Azәrbaycanda inflyasiyanın ikirәqmli hәddә çatması makroiqtisadi tarazlıq vә


    İSTEHLAK QİYMӘTLӘRİ İNDEKSİNİN



Yüklə 1,4 Mb.
Pdf görüntüsü
səhifə33/64
tarix02.01.2022
ölçüsü1,4 Mb.
#40672
1   ...   29   30   31   32   33   34   35   36   ...   64
KITAB inflyasiya

47 

 

İSTEHLAK QİYMӘTLӘRİ İNDEKSİNİN 



HESABLANMASI ÜÇÜN “XÜSUSİ ÇӘKİ” 

SİSTEMİNİN FORMALAŞDIRILMASI 

 

İstehlak zәnbilinin “xüsusi çәki” strukturu 

Postsovet ölkәlәrindә  әhalinin istehlak xәrclәrinә dair 

informasiya mәnbәyi ev tәsәrrüfatlarının büdcәsinin 

araşdırılması nәticәsindә hәr il әldә edilәn mәlumat toplusudur. 

Rusiyada ayrı-ayrı mal vә xidmәtlәri  әks etdirәn 

bәndlәrin istehlak zәnbilindәki xüsusi çәkisini müәyyәn etmәk 

üçün qanunvericilikdә  әlavә  mәlumatdan (pәrakәndә mal 

dövriyyәsinin strukturuna vә ya ayrı-ayrı  әmtәә növlәrinin 

istehsalına dair mәlumatdan, digәr mәnbәlәrdәn, ekspertlәr 

tәrәfindәn qiymәtlәndirilmәdәn) istifadә hüququ tәsbit 

edilmişdir. Belarusda da ev tәsәrrüfatlarının monitorinqi vә milli 

hesablara dair statistik qiymәtlәndirmәdәn istifadә edilir. 

Ukraynada istehlak zәnbilinin “xüsusi çәki” strukturunu 

formalaşdırmaq üçün monitorinq mәqsәdilә seçilmiş ev 

tәsәrrüfatlarının xәrclәrinә  dair    nәticәlәrdәn heç bir korrektә 

olmadan istifadә edilir. 

Ayrıca bir faktı qeyd etmәk lazımdır ki, Rusiyada (әhali 

tәrәfindәn istehlak edilәn  әmtәә  vә xidmәtlәr çeşidinin 

subyektlәr üzrә  fәrqlәnmәsini nәzәrә alaraq) İQİ-dә malların 

“xüsusi çәkisi” regional sәviyyәdә müvafiq region üçün 

hesablanmış  әhalinin istehlak xәrclәri strukturu әsasında, 

federal sәviyyәdә isә Rusiya Federasiyasında istehlak xәrclәri 

strukturunun әvvәlki il üzrә bazası әsasında müәyyәn edilir.  

Hazırda Qırğızıstan Respublikasında da İQİ-nin vilayәtlәr 

üzrә diferensiallaşdırılmış “xüsusi çәki” әsasında hesablanması 

metodologiyası  tәtbiq edilir; bu ölkәdә  dә  mәhz vilayәt 

miqyasında istehlak zәnbilinә dair bәzi mövqelәrin qeyri-

mövcudluğu (mәsәlәn, bәzi vilayәtlәrdә qaz şәbәkәsi 

qurulmamışdır) müşahidә olunur. 

İstehlak zәnbilindә “xüsusi çәki” strukturunun 

yenilәşdirilmәsi fasilәsi ölkәdәn-ölkәyә  fәrqlәnir. Belә ki, 

istehlak zәnbilinin hәm kәmiyyәt, hәm dә keyfiyyәt baxımından 




48 

 

 



dәyişmәsi ölkәdәki sosial-iqtisadi inkişafın sürәtindәn asılıdır. 

Rusiyada qanunvericiliyә uyğun olaraq, istehlak zәnbili vә 

konkret olaraq bu zәnbildәki “xüsusi çәkilәr” hәr il tәkrarәn 

nәzәrdәn keçirilir, Ermәnistanda müvafiq fasilә 3-5 il, 

Qırğızıstanda isә 1 il davam edir. 


Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin