28
Suleym ibn Qeys Hilali
Sonra ətrafındakı camaata səslənərək odun gətirmələrini tələb elədi. O
özü də odun daşıyırdı. Odunları Əlinin (ə) Fatimənin (ə) və iki övladının evi-
nin ətrafına yığdılar. Sonra yaşlı səhabənin yoldaşı Əli (ə) və Fatimənin (ə)
eşidəcəyi səviyyədə uca səslə dedi: “Ey Əli, Allaha and olsun ki, əgər çıxıb
Peyğəmbərin (s) xəlifəsinə beyət eləməsən bu evi yandıracağam!”
Fatimə (ə) dedi: “Ey Səhhakın oğlu, bizim səninlə nə işimiz!” Yaşlı
səhabənin yoldaşı dedi: “Qapını aç, yoxsa evinizi yandıracağam”. Fatimə (ə)
dedi: “Ey Səhhakın oğlu, evimə daxil olmaqda Allahdan qorxmursanmı?!” O,
buradan getməyəcəyini bildirdi.
Yaşlı səhabənin yoldaşı od gətirib qapını yandırdı, qapı yanmağa başla-
dıqda onu sındırıb içəri daxil oldu. Fatimə (ə) onu qarşılayıb qışqırdı: “Ey
atacan, ey Rəsulullah!” Yaşlı səhabənin yoldaşı qınında olan qılıncını qaldırıb
ona böyründən zərbə endirdi. Fatimə (ə) “Ey atacan!” deyə fəryad etdi. Yaşlı
səhabənin yoldaşı qamçını qaldırıb onun qoluna vurdu. Xanım “Ey Rəsulallah!
Səndən sonra o iki nəfər necə pisliklər edirlər!”.
Dostları ilə paylaş: