Müşahidә mәntәqәlәri
Bolqarıstanda müşahidә mәntәqәlәrinin sayı vә strukturu
seçilәn zaman optimal sayda qiymәtlәrin toplanması vә onların
istehlak sәbәtinә daxil olan istәnilәn әmtәә vә xidmәtlәr qrupu
üçün milli qiymәtlәri әks etdirmәsi әsas götürülür. Bu zaman
aşağıdakı mәqamlara xüsusi diqqәt yetirilir:
• Çoxlu sayda pәrakәndә satış mәntәqәlәrinin әhatә
olunması;
• İstehlak sәbәtindәki “elementar aqreqatlar”ın tәmsil
olunması vә müxtәlif әmtәәlәrin tәchizatı.
Pәrakәndә satış mәntәqәlәrinә supermarketlәr, xüsusi vә
ixtisaslaşmış dükanlar, kooperativ bazarlar da daxil olmaqla
bütün növ mağazalar daxil edilir. Seçim qiymәt müşahidәsi
aparanlar tәrәfindәn hәyata keçirilir vә regional statistika
idarәlәrinin direktorları tәrәfindәn tәsdiq edilir. 2003-cü ilә olan
mәlumata görә, Bolqarıstanda 4 589 müşahidә mәntәqәsi
qeydә alınmışdır.
Polşada qiymәtlәrin müşahidәsi 8500 pәrakәndә satış
mәntәqәsindә aparılır. Qiymәtlәrin müşahidәsi ilә bağlı
aparılan sorğu bütün ölkә әrazisini әhatә edir. Bu zaman
39
istehlak әmtәә vә xidmәtlәri sәbәtindәki qiymәt dәyişikliklәri
konkret vaxt әrzindә müşahidә edilir.
Çexiya Respublikasında 10 000 mәntәqә üzrә qiymәtlәrin
müşahidәsi aparılır. Siyahıya yeni әmtәәlәrin әlavә edilmәsi
ildә bir dәfә baş verә bilәr. Mövsümi amillәr ilә bağlı olaraq
sövdәlәşmә qiymәtlәrindәn istifadә edilir.
Slovakıyada qiymәtlәrin müşahidәsi 8350 mәntәqә üzrә
aparılır. Bu zaman mәntәqәlәrә satış, xidmәt obyektlәri,
restoranlar aid edilir.
Dostları ilə paylaş: |