Azәrbaycanda inflyasiyanın ikirәqmli hәddә çatması makroiqtisadi tarazlıq vә


      FӘSİL 4. AZӘRBAYCAN



Yüklə 1,4 Mb.
Pdf görüntüsü
səhifə40/64
tarix02.01.2022
ölçüsü1,4 Mb.
#40672
1   ...   36   37   38   39   40   41   42   43   ...   64
KITAB inflyasiya

56 

 

 



FӘSİL 4. AZӘRBAYCAN 

RESPUBLİKASINDA İQİ-nin 

HESABLANMASI 

METODOLOGİYASININ TӘHLİLİ 

 

 

İstehlak qiymәtlәri indeksi (İQİ) müәyyәn qәdәr sosial 



xarakterli bir indeks kimi xarakterizә olunmaqla yanaşı, 

makroiqtisadi proqnozların hazırlanmasında xüsusi әhәmiyyәt 

kәsb edir.  Bu indeks “müәyyәn vaxt әrzindә  әhalinin qeyri-

istehsal istehlakı üçün әldә etdiyi әmtәә  vә xidmәtlәrin 

qiymәtlәrinin ümumi sәviyyәsinin dәyişmәsini xarakterizә edir”. 

Ümumiyyәtlә,  İQİ müyәәn edilmiş  mәhsul vә xidmәtlәri 

özündә birlәşdirәn sәbәtin cari vә baza qiymәtinin nisbәtidir.  

İQİ-nin hesablanma metodologiyasının qiymәt-

lәndirilmәsi, onun müsbәt vә  mәnfi tәrәflәrinin müәyyәn 

edilmәsi ilk növbәdә tәtbiq edilәn metodologiyanın öyrәnilmәsi 

vә beynәlxalq tәcrübәnin tәsnifatlaşdırılmasını  tәlәb edir. Bu 

baxımdan da tәdqiqat işi bu aspekti әhatә edir.  

Respublikada  İQİ-nin hesablanması üçün mәsul orqan 

Dövlәt Statistika Komitәsidir. Ümumiyyәtlә, DSK-nın qiymәt 

statistikası aşağıdakı tәdbirlәri әhatә edir.  

- qiymәtlәr vә onların dәyişmәsi üzәrindә müşahidә;  

- bazar konyukturasının dәyәr göstәricilәri  әsasında 

öyrәnilmәsi;  

- ayrı-ayrı  әmtәә bazarlarında qiymәt dinamikasının 

öyrәnilmәsi;  

- inflyasiya prosesinin vә  әhalinin hәyat sәviyyәsinin 

göstәricisi kimi qiymәtin tәhlili;  

- makroiqtisadi göstәricilәr baxımından qiymәtlәrin 

öyrәnilmәsi.  

Bu tәdbirlәr üzrә qiymәtlәr 1) әmtәә  vә xidmәtlәrin 

tәyinatı (material-texniki ehtiyatların qiymәtlәri; istehlak 

mallarının qiymәtlәri;  istehsal tәyinatlı (mәsәlәn, yükda-



 

57 

 

şımalar) xidmәtlәrin tariflәri;  әhalinin istehlak xidmәtlәrinin 



(mәişәt vә kommunal, nәqliyyat vә rabitә, turizm vә 

ekskursiya, mәdәniyyәt müәssisәlәrinin xidmәtlәri vә s.)); 2) 

sahә  әlamәtlәri  (sәnaye mәhsullarının qiymәtlәri; kәnd 

tәsәrrüfatı  mәhsullarının qiymәtlәri; tikintidә qiymәtlәr; tica-

rәtdә qiymәtlәr;  istehsal vә qeyri-istehsal tәyinatlı xidmәtlәrin 

tariflәri); 3) әmtәә xidmәtlәri sferası üzrә tәsnifatlaşdırılır.  

Göründüyü kimi, İQİ bir istiqamәti tәşkil edir. Bu zaman 

müşahidәnin coğrafi hüdudlarının seçimi; ticarәt vә xidmәt 

sahәlәrindә baza müәssisәlәrin seçilmәsi; tәmsilçi mal vә 

tәmsilçi xidmәtlәrin seçilmәsi; pullu xidmәt tariflәrinin vә mal 

qiymәtlәrinin qeydiyyatı; istehlak bazarının qiymәt indeksinin 

hesablanması üçün çәkilәr strukturunun formalaşdırılması; 

istehlak qiymәtlәri indeksinin hesablanmsı; mal vә xidmәtlәrin 

orta qiymәt(tarif)lәrinin hesablanması  mәrhәlәlәri  әhatә 

olunur.  

Bu bölmә  tәtbiq edilәn metodologiya üzrә qeyd edilmiş 

mәrhәlәlәrә baxış    vә  İQİ-yә  tәsir edәn faktorların qiymәt-

lәndirilmәsini  әhatә edir. Burada Azәrbaycan Respublikası 

Dövlәt Statistika Komitәsinin Kollegiyasının qәrarı ilә  tәsdiq 

edilmiş  “İstehlak qiymәtlәri indeksinin hesablanması  vә 

istehlak bazarında qiymәt mәlumatlarının yığılması qaydalarına 

yenidәn baxılması üzrә metodoloji göstәrişlәr”dәn istifadә 

edilmişdir.  

 


Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin