İmam Səccadın (ə) və İmam Muhəmməd Baqirin (ə) Süleymin kitabını təsdiqləyən sözləri Süleymin İmam Əlinin (ə) vəsiyyətini İmam Muhəmməd Baqirdən (ə) nəql
etdiyi hədisin sonunda deyilir: “Bu Möminlərin əmirinin vəsiyyətidir və bu Sü-
leym ibn Qeys əl-Hilalinin Abana oxuduğu və əmanət etdiyi kitabıdır”. Aban
dedi: “Mən kitabı İmam Səccadın (ə) hüzurunda oxudum və o buyurdu: “Sü-
leym doğru söyləmişdir. Allah ona rəhmət eləsin”
Məsumlardan (ə) nəql etdiyimiz bu sözlər Süleymin kitabının dəyərini və
əhəmiyyətini bəyan etməyə kifayət edir. Həmçinin bu kitabda qeyd edilən möv-
zular bir çox başqa kitablarda da qısa və ya geniş nəql edilmişdir. Amma ən
əhəmiyyətli olanı, İmamların (ə) bu kitabı təsdiqləməsi və tövsiyə etməsidir.