna  görə  də  səhiyyə  təşkilatları  yərəfindən  polimer  materiallar  üçün 



tərkibdən ayrıla bilən uyğun monomerlərin, stablizatorların, rəngləyicilərin və digər 

kim yəvi maddələrin konsentrasiyasının yol verilən həddi müəyyənləşdirilir.  

Tərkibdən  ayrılan  bir  sıra  maddələrin  miqdarını  təyin  etmək  üçün  standart 

metodikalar  mövcuddur.  Məsələn,  QOST  11544üzrə  polistirol  materialında  stirol 

monomerlərinin  miqdarı,  QOST  11237  üzrə  fenolformaldehid  qətranlarının  tərki-

bində fenol monomerinin miqdarı reqlamentləşdirilir və s.  

Yeyinti  məhsulları  tərəfindən  udulan  çox  az  miqdarda  kimyəvi  konseregen 

maddələrin  identifikasiyası  və  miqdarca  təyini  üsulları  çox  maraq  doğurur.  Bu 

məqsədlə  kimyəvi  analizin  çox  incə  alət  metodlarından  istiofadə  edilir.  Məsələn, 

polimer qablaşdırıcı materialda 3,4 benzpren kimi və digər tərəmə çoxhalqalı karbo-

hidrogenlərin miqdarını təyin etmək üçün lyuminesensiyalı analizdən istifadə edilir. 

Bundan  başqa  Moskvanın  aparıcı  Elmi  Tədqiqat  İnstitutları  tərəfindən  qaz-maye 

xromotoqrafiyası  vasitəsilə  polivinilxlorid  əsaslı  qablaşdırıcı  materialdan  məhsulun 

tərkibinə  ayrılaraq  keçə  bilən  az  miqdarda  (mq/kq)  vinilxlorid  monomerinin  təyin 

olunması  metodu  işlənib  hazırlanmışdır.  Qablaşdırıcı  materialdan  məhsulların 

tərkibinə keçən az miqdarda kimyəvi maddələrin təyin olunmasında daha perspektivli 

üsul xromotoqrafiya və kütlə spektrometriya üsulları sayılır.  

 


Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin