İstehlak bazarında qiymәt vә tariflәrin dәyişmәsi
üzәrindә statistik müşahidә
Azәrbaycanda istehlak bazarında qiymәt vә tariflәrin
dәyişmәsi üzәrindә statistik müşahidәnin aparılması da aşağı
sәviyyәdәdir. Bunun bәzi subyektiv vә obyektiv sәbәblәri var.
Ümumiyyәtlә, bazarlarda qiymәtin “aşağı yeri” hәr zaman
mövcuddur. Misal üçün almanı götürәk. Almanın bazarda bir
neçә növü mövcuddur. Keyfiyyәtsiz növlәrin qiymәt artımı
dinamikası da aşağıdır. Әgәr son nәticәdә indeksin aşağı
olması istәnilirsә, qiymәt olaraq keyfiyyәtsiz әmtәәlәrin qiymәti
müşahidә oluna bilәr.
Bundan әlavә, kәnd tәsәrrüfatı mәhsullarının qiymәt
artımı tempinin gedәrәk artmasını görәn hökümәt Bakı
şәhәrinin müәyyәn
әrazilәrindә müәyyәn günlәrdә
(ümumiyyәtlә, bu, hәftәnin bazar günlәri olur) kәnd tәsәrrüfatı
yarmarkaları keçirir ki, burdakı qiymәtlәr hökümәt tәrәfindәn
müәyyәn edilir vә digәr bazarlarla müqayisәdә xeyli aşağı olur.
Bununla yanaşı, burdakı malların keyfiyyәti dә aşağı olur.
Statistika Komitәsi dә öz növbәsindә Bakı şәhәri üzrә kәnd
tәsәrrüfatı mallarının qiymәtlәrini qeydiyyata alanda bu
yarmarkalardakı qiymәtlәrә üstünlük verir ki, bu da son
nәticәdә indeksin aşağı çıxması ilә nәticәlәnir.
Fikrimizcә, qiymәt müşahidәsi zamanı gizli inflyasiyaya
da diqqәt yetirilmir. Mәsәlәn, son zamanlar çörәyin qiymәti
sabit qaldığı halda çәkisi tәdricәn azalmaqdadır. Yәni gizli
inflyasiya baş verir. İstehlak sәbәtindә isә çörәk 0.027023662
әmsalla әhalinin istehlak xәrclәri arasında böyüklüyünә görә 4-
cü yerdә durur. Bunun isә son nәticәdә indeksin
hesablanmasına nә dәrәcәdә tәsir etdiyi göz qabağındadır.
|