Azәrbaycanda inflyasiyanın ikirәqmli hәddә çatması makroiqtisadi tarazlıq vә



Yüklə 1,4 Mb.
Pdf görüntüsü
səhifə43/64
tarix02.01.2022
ölçüsü1,4 Mb.
#40672
1   ...   39   40   41   42   43   44   45   46   ...   64
KITAB inflyasiya

Qiymәtlәrin qeydiyyatı:

 Qiymәtlәrin qeydiyyatı 

konkret mal vә xidmәt növlәri üzrә aparılır. Hәr bir mal vә 

xidmәt üçün ayrıca qeydiyyat jurnalı doldurulur. Qeydiyyat 

üçün  әmtәәnin azad satışda olan faktiki qiymәti (güzәştli 

şәrtlәrlә satılan mallar nәzәrә alınmamaqla) götürülür. 

Qiymәtә  ӘDV, aksizlәr vә digәr dolayı vergilәr daxil olur. 

Konkret mәhsul üçün olan hәr bir jurnalda bir neçә qiymәt 

qeydiyyata alınır ki, bu da onların orta kәmiyyәtini müәyyәn 

etmәyә imkan verir. Mәhsulun orta qiymәti çәkili orta cәbri 

kәmiyyәt kimi müәyyәn edilir. Seçilmiş malın vә ya xidmәtin 

yoxa çıxması zamanı onlar әvәz edilir. Ticarәt müәssisәsindә 




 

59 

 

mәhsulun daha uzun müddәt  әrzindә yoxa çıxması zamanı 



hәmin mәhsul müşahidәdәn çıxarılır. Qiymәt vә tariflәrin 

müşahidәsi vә qeydiyyatı  әhaliyә göstәrilәn pullu xidmәtlәrin 

aşağıdakı növlәrinә  әsasәn aparılır: 1) mәişәt; 2) mәnzil-

kommunal tәsәrrüfatı; 3) mәdәniyyәt; 4) pullu tәhsil; 5) 

sәrnişin nәqliyyatı  vә rabitә; 6) turist-ekskursiya; 7) sәhiyyә; 

8) sanatoriya-kurort vә sağlamlıq; 9) hüquq xarkterli vә bank 

müәssisәlәri; 10) bәdәn tәrbiyәsi vә idman. Pullu xidmәtlәrin 

alt sahәlәrinә (növlәr) sosial әhәmiyyәti vә istehlak xarakteri 

nәzәrә alınaraq mövcud xidmәt növünün reprezentativliyini 

tәmin edәn tәmsilçi xidmәtlәrin nomenklaturası daxil edilir.  

 

 


Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin