qitәnin dövlәtlәri üçün ümumi standartlar yoxdur. Belә ki,
36
müәyyәn ümumi prinsiplәr olsa da, hәr bir ölkә sorğuları
özünün spesifik xüsusiyyәtlәrini nәzәrә alaraq tәşkil edir.
Sorğunun keçirilmә dövriliyi, daha dәqiqi, onların neçә ildәn bir
tәşkil edilmәsi Avropa ölkәlәrindә bir-birindәn fәrqlәnir. Bu
ölkәlәrdә әn çox tәtbiq edilәn qayda sorğuların hәr il tәşkil
edilmәsidir. Bu dövriliyi Polşa vә Slovakiya gözlәsә dә,
Macarıstan “sükutu” 2 ildәn bir pozmağa qәrar verib.
Sorğuların keçirilmәsi qaydasında daha çox tәtbiq edilәn
prinsip coğrafi әhatәlilikdir. Bu prinsip, demәk olar ki, regionun
bütün ölkәlәrindә gözlәnilir. Bununla belә, hәmin ölkәlәrdә
başqa göstәricilәrdәn dә istifadә edilir. Mәsәlәn, Polşada ev
tәsәrrüfatının aylıq xalis gәliri әsas götürülür. Sorğunun
nәticәlәri әsasәn 1 il әrzindә yekunlaşdırılır vә nәşr edilir.
Rumıniyada tәtbiq edilәn sistem, demәk olar, ABŞ-dan
“köçürmәdir”. Stratifikasiya 2 әsas prinsipә söykәnir. Birincisi,
coğrafi vә sosial-demoqrafik göstәricilәr ilkin mәrhәlәdә әsas
kimi götürülür. Daha sonra isә ev tәsәrrüfatlarının malik
olduqları әmlakın hәcmi vә dәyәri nәzәrә alınır.
Sorğunu keçirmәk üçün tәşkilatçılar 3 dәfә ev
tәsәrrüfatlarının yerlәşdiyi әraziyә sәfәr edir. Suallar aşağıdakı
ardıcıllıqla tәqdim edilir;
1. ev tәsәrrüfatının strukturu vә xәrclәri,
2. mәzuniyyәtlәr, daxili xidmәtlәr vә s,
3. ev tәsәrrüfatlarının maliyyә vәziyyәti, malik olduqları
resurslar, әmәk haqlarının sәviyyәsi vә qәnaәtlәr.
Nәticәlәr sorğu başa çatandan sonrakı 12 ay әrzindә çap
edilir.
Dostları ilə paylaş: