Ali-Muhammedin sirleri indd



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə1/410
tarix02.01.2022
ölçüsü1,7 Mb.
#40717
  1   2   3   4   5   6   7   8   9   ...   410
Ali-Muhemmedin sirleri



Suleym ibn Qeys Hilali
ALİ-MUHƏMMƏDİN
SİRLƏRİ
Bakı – 2015


Müəllif: Suleym ibn Qeys Hilali
Tərcüməçi: Taleh Abbasov
Azərbaycan Respublikasının Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi
DK-624/A saylı, 06 avqust 2015-ci il tarixli məktubu ilə 
çap olunmasına razılıq verilmişdir.
ALİ-MUHƏMMƏDİN SİRLƏRİ
Bakı, «NURLAR» Nəşriyyat-Poliqrafi ya Mərkəzi, 2015, 312 s.
© T. Abbasov, 2015


SÜLEYMİN KİTABI İSLAMDA YAZILMIŞ 
İLK KİTABDIR
Allahın kitabı Qurani-Kərimdən və Əhli-Beytin (ə) sahib olduğu mirasdan 
başqa müsəlman aləmində Süleym ibn Qeys əl-Hilalinin qələmə aldığı bu ki-
tabdan daha qədimi yoxdur. Bu da kitaba digərlərinə nisbətdə xüsusi əzəmət 
bəxş edir. Kitabın müəllifi  etiqad və İslam tarixi barədə düşünən ilk yazar ol-
maqla qısa zaman kəsiyində böyük bir işi həyata keçirə bilmişdir. 
Həmçinin Süleymin qələmə aldığı tarixi zaman kəsimi  İslamın  ən  əhə-
miyyətli, Peyğəmbərdən (s) sonra ümmət arasında əsrlərdən bəri davam edən 
fi kir ayrılıqlarının mənşəyi sayılacaq dövrdür. Bu cəhətdən də Süleymin kitabı 
həmin dövrdə baş verən hadisələrə aydın və parlaq işıq salır.
Həmçinin Süleymin hədislərin seçilməsinə  və  dəqiqləşdirilməsinə xü-
susi diqqət göstərdiyi də kitabın mövzularından və baş vermiş hadisələrin 
əhəmiyyətindən də görünür. Aşağıda hədis kitablarında qeyd edilən, lakin heç 
bir kitabda Süleymdən əvvəl zikr edilməyən əhəmiyyətli tarixi hadisələri qeyd 
edirik:
1. Qədir Xum hadisəsi;
2. Səqəleyn hədisi;
3. Mənzilət hədisi;
4. Səfi nə (Nuhun gəmisi) hədisi;
5. Hittə qapısı hədisi;
6. Kövsər hovuzu hədisi;
7. Qapıların bağlanması hadisəsi;
8. Kisa hədisi və “Təthir” ayəsi;
9. Mübahələ hadisəsi;
10. Peyğəmbərin (s) yazmaq istədiyi vəsiyyət hadisəsi.
Diqqətəlayiq haldır ki, bu hədislər fərqli yollarla və fərqli şəxslərdən on 
illərdən sonra həm əhli-sünnə, həm də əhli-şiə hədis və tarix kitablarında qeyd 
edilməyə başlanmışdır. Lakin bu kitablardan əsər olmadığı bir dövrdə həmin 
hadisələr incəliyi ilə Süleymin kitabında öz əksini tapmışdır.


4
Suleym ibn Qeys Hilali
Kitabda həmçinin  İslam, iman, onun şərtləri və  dərəcələri, Allahın 
höccətləri, Allahın kitabının təfsiri, xilafət və imamət barədə müsəlmanların 
əqidələri, vilayət, on iki İmamların şəxsiyyətləri, elmin bəyanı, digər səmavi 
kitablarda qeyd olunmuş bəzi məsələlər, cənnət və cəhənnəm kimi əhəmiyyətli 
etiqadi mövzular öz əksini tapmışdır.
Bununla yanaşı xüsusi əhəmiyyət kəs edən tarixi hadisələr, Peyğəmbərin (s) 
Bədr, Ühüd, Xeybər, Xəndək, Hüneyn, Təbuk kimi savaşlarından, Hüdeybiyyə 
sülhü və Məkkənin fəthi hadisələrindən, İmam Əlinin (ə) rəhbərliyi altında baş 
vermiş Siffi n, Nəhrivan və Cəməl savaşlarından geniş bəhs edilir. Həmçinin İs-
lam tarixinin xilafət məsələləri, səhabələrin şəxsiyyəti və s. məsələlər oxucuya 
həmin dövr barədə geniş təəssürat bəxş edir.
Bu və digər üstün xüsusiyyətlərin nəticəsində Uca Allah onun bu əməlini 
qorumuş, artırmış və bu günümüzə çatdırmışdır.


Ali-Muhəmmədin sirləri

Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   410




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin