İndeksin çәki strukturunda yanlışlıq
Postsovet mәkanında
İQİ-nin hesablanmasında
fәrqlәndirici xüsusiyyәtlәrdәn biri ondan ibarәtdir ki,
monitorinq zamanı seçilmiş ev tәsәrrüfatlarının xәrclәrinә dair
mәlumatlar tәhrif edilmiş
şәkildәdir. Belә ki, ev
tәsәrrüfatlarının әsasәn varlanmış hissәsi әnәnәvi olaraq
seçimdәn kәnarda qalır, çünki müәyyәn sәbәblәrә görә şәxsi
rifahının ölkә statistikasında yüksәk sәviyyәdә qeydә
alınmasında heç kim maraqlı deyil. Bu, İQİ-nin “xüsusi çәki”
strukturunda avtomaşın, soyuducu, televizor, benzin, hәmçinin
istirahәt, әylәncә vә tәhsil xәrclәrinin xeyli azalmasına gәtirib
çıxarır.
Misal üçün, Ukraynada 2000-ci ildә minik avtomobillәrin
alınmasına çәkilәn xәrclәrin bütöv İQİ-dә xüsusi çәkisi 0.074%
tәşkil etdiyi halda, tualet kağızı vә xörәk dәsmalları üzrә
müvafiq göstәrici 0.077%, benzin üzrә 0.463%, baş soğan
üzrә 0.509%, rәngli televizorlar üzrә 0.157%, çuğundur üzrә
isә 0.186% tәşkil etmişdir.
Postsovet ölkәlәrindә istehlak qiymәtlәri indeksinin
hesablanmasında әsas çatışmazlıqlardan biri dә ondan ibarәtdir
ki, Gürcüstan istisna olmaqla, İQİ-nin strukturunda rayonların
“xüsusi çәkisinin” uçotu әhalinin sayı (müvafiq yaşayış
mәntәqәsindә yaşayan әhalinin say nisbәti) әsasında aparılır.
Bu üsula alternativlәr aşağıdakılardır: 1) müvafiq regionda
әhalinin xәrclәri vә gәlirlәri әsasında “xüsusi çәkinin”
51
qiymәtlәndirilmәsi; 2) әmtәә dövriyyәsi üzrә “xüsusi çәkinin”
qiymәtlәndirilmәsi.
Nәhayәt, hәr bir ölkәdә olduğu kimi, göstәricilәrin qey-
diyyatında, sonrakı hesablamalarda vә müqayisәyә gәlmәdә
sәhvlәr qaçılmazdır. Bu sәhvlәri törәdәn vә hәr bir ölkә üçün
standart olan amillәrlә yanaşı, postsovet ölkәlәri üçün xa-
rakterik olan aşağıdakı ümumi amillәri dә fәrqlәndirmәk olar:
Postsovet ölkәlәrindә tәhrif olunmanın (qiymәtlәrlә bağlı
informasiya faktiki satış qiymәtinә cavab vermir) sәbәbi ba-
zarlarda qiymәtin “aşağı yeri” mövcudluğu ilә izah oluna bilәr.
Postsovet ölkәlәrindә sorğuçulara ödәnilәn әmәk
haqqının aşağı olması nәticә etibarilә müşahidә edilmәli olan
obyektin qeydiyyata alanın yaşayış yerinә daha yaxında
yerlәşәn obyektlә mәcburi әvәz edilmәsinә gәtirib çıxarır.
Әmtәәnin (xüsusilә dә qida mәhsullarının) satışı zamanı
satıcı tәrәfindәn çox vaxt müfәssәl vә dәqiq mәlumat (әmtәә
növünün hansı sorta aid olub-olmamağı, saxlanılması, tәrәzidә
çәkilib qablaşdırılması, ölçüsü, istehsalçı ölkәnin adı vә s.)
verilmir ki, bu da sonda bir çox yanlışlıqların әsas
sәbәblәrindәn biridir.
Tәrәzidә çәkilib qablaşdırılmış mәhsulların satışı zamanı
qabın içindәki illә satıcının izahatı arasında tez-tez böyük fәrq
olur (bir çox hallarda qabın üzәrindә mәlumat tәqdim edilmir).
Xüsusi misal kimi çörәyi gәtirmәk olar. Tәdqiq olunan ölkәlәrin
demәk olar ki, hәr birindә son illәr çörәyin qiymәti sabit qaldığı
tәqdirdә çәkisi tәdricәn azalmaqdadır. Yәni gizli inflyasiya baş
verir.
Dostları ilə paylaş: |