Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti «magistratura məRKƏZİ»



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə55/61
tarix02.01.2022
ölçüsü1,37 Mb.
#40669
1   ...   51   52   53   54   55   56   57   58   ...   61
S-f-rov-H-mid

Alınma üsulları. Polietilen plyonkalar ekstruziya üsulu ilə alınır. Bu  plyonkalar 

çörək,  tərəvəz,  ət  və  toyuq  üçün  paketlərin  istehsalında,  zibil  kisələrinin,  yüklərin 

bərkidilməsi üçün plyonkaların hazırlanmasında istifadə olunur.  

Aşağı  sıxlıqlı  polietilen  həmçinin,  digər  termoplastik  polimerlərlə  kombinələş-

dirilmiş plyonkaların hazırlanmasında, kağız, karton, alüminium folqalarının üzərinə 

çəkilmək  üçün  istifadə  olunur.  Çoxqatlı  kombinələşdirilmiş  materialların  alınması 

üçün  digər  imkan  isə  başqa  plyonkalarla  –  poliefir,  tsellofan  və  alüminiumla- 

qarışdırılmadır.  Bütün  bu  kombinələşdirilmiş  plyonkalarda    aşağı  sıxlıqlı  polietilen 

təbəqəsi  plyonkaya  əla  qaynaq  edilmə  xüsusiyyəti,  digər  qatlar  isə  möhkəmlik  və 

qoxunu keçirməməzlik xassəsi verir.  




68 

 

Müəyyən  edilmiş  xassələri  əldə  etmək  üçün  polietilenin  vinilasetatla  birlikdə 



alınması  həyata  keçirilir.  Bu  plyonkalar  yaxşı  möhkəmliyə  malik  olması  ilə  yanaşı 

daha  şəffafdırlar  və  daha  yaxşı  qaynaq  edilmə  (yapışma)  xüsusiyyətinə  malikdirlər. 

Buna görə də bu materiallar qızdırılma zamanı digər materiallara daha yaxşı adgeziya 

oluna bilirlər, onlar həm  də  karton və digər materialların üzərinə daha yaxşı yapış-

dırıla bilirlər.  

Polietilen HDPE – bu polietilen yüksək sıxlığa malikdir. Bu material qalınlığı 7 

–  100  mkm  olan  plyonkaların  hazırlanması  üçün  istifadə  olunur.  “Sintetik  kağız” 

adlanan  material  bu plyonkanın  bir  növüdür.  Bu  material  kağızın  bütün  xassələrinə 

malik  olmaqla  yanaşı,  həm  də  suyu  keçirmir.  Bu  material  yaxşı  rənglənir  və  onun 

üzərində  yazı  çap  etmək  mümkündür.  Plyonkanın  özü  şəffaf  rəngdədir  və  ondan 

qablaşdırılan yük yaxşı görünür.  

Bundan  başqa  hava  qabarcıqlı  plyonkalar  da  vardır  ki,  bunlar  iki  qatdan 

ibarətdir:  saya  qat  və  qabarçıq  yuvacıqlı  qat.  Bu  material  əla  ammortizasiya  və 

termoizolyasiya xüsusiyyətlərinə malkdir.  

Kombinələşdirilmiş  poletilen  plyonkalar  oksigen  təsirinə  qarşı  həssas  olan 

məhsullar  üçün  istifadə  olunur.  Belə  plyonkalar  sənaye  məhsullarının  qablaşdırıl-

masında daha kütləvi şəkildə istifadə olunurlar.  

Şlanqlı  (xortumlu)  polietilen  plyonkaların  köməyi  ilə  məhsulların    karton 

qutularda qablaşdırılmasına  xidmət edən paketlər hazırlanır və qaynaq edilir. Onlar 

yığılma xüsusiyyətinə malkdirlər. Plyonkalı paketlərə maye məhsulu götürmək üçün 

süzücü  klapanlar  quraşdırılır,  məhsulun  götürüldüyü  miqdarda  paket  içərisinə  hava 

buraxmadan sıxılır, eyni zamanda saxlama müddətini artırır.  

HDPE – polimeri üfürmə balonlarının, boçkaların, kanistrlərin hazırlanmasında 

geniş  tətbiq  olunur  ki,  bunlar  da  bütün  mümkün  kimyəvi  maddələrin  daşınması  və 

saxlanması  məqsədinə  xidmət  edir.  HDPE-nin  başqa  bir  növü  yüksək  molekullu 

polimer  olub,  təhlükəli  yüklərin  daşınması  üçün  taraların  hazırlanmasında  istifadə 

olunur.  



69 

 

HDPE polimerindən olan qablaşdırmalar içərisində butılkalar üçün olan yeşiklər 



və zibil üçün olan konteynərlər ən populyar olmaqla qalmaqdadır.  

HDPE  polimeri  həmçinin  şampun  qablarının,  kosmetikaların,  təmizləyici 

vasitələrin  qablaşdırılması  üçün  butılkaların,  flakonların  hazırlanmasında  istifadə 

olunur.  Bu  polietilen  həm  də  penomaterialların  hazırlanması  üçün  çox  yaxşıdır,  bu 

materialların üst səthi məhsulları zədələnmədən qoruyur. Bu material müxtəlif rəng-

lərə  çox  asanlıqla  boyanır,  elektron  pribor  və  detalların  qablaşdırılmasında  istifadə 

edilə  bilər,  belə  ki,  penopolietilen  antistatik  materialların  əlavəsi  ilə  hazırlanır. 

Kombinələşdirilmiş  plyonka  və  plitələrlə  eyni  sıradapenpoletilendən  hazırlanmış 

fasonlu qablaşdırmalardan da istifadə olunur. Penopolietilenin istilik təsirlərinə qarşı 

davamlılığı  polimer  şaxələrinin  yaranması  və  ya  yüksəkenerjili  şüalanma  ilə 

əhəmiyyətli  dərəcədə  artır.  Bu  polietilendən  müxtəlif  diametrli  torlu  şlanqlar  (xor-

tumlar) da hazırlanır. Xüsusi ekstruziya metodu nəticəsində belə xortumlarda qaynaq 

yerləri demək oar ki, olmur. Bu qablaşdırmalar rulon şəklində bükülür və buna görə 

də məhsullar avtomatik sistemlə qablaşdırıla bilər. Belə torlu qablaşdırmalar tərəvəz 

və  meyvələrin  və  o  cümlədən  sənaye  məhsullarının  qablaşdırılmasında  istifadə 

olunur. 


LLDPE  markalı  xətti  poletilen    -  aşağı  sıxlıqlı  polietilendir.  Bu  polimer  son 

dövürlərdə  istehsalda  geniş  tətbiq  olunur.  Bu  polimerdən  olan  plyonkalar  çat,  cızıq 

yaranmaya qarşı davamlıdır, yaxşı möhkəmliyə, şəffaflığa və oksigenə münasibətdə 

baryer  xüsusiyyətlərə  malikdirlər.  Bu  plyonkaların    əsas  tətbiq  sahələri  elastik  və 

termiki  yığılan  plyonkaların,  həmçinin  ağır  yüklərin  və  tullantıların  qablaşdırılması 

üçün qablaşdırmların  hazırlanmasıdır.  

Böyük yüklərin qaldırılması üçün nəzərdə tutulan kisələr xüsusi polipropilen və 

polietilen  lentlərdən  hazırlanr.  Bəzi  kisələrin  daxilindəəlavə  olaraq  poletilen  örtük 

istifadə olunur ki, bu da qablaşdırmanın toz və rütubət keçirməməsiniı təmin edir.  

Dondurulmuş  məhsulların  qablaşdırılmasında  LLDPE-nin  tətbiqi  onun  aşağı 

temperaturlarda  malik  olduqları  xarakteristikalarla  şərtləşir.  Bu  polimerin  dartılan 

plyonkaların  hazırlanmasında  tətbiqi  sürətlə  genişlənir.  Lakin  LLDPE-  nin  əsas 




70 

 

çatışmamazlığı  onun  çətin  emal  edilməsidir  ki,  bu  da  polimrerin  özünün  məhdud 



molekulyar kütlədə paylanması ilə bağlıdır.  


Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin