54
DÖVLӘT TӘRӘFİNDӘN HESABLANMIŞ
İNFLYASİYA GÖSTӘRİCİSİ İLӘ QİYMӘTLӘRDӘKİ
ARTIMIN EV TӘSӘRRÜFATLARINA TӘSİR
GÖSTӘRİCİSİ ARASINDAKI FӘRQİN ӘSAS
SӘBӘBLӘRİ
Bu kimi fәrqlәr postsovet ölkәlәri üçün sәciyyәvidir.
Bununla belә, әhali adәtәn qәti әmindir ki, fәrqlәrin әsas
sәbәbi rәsmi mәlumatların inflyasiya üzrә aşağı sәviyyәli
proqnoza uyğunlaşdırılması zәrurәtidir. Dәqiqlәşdirilmiş
proqnoz göstәricisinin real vәziyyәtdәn qat-qat uzaq olması
halları üzә çıxdıqda statistikada azacıq da olsa bәzi düzәlişlәr
etmәk istәyi xeyli artır.
Postsovet mәkanında әhalinin böyük hissәsinin
sәrәncamında olan gәlirlәr yaşayış minimumu sәviyyәsi
civarındadır vә istehlak qiymәtlәrindәki dәyişikliyin әhalinin pul
gәlirlәrinin alıcılıq qabiliyyәtinә tәsiri kifayәt qәdәr qeyri-
müәyyәndir. Bu kimi vәziyyәtdә әsas istehlak mallarının
qiymәtindәki artım xәrclәrin “xüsusi çәki” strukturu ilә yanaşı,
bir çox hallarda xәrclәr strukturunun keyfiyyәt göstәricisinin dә
dәyişmәsinә sәbәb olur. Belәliklә, demәk olar ki, müәyyәn
mәrhәlәdә dövlәt tәrәfindәn hesablanmış inflyasiya göstәricisi
vә qiymәtlәrdәki artımın ev tәsәrrüfatlarına tәsir göstәricisi bir-
birindәn ciddi şәkildә fәrqlәnәn istehlak zәnbillәrinin
nәticәsindә baş verir.
Yekun olaraq qeyd etmәk olar ki, postsovet mәkanında
son 12-18 ay әrzindә yaranmış tәmayüllәrdәn biri kifayәt
qәdәr yüksәk rütbәli rәsmilәrin İQİ üzrә rәsmi statistika
mәlumatlarına şübhә ilә yanaşmalarıdır. Belә ki, Ukraynada Ali
Radanın sәdri İQİ-yә olar inamsızlığını açıq tәrzdә bәyan
etmişdir. Onun fikrincә, Ukraynada inflyasiyanın real göstәricisi
rәsmi göstәricini iki dәfә üstәlәyir. Ermәnistan parlamentinin
rәhbәri inflyasiyanın (rәsmi mәlumatlara әsasәn) 3% tәşkil
etmәsini şübhә altına almışdır; nәticә etibarilә inflyasiyanın
hesablanması metodikasının ölkә parlamentindә müzakirәyә
55
çıxarılması tәklifi irәli sürülmüşdür. Bunun әksi olaraq,
inflyasiya göstәricilәrinin yüksәk olması ilә bağlı mәyusluğunu
bildirәn Qazaxıstanın sabiq baş naziri bәyan etmişdir ki, ölkәdә
inflyasiyanın hesablanmasına dair digәr metodikanı tәtbiq
etmәk lazımdır.
Lakin hәyata keçirilәn layihә çәrçivәsindә İQİ kimi vacib
indeksin düzgün hesablanmasında mәsuliyyәt daşıyan
orqanların istәnilәn tәnqidi çıxışa (ictimaiyyәt tәrәfindәn
sәslәnәn tәnqid dә daxil olmaqla) cavabları daha böyük maraq
kәsb edir. Qısa olaraq “İnflyasiyanın hesablanmasına dair
ölkәdә tәtbiq edilәn metodika beynәlxalq standartlara cavab
verir” vә ya buna oxşar ifadәlәr gözlәnilәn cavablardandır.
Qazaxıstanda Avropa Statistika Komitәsinin nümayәndәlәrinin
müvafiq qәrarına istinad edәrәk aşağıdakı arqument әsas
gәtirilmişdir: respublikada “inflyasiyanın hesablanması
metodikasından kәnara çıxma yoxdur”.
Hazırda inflyasiyanın hesablanması metodologiyası
postsovet ölkәlәrinin hәr birindә ümumi baxımdan beynәlxalq
standartlara cavab verir vә eyni prinsiplәrә әsaslanır. Bununla
belә, ayrı-ayrılıqda hәr ölkәdә inflyasiyanın hesablanması
metodologiyası tәkrarolunmazdır vә tәfәrrüatları ilә fәrqlәnir.
Eyni zamanda әminliklә demәk olar ki, sözügedәn hәr bir
ölkәdә inflyasiyanın hesablanması metodologiyası tәkmil deyil,
çünki (daima tәkmillәşәn) beynәlxalq standartlara uyğun
gәlmә heç dә qüsursuzluq meyarı deyil.
|