Azәrbaycanda inflyasiyanın ikirәqmli hәddә çatması makroiqtisadi tarazlıq vә


Mәnzil-kommunal subsidiyalarının  İQİ-yә  tәsiri



Yüklə 1,4 Mb.
Pdf görüntüsü
səhifə38/64
tarix02.01.2022
ölçüsü1,4 Mb.
#40672
1   ...   34   35   36   37   38   39   40   41   ...   64
KITAB inflyasiya

Mәnzil-kommunal subsidiyalarının  İQİ-yә  tәsiri

 

mәsәlәsini ayrıca qeyd etmәk lazımdır. Postsovet mәkanında 



İQİ-nin hesablanması metodologiyası üçün sәciyyәvi hal ondan 

ibarәtdir ki, mәnzil-kommunal komponenti subsidiyalar 

çıxıldıqda yerdә qalan xalis mәblәğ  әsasında deyil, tariflәrdә 

ümumi artım baxımından hesablanır. Buna görә dә praktikada 

sözügedәn subsidiyalar İQİ-yә ikili tәsir göstәrir. 

Mәsәlәn, Ukraynada 2000-ci ildә  mәnzil-kommunal 

xidmәtlәrinә görә tariflәrdә (ümumilikdә bu kimi xidmәtlәr 



 

53 

 

istehlak xәrclәrinin 11%-dәn çoxunu tәşkil edir) ciddi artım 



İQİ-nin son göstәricisinin kifayәt qәdәr iri hәcmdә 

şişirdilmәsinә  gәtirib çıxartmışdı. Hәmin il rәsmi  İQİ 2.2 % 

bәndi hәcmindә  şişirdilmişdir; yәni göstәrici 125.8% deyil, 

123.6% tәşkil etmәli idi. Belә ki, mәnzil-kommunal xidmәtlәri 

üzrә indeks 39.2% artmış; reallıqda isә tariflәrdә artım 

mәblәğinin yarıdan çoxu büdcәdәn subsidiyalar hesabına 

qarşılandığı üçün sözügedәn xidmәtlәrin ev tәsәrrüfatları 

tәrәfindәn ödәnilmәsindә 17.3% artım baş vermişdi. Lakin 

sonrakı illәrin hәr birindә  mәnzil-kommunal tariflәrindә ciddi 

artım baş vermәdiyi, nominal әmәk haqqının nәzәrәçarpan 

dәrәcәdә qaldırıldığı şәraitdә isә subsidiya almaq hüququ olan 

ev tәsәrrüfatlarının sayı azalmağa başlamışdır. Belә vәziyyәtdә 

subsidiyaların nisbi çәkisi azalır,  әhali tәrәfindәn ödәnişlәrin 

nisbi çәkisi isә müvafiq olaraq çoxalırdı. Yәni faktiki olaraq 

tariflәr artmadığı tәqdirdә belә, onların “gözә görünmәyәn” vә 

indeksdә qeyd olunmayan real artımı baş verir, İQİ-nin ümumi 

göstәricisi isә azalırdı. 

 

 



 



Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin