Regionların xüsusi çәkisi:
İstehlak Qiymәtlәri İndeksinin hesablanmasında әsas
çatışmazlıqlardan biri onun strukturunda regionların “xüsusi
çәkisinin” hesablanmasıdır. Statistika Komitәsinin
metodologiyasına görә, bu çәki regionlarda yaşayan әhalinin
sayına әsasәn hesablanır. Burada әsas çatışmazlıq regionlar
üzrә әhalinin sayının düzgün hesablanmamasıdır. Mәsәlәn,
rayonda qeydiyyatda olan bir çox şәxslәr hal-hazırda Bakı
şәhәrindә yaşayır vә Statistika Komitәsi әhalinin sayını hәr
kәsin qeydiyyatda olduğu yerә görә hesablayır ki, bu da
regionların çәkisindә balansın pozulmasına birbaşa tәsir edir.
Bundan başqa, Azәrbaycanda qeydiyyatda olan xeyli sayda
insan hal-hazırda Rusiya vә digәr ölkәlәrdә işlәsә dә, onlar
burda qeydiyyatda görünürlәr. Ümumiyyәtә, 1 milyona yaxın
qaçqın vә köçkünün olduğu bir ölkәdә әhalinin regionlar üzrә
sayını tam olaraq müәyyәnlәşdirmәk çox çәtindir.
Bu metoda alternativ olaraq layihәnin ekspertlәri
regionların çәkisini hesablayarkәn pәrakәndә әmtәә dövriyyәsi
vә göstәrilәn xidmәt hәcminә görә hesablanmasını yeni
70
metodologiya olaraq tәklif etmişdir vә regionların xüsusi çәkisi
bu metodla hesablanmışdır. Burada әmtәә dövriyyәsi 0.818 vә
xidmәt hәcmi isә 0.182 әmsalla götürülmüşdür. Onu qeyd
edәk ki, bu әmsallar Milli Bankın verdiyi mәlumata әsasәn
götürülmüşdür. Mәsәlәn, Bakı şәhәrinin payına bütün
Azәrbaycanda olan әmtәә dövriyyәsinin 49.32%-i, ümumi
xidmәt hәcminin isә 65.95% düşür. Bakı şәhәrinin xüsusi çәkisi
(49.32x0.818 + 65.95x0.182= 52.34666) olaraq hesablanır.
Ümumiyyәtlә, Bakıda qiymәtlәr digәr regionlarla müqayisәdә
daha baha olduğu üçün Statistika Komitәsi Bakının tәrkibinә
daxil olduğu Abşeron iqtisadi rayonunun çәkisini mümkün
qәdәr azaltmağa çalışır. Aşağıdakı cәdvәldә regionların çәkisi
barәdә daha geniş mәlumat ala bilәrsiniz.
Dostları ilə paylaş: |