amillәr dә rol oynayır. Digәr amillәr dedikdә, son nәticәdә
69
xidmәtlәr mümkün qәdәr daha böyük çәkilәrlә istehlak
sәbәtinә daxil edilir. Buna misal olaraq metroda gediş haqqını
göstәrmәk istәrdik. Statistika Komitәsinin hesablamalarına
görә, metroda gediş haqqına görә ödәnilәn mәblәğ
0.010412487 әmsalla әhalinin istehlak xәrclәri arasında
böyüklüyünә görә 18-ci yerdә durur. Bu, tamamilә
qәbuledilmәzdir. Birincisi, Bakıdan başqa Azәrbaycanın heç bir
bölgәsindә metro yoxdur. İkincisi, Bakıda yaşayan әhalinin heç
dә hamısı mütәmadi olaraq metrodan istifadә etmir. Üçüncüsü
dә metronun gediş qiymәti o qәdәr azdır ki, ona ödәnilәn
mәblәğin toplamı ümümi büdcәnin 1.04%-ni tәşkil edә
bilmәz. Metroda gediş haqqına görә ödәnilәn mәblәğin bu
qәdәr böyük çәkiylә istehlak sәbәtinә salınmasına әsas sәbәb
onun qiymәtinin dövlәt tәrәfindәn tәnzimlәnmәsi vә uzun illәr
boyunca heç bir qiymәt dәyişikliyinin baş vermәmәsidir. Bu tip
misalları çoxaltmaq mümkündür.
Dostları ilə paylaş: