Azәrbaycanda inflyasiyanın ikirәqmli hәddә çatması makroiqtisadi tarazlıq vә


İSTEHLAK QİYMӘTLӘRİ İNDEKSİNİN KEYFİYYӘT



Yüklə 1,4 Mb.
Pdf görüntüsü
səhifə35/64
tarix02.01.2022
ölçüsü1,4 Mb.
#40672
1   ...   31   32   33   34   35   36   37   38   ...   64
KITAB inflyasiya

İSTEHLAK QİYMӘTLӘRİ İNDEKSİNİN KEYFİYYӘT 

GÖSTӘRİCİSİNİN AZALMASINA TӘSİR EDӘN 

HAKİM AMİLLӘR 

 

Postsovet mәkanında seçimlә bağlı  sәhvlәrdәn birini 



monitorinqin yanlış sәrhәdlәri ilә әlaqәlәndirirlәr. 

İQİ-nin hesablanması üzrә beynәlxalq standartların kәnd 

әhalisi üçün qiymәtlәrin dәyişmәsi ilә bağlı mәlumatların qeydә 

alınmamasına imkan vermәsinә baxmayaraq, bu yanaşma 

şәhәr vә  kәnd  әhalisinin istehlak xәrclәrinin pul vahidi ilә 

strukturu eyni vә ya tәxminәn eyni olduqda özünü doğrulda 

bilәr (İQİ-nin dәqiqliyinә tәsir göstәrmir). Postsovet ölkәlәrindә 

(xüsusilә  dә  әnәnәli aqrar sәnaye ölkәlәrindә) isә  hәyәtyanı 

tәsәrrüfat inkişaf etdiyindәn kәnd әhalisi bir çox hallarda әksәr 

kәnd tәsәrrüfatı  mәhsullarını almır. Buna görә  dә  sәhәr vә 

kәnd әhalisinin istehlak xәrclәrinin pul vahidi ilә strukturu bir-

birindәn xeyli fәrqlәnir. Belәliklә, kәnd әhalisi üçün qiymәtlәrin 

dәyişmәsi qeydә alınmır vә bu, real vәziyyәt baxımından İQİ-

dә yanlışlıqla nәticәlәnir. 

 

Misal üçün, 2004-cü ildә Ukraynada kәnd әhalisinin qida 



mәhsullarına çәkdiyi xәrclәrin istehlak xәrclәrindә xüsusi çәkisi 

şәhәr  әhalisinin müvafiq göstәricisindәn çox idi: bu, çörәk vә 

çörәk mәmulatları üzrә 1.8 dәfә, bitki yağları üzrә 1.6 dәfә, 

şәkәr vә  qәnnadı  mәmulatları üzrә 1.7 dәfә  tәşkil etmişdir. 

Aydındır ki, şәhәr  әhalisi ilә müqayisәdә  kәnd  әhalisinin 

istehlak xәrclәrindә daha yüksәk nisbi çәkisi olan әmtәәnin 

qiymәtindә artım  İQİ göstәricisinin artımını ümumiyyәtlә 

üstәlәdikdә, indeksin vahid dәrәcәsi azalacaq vә ya proses 

әksinә inkişaf etdikdә, indeksin vahid dәrәcәsi artacaq. 



50 

 

 



Monitorinqin yanlış  sәrhәdlәri ilә bağlı digәr misal kimi 

qeyd etmәk olar ki, Moskvaәtrafı vilayәtlәrdә yaşayan  әhali 

istehlak mallarını Moskva şәhәrindә  әldә etmәklә yanaşı,  

qiymәtlәrin monitorinqi zamanı  xәrclәrin strukturu Moskva 

şәhәrini deyil, vilayәtdәki göstәricilәri  әks etdirir. Prinsip 

baxımından bu sәhvi indeksdә yanlış “xüsusi çәki” hesab 

etmәk olar. Mütәxәssislәrin fikrincә, bu problemin hәll yolu 

әmtәә dövriyyәsi baxımından rayonlar üzrә “çәki” strukturunun 

hesablanması vasitәsilә mümkündür. 

 


Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin