İQİ hesablanma dövrülüyü
İnkişaf etmiş ölkәlәrin bir çoxunda İQİ aylıq hesablanır
vә ictimaiyyәtә hәr ayın yekunu әvvәlki aylarla müqayisәdә
elan edilir. Avstraliya, İrlandiya vә Yeni Zelandiyada İQİ
indeksi әsasәn rüblük hesablanır. Lakin bir çox inkişaf etmiş
ölkәlәrdә mәhz әrzaq mәhsullarının qiymәt indeksi daha
intensiv (hәftәlik) hesablanır.
Coğrafi miqyas vә әhalinin tәrkibi
Inkişaf etmiş dövlәtlәrin 16-da İQİ bütün ölkәni, 15-dә
isә bütün növ ev tәsәrrüfatlarını әhatә edir.
Belә ki, Amerika Birlәşmiş Ştatlarında (ABŞ) İQİ şәhәr
yerlәri üçün hesablanır vә CPI-U (
İstehlak Qiymәtlәri İndeksi -
Şәhәr
) adlandırılır. Bunun әsas sәbәblәrindәn biri şәhәr
әhalisinin ümumi ABŞ әhalisinin 90%-ә yaxın bir hissәsini tәşkil
etmәsi ilә bağlıdır. ABŞ-da bu mәqsәdlә şәhәrlәr seçilәrkәn
әhalisi 25 000 nәfәrdәn çox olan әrazilәr götürülür. Hәmin
şәhәr
әrazilәrindә sorğu obyekti bütünlükdә ev
tәsәrrüfatlarından ibarәtdir. Lakin әrazidә yaşayan hәrbçilәr,
fermerlәr (vә ya kәnd әhalisi) vә institutsional әhali (mәsәlәn,
qocalar vә körpәlәr evlәrindә, internatlarda, cәzaçәkmә
müәssisәlәrindә vә s. bu kimi qapalı institutlarda yaşayanlar)
bu sorğulara cәlb edilmir. Sorğuya cәlb edilәn insanların gәlir
sәviyyәsindәn asılı olmayaraq, onlar sual-cavab edilir. ABŞ-da
hesablanılan ikinci İQİ muzdlu işçilәr üçün nәzәrdә tutulan İQİ-
dir vә CPI-W (
İstehlak Qiymәtlәri İndeksi - İşçi
) adlandırılır.
Bu indeksi ölkә üçün ümumi hesablanan CPI- W göstәricisinin
tәrkib hissәsi dә hesab etmәk olar. Belә ki, CPI-W-yә şәhәr
ev tәsәrrüfatları daxil edilәrkәn, hәmin ev tәsәrrüfatlarının
gәlirlәrinin yarıdan çoxunun muzdlu işdәn vә ya әmәk
haqqından formalaşması әsas götürülür.
Avstraliyada da hesablanılan İQİ әsasәn şәhәr әhalisini
әhatә edir vә bir sıra ölkәlәrdәn fәrqli olaraq, burada
tәqaüdçülәri, özünümәşğulları vә işsiz әhali qruplarını
sorğulara cәlb etmirlәr. Daha doğrusu, Avstraliyada İQİ 8
27
paytaxt şәhәrdә yaşayan fәrdi ev tәsәrrüfatlarını әhatә edir ki,
bu da ümumi ev tәsәrrüfatlarının tәqribәn 65 faizini tәşkil edir.
Böyük Britaniyada uzun müddәt inflyasiya göstәricisi kimi
PQİ (
Pәrakәndә Qiymәt İndeksi
) istifadә olunmuşdur. Onlar
bu indeksi XX әsrin әvvәllәrindәn etibarәn hesablamağa
başlamışlar. Daha sonralar PQİ-dәn mәnzilә görә kirayә
ödәnişi mәblәğindә dәyişmә kәnar edilmiş vә inflyasiyanın
daha mәqsәdli çәrçivәdә hesablanmasına başlanmışdır. Böyük
Britaniyada bütün әsas gәlir mәnbәyi pensiya olanlardan,
hәmçinin әn varlı ev tәsәrrüfatlarından başqa (ölkә ev
tәsәrrüfatlarının әn varlı 4%-i) bütün ev tәsәrrüfatları sorğuya
cәlb edilir.
Fransada İQİ bütün ev tәsәrrüfatlarını әhatә edir. Lakin
istehlak mәhsullarının qiymәtlәri barәdә müşahidәlәr ABŞ-da
olduğu kimi, ancaq şәhәr әrazilәrindә aparılır. İQİ ümumi
әhalisi 2000-dәn çox olan 106 yaşayış obyektini (regionunu)
әhatә edir.
Kanadada İQİ 100-ә yaxın şәhәr әrazisini (әhalisi 30 000-
dәn çox olan) әhatә edir. Bu şәhәr әrazilәrinә daxil olan ev
tәsәrrüfatları ölçüsündәn vә gәlir sәviyyәsindәn asılı olmayaraq
sorğulara cәlb edilirlәr. Әhalinin әlilliyә vә tibbi sığortaya görә
çәkdiyi xәrclәr onların istehlak xәrclәrinә daxil edilmir vә bu
sәbәbdәn dә İQİ hesablanarkәn nәzәrә alınmır.
Yaponiyada İQİ hesablanarkәn fermer, balıqçı vә bir
şәxsdәn ibarәt ev tәsәrrüfatlarından başqa bütün ev
tәsәrrüfatları sorğuya cәlb edilir. Yaponiya 1 nәfәrdәn ibarәt
ev tәsәrrüfatları sorğuya cәlb edilmәyәn yeganә inkişaf etmiş
ölkәdir. Burada hәr ay istehlak mәhsullarının zәnbildәki xüsusi
çәkisi göstәricisini әldә etmәk mәqsәdilә tәqribәn 8000 ev
tәsәrrüfatı arasında “Ailәlәrin gәlir vә xәrclәri barәdә sorğu”
aparılır vә bu sorğunun nәticәsi olaraq, ev tәsәrrüfatlarının
ayrı-ayrı istehlak mәhsulları vә xidmәtlәri üzrә ortalama
xәrclәri hesablanılır.
28
Yeni Zelandiyada İQİ bütün rezident ev tәsәrrüfatlarını
(başçısı әn azı son 12 ayı ölkәdә yaşamış ev tәsәrrüfatları)
әhatә edir. Әmtәә vә xidmәtlәrin xüsusi çәkilәri tәqribәn 4 500
ev tәsәrrüfatı arasında keçirilmiş sorğunun әsasında
hesablanılır. Аylıq İQİ hesablanarkәn illik xüsusi çәki
göstәricilәri sabit götürülür.
Dostları ilə paylaş: |