dәstidir. Bir çox hallarda istehlak zәnbilinin dәyişdirilmәsi tezliyi
zәnbilinin tәrkibi yenidәn dәyişdirilmişdir. Belә ki, bu ölkәdә
edilir.
45
Gürcüstanda ilk istehlak zәnbili (1992-ci ildә BVF-nin
nümayәndәlәri ilә birgә tәrtib edilmişdir) ilkin mәrhәlәdә 295
çeşiddәn ibarәt idi. 2003-cü ildә tәrtib edilmiş vә indiyәdәk
qüvvәdә olan istehlak zәnbilinә isә artıq 311 әmtәә vә xidmәt
növü daxil edilib.
Qırğızıstan Respublikası Milli Statistika Komitәsi istehlak
zәnbilinin strukturunu üç dәfә dәyişdirmişdir. İlk dәfә 1995-ci
ildә ölkә parlamenti istehlak zәnbilinin minimal hәddinә
dәyişikliklәr etmişdir. İkinci dәfә 1998-ci ildә istehlak
zәnbilindәki xidmәtlәrin (tәhsil, sәhiyyә vә notarius idarәlәri)
ayrı-ayrılıqda monitorinqi aparılmış vә nәhayәt, 2001-ci ildә
istehlak zәnbilinin çeşidi 305-dәn 343-ә
qәdәr
genişlәndirilmişdir.
Tacikistanda isә ixtisarlardan sonra istehlak zәnbilinә 333
әmtәә vә xidmәt növü aid edildi vә belәliklә, bu ölkәnin
istehlak zәnbili yekcins mәhsul vә xidmәtlәrdәn azad edildi.
Tacikistanda әvvәllәr istehlak zәnbilinin çeşidi 703 әmtәә vә
xidmәt növündәn ibarәt idi.
Әmtәә vә xidmәtlәrin spesifik xüsusiyyәtlәri ayrıca
mәsәlәdir. İstehlak malları vә xidmәtlәri dәstindә müәyyәn
әmtәә növlәri ilә yanaşı (misal üçün, bütün postsovet
ölkәlәrindә çap mәmulatlarının qiymәtinin monitorinqi
aparılarkәn tәlәb olunur ki, әvvәlcәdәn razılaşdırılmış müәyyәn
nәşrlәrin qiymәti tәsbit edilsin) son dәrәcә ümumi qaydada
müәyyәn edilmiş mallara da rast gәlinir. Bu zaman belә bir
sual yarana bilәr ki, mәsәlәn 1-ci növ kolbasanın qiymәti hansı
istehsalçı şirkәt üzrә tәsbit edilmәlidir. Müxtәlif ölkәlәr bu
mәsәlәni özlәri bilәn tәrzdә hәll edir. Bәzilәri (mәsәlәn,
Gürcüstan vә Tacikistan) qiymәti qeydiyyata alanlara daha çox
sәlahiyyәt verir. Digәrlәrinә gәldikdә isә mәsәlәn, Rusiyada hәr
bir qrup üzrә konkret әmtәәnin müәyyәn edilmәsi vәzifәsi
Federasiya Statistika Komitәsinin әrazi idarәlәrinin üzәrinә
düşür; belәliklә, regionda hansı ticarәt nişanının reallıqda әn
geniş yayılması (mәsәlәn, hansı qadın ayaqqabılarının “dәri”,
46
hansının isә “model” kateqoriyaları üzrә tәsnif edilmәsi) ilә
bağlı qәrarı Rusiya Federasiyasının Statistika Komitәsinin
yerlәrdәki nümayәndәliklәri çıxarır.
Dostları ilə paylaş: