Bölgәlәrin “xüsusi çәkisi”
Gürcüstan istisna olmaqla, bütün postsovet mәkanında
әmtәә vә xidmәt növlәrinin qiymәt vә tariflәrinin ölkә üzrә orta
mәxrәci nәzәrә alınmaqla bölgәlәrin xüsusi çәkisi әhalinin sayı
әsasında hesablanır. Gürcüstanda әmtәә vә xidmәt növlәrinin
hesablanmış orta mәxrәc qiymәti tәtbiq edilir ki, bu da
ölkәdәki qiymәtlәrin vәziyyәtini tam obyektiv şәkildә әks
etdirmir.
İstehlak qiymәtlәri indeksinin hesablanması
Postsovet ölkәlәrinin hamısında İQİ-nin hesablanması
Laspeyres formulu әsasında aparılır.
Tәdqiq edilәn ölkәlәr üçün sәciyyәvi xüsusiyyәt ondan
ibarәtdir ki, indekslәr aylıq әsasda әvvәlki ay, әvvәlki ilin
müvafiq ayı, keçmiş ilin dekabr ayı üzrә hesablanır. Rüblük
әsasda qiymәtlәr indeksi әvvәlki rübün sonuna, әvvәlki ilin
müvafiq rübü, çıxış (baza) ilinin müvafiq rübü, çıxış ili üzrә
müәyyәn edilir.
Daxil edilmiş әmtәәlәrin (xidmәtlәrin) ayrı-ayrı növlәri
üzrә qiymәtlәr indeksinin, hәmçinin rüb, ilin әvvәlindәn olan
dövr, bir neçә ili әhatә edәn birlәşdirilmiş indekslәrin
hesablanması әmәli olaraq hәmişә “zәncirvarı” üsul әsasında
aparılır ki, bu da müvafiq olaraq, aylıq, rüblük vә ya illik
indekslәrin bir-birinә vurulması demәkdir.
Beynәlxalq miqyasda müqayisәni tәmin etmәk üçün
postsovet mәkanında indekslәrin hesablanması zamanı fәrdi
istehlakın tәyinatı üzrә tәsnifatı tәtbiq edilir ki, bu da Milli
Hesablar Sisteminin tәrkib hissәsidir.
49
Gürcüstanda nisbi qiymәtlәrin çıxarılması vә
yoxlanılması Milli Hesablar Sistemindәki müqayisәyә
gәlmә meyarından istifadә etmәklә, lakin qiymәtlәrin şәrti
hesablanması olmadan aparılır.
Dostları ilə paylaş: |