İQİ-nin standart metodikasının mövsümi amillәrin
qiymәt üzәrindәki tәsirini nәzәrә almağa imkan
vermәmәsi.
Xüsusilә İQİ qısamüddәtli dövr üçün (mәsәlәn,
bir ay) hesablanırsa, onda bu problemi hәll etmәk çәtinlәşir.
Bәzәn elә olur ki, hәr hansı bir ay üçün qiymәt müşahidәsi
apararkәn bazarda istehlak zәnbilindә olan mәhsulların
nәzәrәçarpacaq bir hissәsini müşahidә etmәk mümkün olmur.
Yәni mövsümi xarakter daşıyan istehlak mәhsullarının bәzi
hallarda bazarlarda az vә ya çox müşahidә edilmәsi, bәzәn isә
heç müşahidә edilmәmәsi hәmin dövrlәr üçün hesablanan İQİ-
nin adekvatlığını azaldır.
Dostları ilə paylaş: |