Azәrbaycanda inflyasiyanın ikirәqmli hәddә çatması makroiqtisadi tarazlıq vә



Yüklə 1,4 Mb.
Pdf görüntüsü
səhifə29/64
tarix02.01.2022
ölçüsü1,4 Mb.
#40672
1   ...   25   26   27   28   29   30   31   32   ...   64
KITAB inflyasiya

Coğrafi miqyas vә әhalinin sayı 

Postsovet ölkәlәrindә  İQİ-nin hesablanması  şәhәr vә 

rayon mәrkәzlәrindә qiymәtlәrdәki dinamika әsasında aparılır; 

kәnd  әrazilәrindә qiymәtlәrin dәyişmәsi ilә bağlı heç bir 

statistik tәdqiqatlar (sorğular) aparılmır. Burada qeyd etmәk 

olar ki, Beynәlxalq  Әmәk Tәşkilatının (BӘT) metodik 

tәlimatlarında tәsbit olunduğu kimi, qiymәtlәrin kәnd 

әrazilәrindә qeydiyyata alınması daha çox xәrc tәlәb etdiyi 

halda kәnd vә  şәhәrdәki qiymәtlәrdә  dәyişiklik (qiymәt 




42 

 

 



sәviyyәsindәki dәyişikliyin heç dә mütlәq olmadığı  tәqdirdә) 

oxşardır. Bu yöndә xüsusilә Ukraynanı misal göstәrmәk olar. 

Baxmayaraq ki, bu ölkәdә  әhalinin tәqribәn 1/3-i kәndlәrdә 

yaşayır,  İQİ hesablandıqda kәnd  әhalisi, ümumiyyәtlә, nәzәrә 

alınmır. Bu kimi mәhdudlaşdırmanın  әsas sәbәblәri 

aşağıdakılardır: 1) kәnd  әrazilәrindә qiymәtlәrdәki dәyişiklik 

dövrü olaraq qeydiyyata alınmır; 2) kәnd әrazilәrindә xәrclәrin 

strukturuna dair mәlumat mövcud deyil. Yeri gәlmişkәn, 

ölkәdәki kәnd әhalisinin әksәriyyәti hәyәtyanı torpaq sahәsinә 

malikdir vә bir çox kәnd tәsәrrüfatı  mәhsulları üzrә  fәrdi 

istehlakını bu mәnbәdәn tәmin edir. Bu isә o demәkdir ki, 

hәmin istehlak malları üzrә ödәniş aparılmır. Belәliklә, kәnd vә 

şәhәr sakinlәrinin istehlak xәrclәrinin strukturu xeyli fәrqlidir. 

 

İstehlak qiymәtlәrinin müşahidәsi zamanı ümumi prinsip 



ondan ibarәtdir ki, bu iş yalnız iri yaşayış  mәntәqәlәrindә 

istehsal olunan mәhsul vә xidmәtlәri  әhatә edir. Misal üçün

Gürcüstanda monitorinq 5 şәhәrdә aparıldığı halda, 

Ermәnistanda 12 şәhәr, Ukraynada isә 550 yaşayış 

mәntәqәsini (rayon mәrkәzlәri dә daxil olmaqla) әhatә edir. 

 

Rusiya Federasiyasındakı  şәrait isә  tәbii olaraq seçim 



moduluna dair hökumәt tәrәfindәn  әlavә qaydaların 

hazırlanması  zәrurәtini üzә  çıxardı. Belә ki, Rusiyanın hәr 

regionunda aşağıdakı meyarlara cavab verәn 2-4 şәhәr vә ya 

yaşayış mәntәqәsi seçilir:  

•  Regionun coğrafi xüsusiyyәtlәrinin  әksi; regionun 

müxtәlif qütblәrindә yerlәşmә; 

•  Qiymәtlәrin sәviyyәsi vә dinamikası ciddi qaydada 

fәrqlәnmәdiyi tәqdirdә әrazi mәrkәzinә vә ya bir-birinә 

yaxın yerlәşәn 

şәhәrlәr seçim moduluna 

salınmamalıdır; 

•  Monitorinq obyektinә çevrilmiş  mәhsul vә xidmәtlәrin 

davamlı tәminatı; 

•  Ümumi әhalinin regiondakı şәhәr әhalisinin әn azı 35%-

ni tәşkil etmәsi. 

 



 

43 

 

Gürcüstanda beynәlxalq standartlara cavab verәn ilk İQİ 



1994-cü ilin fevral ayında (1994-cü ilin yanvar ayı üzrә) 

hesablanmışdır vә yalnız paytaxt şәhәr (Tiflis) üzrә mәlumatları 

әks etdirirdi. 1996-cı ilin yanvar ayından etibarәn ölkә üzrә 

İQİ-nin hesablanmasına Tiflislә yanaşı ölkәnin digәr dörd 

şәhәrindә (Kutais, Batum, Qori vә Telavi) istehlak qiymәtlәrinә 

dair mәlumat daxil edilir. 

 


Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin