Azәrbaycanda inflyasiyanın ikirәqmli hәddә çatması makroiqtisadi tarazlıq vә


    BÖLMӘ 3. POSTSOVET ÖLKӘLӘRİNİN



Yüklə 1,4 Mb.
Pdf görüntüsü
səhifə28/64
tarix02.01.2022
ölçüsü1,4 Mb.
#40672
1   ...   24   25   26   27   28   29   30   31   ...   64
KITAB inflyasiya

41 

 

BÖLMӘ 3. POSTSOVET ÖLKӘLӘRİNİN 



TӘCRÜBӘSİ 

 

İstehlak Qiymәtlәri  İndeksi postsovet mәkanında 

inflyasiya proseslәrini sәciyyәlәndirәn  әn vacib göstәricidir. 

Lakin bәzi ölkәlәrin istehlak bazarındakı  vәziyyәti daha 

tәfәrrüatlı  tәhlil etmәk üçün İQİ ilә birlikdә  әlavә qiymәt 

indekslәri işlәnib hazırlanmaqdadır. Belә ki, Rusiyada qiymәt vә 

tariflәrin bütöv istehlak zәnbilinә ümumi tәsirini 

sәciyyәlәndirәn göstәricilәrdәn biri hәyatın dәyәri indeksi ola 

bilәr. Ermәnistan vә  Qırğızıstanda  İQİ ilә yanaşı, ahәngdar 

qiymәt indeksinin hesablanması da gündәmdәdir. 

 

Postsovet ölkәlәrinin bir çoxunda İstehlak Qiymәtlәri 



İndeksinin beynәlxalq standartlara cavab verәn tәrzdә tәrtib vә 

tәtbiq edilmәsi mәsәlәlәri üzrә beynәlxalq tәşkilatlarla ilk 

tәmas milli statistikanın ilkin mәrhәlәdә formalaşması zamanı 

yaradılmışdır ki, bu da Sovetlәr Birliyinin dağılması  vә 

sözügedәn ölkәlәrin özünü müstәqil dövlәt statusunda bәyan 

etmәsindәn dәrhal sonra baş vermişdir. 

 

Bu gün keçmiş Sovet respublikalarının ümumilikdә  hәr 



birindә inflyasiyanın hesablanması (bu vә digәr dәrәcәdә) 

beynәlxalq standartlara cavab verir vә eyni prinsiplәrә 

әsaslanır. Bununla belә, ayrı-ayrılıqda hәr ölkәdә inflyasiyanın 

hesablanması metodologiyası tәkrarolunmazdır vә tәfәrrüatları 

ilә fәrqlәnir. 

 


Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin