Dartılan və termiki yığılan plyonkalar. Yuxarıda qeyd olunduğu kimi dartılan
və termiki yığılan plyonkaların istehsalı polietile sənayesinin ən sürətlə inkişaf edən
sahəsidir.
Cırılmaya və deşilməyə qarşı yüksək davamlılıq, yaxşı elastiklik, yüksək nisbi
uzanma dartılan (streyç) plyonkaların üstün cəhətləridir. Bu plyonkalar qaldırıçılarda
(rəflərdə) olan yüklərin qablaşdırılmasında, həmçinin yeyinti məhsullarının( yeyinti
məhsulları təyinatlı plyonkalar) qablaşdırılmasında öz geniş tətbiqini tapmışdır. Ağır
inşaat materiallarının, məsələn metalkeramika qablaşdırılmasında istifadə olunan
plyonkaların möhkəmliyi xüsusi əhəmiyyət kəsb edir. yüklərin sarınmasında
plyonkanın yığılması(qısaldılması)üçün termokameralara ehtiyacın olmaması dartılan
(stric) plyonkaların əsas üstün cəhətidir.
Plyonka polietilen polimerlərinin hazırlanma texnologiyasına qoyulan tələbləri
aşağıdakı kimi ifadə etmək olar: plyonkanın bütün xarakteristikalarını saxlamaqla
qalınlığını azaltmaq; LLDPE və LDPEmarkalı plyonkaların emalının yaxşılaşdırıl-
ması; müsbət xarakteristikaların optimal məcmuusuna malik plyonkaların alınması.
Dostları ilə paylaş: |