Azәrbaycanda inflyasiyanın ikirәqmli hәddә çatması makroiqtisadi tarazlıq vә



Yüklə 1,4 Mb.
Pdf görüntüsü
səhifə17/64
tarix02.01.2022
ölçüsü1,4 Mb.
#40672
1   ...   13   14   15   16   17   18   19   20   ...   64
KITAB inflyasiya

    Bu səhifədəki naviqasiya:
  • CPI-W
İQİ hesablanma dövrülüyü 

İnkişaf etmiş ölkәlәrin bir çoxunda İQİ aylıq hesablanır 

vә ictimaiyyәtә  hәr ayın yekunu әvvәlki aylarla müqayisәdә 

elan edilir. Avstraliya, İrlandiya vә Yeni Zelandiyada İQİ 

indeksi әsasәn  rüblük hesablanır. Lakin bir çox inkişaf etmiş 

ölkәlәrdә  mәhz  әrzaq mәhsullarının qiymәt indeksi daha 

intensiv (hәftәlik) hesablanır. 

 

Coğrafi miqyas vә әhalinin tәrkibi 

Inkişaf etmiş dövlәtlәrin 16-da İQİ bütün ölkәni, 15-dә 

isә bütün növ ev tәsәrrüfatlarını әhatә edir.   

Belә ki, Amerika Birlәşmiş  Ştatlarında (ABŞ)  İQİ  şәhәr 

yerlәri üçün hesablanır vә CPI-U (

İstehlak Qiymәtlәri İndeksi - 

Şәhәr

) adlandırılır. Bunun әsas sәbәblәrindәn biri şәhәr 



әhalisinin ümumi ABŞ әhalisinin 90%-ә yaxın bir hissәsini tәşkil 

etmәsi ilә bağlıdır. ABŞ-da bu mәqsәdlә  şәhәrlәr seçilәrkәn 

әhalisi 25 000 nәfәrdәn çox olan әrazilәr götürülür. Hәmin 

şәhәr 


әrazilәrindә sorğu obyekti bütünlükdә ev 

tәsәrrüfatlarından ibarәtdir. Lakin әrazidә yaşayan hәrbçilәr, 

fermerlәr (vә ya kәnd әhalisi) vә institutsional әhali (mәsәlәn, 

qocalar vә körpәlәr evlәrindә, internatlarda, cәzaçәkmә 

müәssisәlәrindә  vә s. bu kimi qapalı institutlarda yaşayanlar) 

bu sorğulara cәlb edilmir. Sorğuya cәlb edilәn insanların gәlir 

sәviyyәsindәn asılı olmayaraq, onlar sual-cavab edilir. ABŞ-da 

hesablanılan ikinci İQİ muzdlu işçilәr üçün nәzәrdә tutulan İQİ-

dir vә  CPI-W  (

İstehlak Qiymәtlәri  İndeksi - İşçi

) adlandırılır. 

Bu indeksi ölkә üçün ümumi hesablanan CPI- W göstәricisinin 

tәrkib hissәsi dә hesab etmәk olar. Belә ki, CPI-W-yә  şәhәr 

ev tәsәrrüfatları daxil edilәrkәn, hәmin ev tәsәrrüfatlarının 

gәlirlәrinin yarıdan çoxunun muzdlu işdәn vә ya әmәk 

haqqından formalaşması әsas götürülür. 

 

Avstraliyada da hesablanılan  İQİ  әsasәn  şәhәr  әhalisini 



әhatә edir vә bir sıra ölkәlәrdәn fәrqli olaraq, burada 

tәqaüdçülәri, özünümәşğulları  vә  işsiz  әhali qruplarını 

sorğulara cәlb etmirlәr. Daha doğrusu, Avstraliyada İQİ 8 



 

27 

 

paytaxt şәhәrdә yaşayan fәrdi ev tәsәrrüfatlarını әhatә edir ki, 



bu da ümumi ev tәsәrrüfatlarının tәqribәn 65 faizini tәşkil edir. 

 

Böyük Britaniyada uzun müddәt inflyasiya göstәricisi kimi 



PQİ  (

Pәrakәndә Qiymәt  İndeksi

) istifadә olunmuşdur. Onlar 

bu indeksi XX әsrin  әvvәllәrindәn etibarәn hesablamağa 

başlamışlar. Daha sonralar PQİ-dәn mәnzilә görә kirayә 

ödәnişi mәblәğindә  dәyişmә  kәnar edilmiş  vә inflyasiyanın 

daha mәqsәdli çәrçivәdә hesablanmasına başlanmışdır. Böyük 

Britaniyada bütün әsas gәlir mәnbәyi pensiya olanlardan, 

hәmçinin  әn varlı ev tәsәrrüfatlarından başqa (ölkә ev 

tәsәrrüfatlarının әn varlı 4%-i) bütün ev tәsәrrüfatları sorğuya 

cәlb edilir. 

 

Fransada  İQİ bütün ev tәsәrrüfatlarını  әhatә edir. Lakin 



istehlak mәhsullarının qiymәtlәri barәdә müşahidәlәr ABŞ-da 

olduğu kimi, ancaq şәhәr  әrazilәrindә aparılır.  İQİ ümumi 

әhalisi 2000-dәn çox olan 106 yaşayış obyektini (regionunu) 

әhatә edir. 

 

Kanadada İQİ 100-ә yaxın şәhәr әrazisini (әhalisi 30 000-



dәn çox olan) әhatә edir. Bu şәhәr  әrazilәrinә daxil olan ev 

tәsәrrüfatları ölçüsündәn vә gәlir sәviyyәsindәn asılı olmayaraq 

sorğulara cәlb edilirlәr. Әhalinin әlilliyә vә tibbi sığortaya görә 

çәkdiyi xәrclәr onların istehlak xәrclәrinә daxil edilmir vә bu 

sәbәbdәn dә İQİ hesablanarkәn nәzәrә alınmır. 

 

Yaponiyada  İQİ hesablanarkәn fermer, balıqçı  vә bir 



şәxsdәn ibarәt ev tәsәrrüfatlarından başqa bütün ev 

tәsәrrüfatları sorğuya cәlb edilir. Yaponiya 1 nәfәrdәn ibarәt 

ev tәsәrrüfatları sorğuya cәlb edilmәyәn yeganә inkişaf etmiş 

ölkәdir. Burada hәr ay istehlak mәhsullarının zәnbildәki xüsusi 

çәkisi göstәricisini  әldә etmәk mәqsәdilә  tәqribәn 8000 ev 

tәsәrrüfatı arasında “Ailәlәrin gәlir vә  xәrclәri barәdә sorğu” 

aparılır vә bu sorğunun nәticәsi olaraq, ev tәsәrrüfatlarının 

ayrı-ayrı istehlak mәhsulları  vә xidmәtlәri üzrә ortalama 

xәrclәri hesablanılır.  

 



28 

 

 



Yeni Zelandiyada İQİ bütün rezident ev tәsәrrüfatlarını 

(başçısı  әn azı son 12 ayı ölkәdә yaşamış ev tәsәrrüfatları) 

әhatә edir. Әmtәә vә xidmәtlәrin xüsusi çәkilәri tәqribәn 4 500 

ev tәsәrrüfatı arasında keçirilmiş sorğunun  әsasında 

hesablanılır.  Аylıq  İQİ hesablanarkәn illik xüsusi çәki 

göstәricilәri sabit götürülür. 




Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin