Qiymәt vә tariflәrin qeydiyyatı
İQİ-nin hesablanması üçün mәlumatın toplanması
konkret әmtәә vә xidmәtlәrә olan qiymәtlәrin aylıq әsasda
(hesabat ayının müәyyәn tarixindә, ölkәdәki qanunvericilikdәn
asılı olaraq) qeydiyyatı vasitәsilә aparılır. Mәsәlәn, Rusiya
Federasiyasının qanunvericiliyindә tәsbit olunub ki, mәlumatın
toplanması aylıq әsasda hesabat ayının 23-dәn 25-i tarixlәrinә
qәdәr aparılır.
Gürcüstanda isә qiymәtlәrlә bağlı ilkin mәlumatın
yığılması ayın 10-cu günündәn 20-ci gününә qәdәr olan
müddәt әrzindә aparılır. Bir ay әrzindә istehlak vә qeyri-
istehlak mallarının qiymәti paytaxt vә iri şәhәrlәrdә 4-6 dәfә,
orta şәhәrlәrdә isә 2-4 dәfә qeydiyyata alınır. Ödәnişli
xidmәtlәr üzrә tariflәr isә bütün şәhәrlәrdә ay әrzindә 1-3 dәfә
qeydiyyata alınır.
Tәdqiq edilәn hәr bir ölkәdә maneәsiz vә nağd pula
alınıb-satılan әmtәәnin (güzәştli şәrtlәr әsasında alınıb-satılan
mallar uçota alınmamaqla) faktiki qiymәti qeydiyyata düşür.
İstehlak qiymәtinә ӘDV, aksiz vergisi, satışdan (satış
dövriyyәsindәn) tutulan vergi vә digәr vasitәli vergilәr,
hәmçinin tәşkilatların gәlir vә xәrclәri daxil edilir.
|