Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti «magistratura məRKƏZİ»



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə35/61
tarix02.01.2022
ölçüsü1,37 Mb.
#40669
1   ...   31   32   33   34   35   36   37   38   ...   61
S-f-rov-H-mid

Taraların hermetikliyinin təyiniTaraların hermetikliyi onlarda əlavə təzyiqin 

yaradılması  ilə  yoxlanılır  (QOST  17000).  Bunun  üçün  taranın  boğaz  hissəsi  hava 

daxil edilmək məqsədilə borucuqlu qapaqla kip bağlanır, suda yerləşdirilir və 20kPa-

a  yaxın  əlavə  təzyiq  yaradılır.  Hava  qabarcıqlarının  yaranması  taranın  qeyri-

hermetikliyinə  dəlalət  edir.  Xarici  ölklərdə  taraların  hermetikliyinin  suda 

yerləşdirmədən  yoxlanılması  üçün  xüsusi  avtomatlar  işlənib  hazırlanmışdır.  Bu 

zaman hermetikliyin pozulması təzyiqin kəskin düşməsinə əsasən təyin edilir.  

Başqa bir metodika üzrə sınaq zamanı isə taralar həcminin 0,9 hissəsi qədər su 

ilə doldurulur, kip bağlanır, bir-birindən 100mm məsafədə üfiqi vəziyyətdə düzülür. 

Üst hissədə isəuzunluğu 550 mm, eni 70 mm olan  ağac palanka qoyulur ki, bunun 

üzərinə  də  10  kq  kütləli  yük  yerləşdirilir.  Taralar  bu  vəziyyətdə  5  dəqiqə  ərzində 

saxlanılır.  Əgər  sınaq  zamanı  su  axması  müşahidə  edilmirsə,  sınaqdan  keçirilən 

taralar hermetik hesab edilir.  

Moskva  Elmi  Tədqiqat  Kimya  İnstitutu  tərəfindən  taraların  hermetikliyinin 

vakuumm  altında  yoxlanılması  metodikası  işlənib hazırlanmışdır.  Sınaq üçün şəffaf 

plastik  kütlədən  hazırlanan,  divarının  qalınlığı  4-5mm  olan,  25-40  Pa  vakuum 

yaratmağa  imkan  verən  silindirdən  istifadə  olunur.  Silindrin  mərkəzində  iki 



35 

 

plastinkalı  mil  yerləşdirilir.  Aşağı  plastinkasilindrin  dibindən  30-40  mm  məsafədə 



bərkidilir,  yuxarı  plastinka  isə  sərbəst  hərəkət  etdirilə  bilir.  Silindir  həcminin  0,5 

hissəsi  qədər  su  ilə  doldurulur.  Sınaqdan  keçirilən  tara  iki  plastinka  arasında  elə 

yerləşdirilir  ki  o  tamamilə  suyun  içərisiində  ola  bilsin.  Bundan  sonra  silindirdə  5-7 

dəqiqə ərzində 13,3 Pa vakuum yaratmaqla tara 1 dəqiqə saxlanılır. Silindirdə hava 

qabarcıqları  yaranan  zaman  tara  daha  3-5  dəqiqə  saxlanılır.bundan  sonra  vakuum  

götürülür.  Tara  o  zaman  hermetik  hesab  edilir  ki,  vakuumlaşdırmadan  sonra  onun 

üzərində bir damcı belə su olmasın.  


Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin