haqqında qanuna dәyişikliklәr etdi. Bu sәnәdә uyğun olaraq
52
qiymәtlәndirilmәsi üzrә ekspert şuraları yaradılmalı idi; şuralar
ictimaiyyәt vә icra hakimiyyәti qurumlarının bәrabәr sayda
nümayәndәlәrindәn tәşkil olunur. Bu şuralar İQİ-ni aylıq
әsasda nәzәrdәn keçirmәli vә zәrurәt yarandıqda müstәqil
mütәxәssislәri dәvәt etmәklә indeksin ekspertizasını aparmalı
idi. Ekspert şuralarının tәrkibi vә iş qaydası Nazirlәr Kabineti
tәrәfindәn 3 ay әrzindә, yәni 2003-cü ilin may ayına qәdәr
müәyyәn edilib. Lakin nәticә etibarilә, Nazirlәr Kabinetinin
müvafiq sәrәncamı yalnız 2005-ci ilin yanvar ayında qәbul
edildi vә hәtta sәrәncamın qәbul edilmәsindәn sonra belә
sözügedәn şuralar tam tәrkibdә işә başlaya bilmәdi.
Tәdqiq edilәn digәr ölkәlәrә gәldikdә, burada hal-hazırda
rәsmi statistik informasiyanın etibarlılığına kәnardan mütlәq
nәzarәt mövcud deyil.
Rusiyada dövlәtin statistik fәaliyyәtinә nәzarәt vәzifәsini
Rusiya Federasiyası Statistika Komitәsi icra edir. Belә ki,
Komitә әrazilәrdә nümayәndәliklәrinin vә tabeliyindә olan
tәşkilat vә xidmәtlәrin fәaliyyәtinә nәzarәt etmәk hüququna
malikdir.
Gürcüstanın tәcrübәsi dә maraq kәsb edir. Belә ki, 2006-
cı ilin sonundan etibarәn Gürcüstanın Dövlәt Statistika
Departamentinin işçilәri tәqdim olunmuş mәlumatları yerlәrә
ezam olmaqla qarışıq seçim әsasında yenidәn yoxlayırlar. Bu
tәcrübә kifayәt qәdәr müsbәt nәticәlәr vermәkdәdir. Qeyd
etmәk maraqlıdır ki, onların tәcrübәsindә әn çox rast gәlinәn
sәhv müqayisә edilmә amilinin pozulmasıdır.
Dostları ilə paylaş: